Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5046/2023 22.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh «Azərkimya» istehsalat birliyi tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5; mənzıl 6-ya dair X2 adına orderin verilməsi barədə protokolun və verilmiş orderin , həmin order əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsində aparılmış özəlləşdirmənin və E.Aşurovun adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın etibarsız hesab olunmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-da yerləşməklə bu mənzil işlədiyi SAM istehsalat birliyinin xx.xx.1993-cü il tarixli Protokolu əsasında 530 saylı xx.xx.1994-cü il tarixli Orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna ayrılmışdır. Bu otaq əvvəlcə həmin zavodun işçisi İ.Aşurovaya ayrılmış, lakın həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi ona verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixlit qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köççkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin cavabdeh bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq o işlədiyi SAM istehsalat birliyinə müraciət edərək xx.xx.2009-cu il tarixdə Protokol əldə etmiş və həmin protokol əsasında öz adına order almaqla bu otağı özəlləşdirmişdir. Bundan sonra o Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək onu və uşaqlarını bu mənzildən qeydiyyatdan çıxarmışdır. İddiaçı bu barədə şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız hesab olunmasını bildikdən sonra məlumat əldə etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdirlər. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin məcəllənin 49-cu maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç i! ərzində irəli sürülə bilər. Lakin iddiaçının adına order olduğu halda cavabdeh «Azərkimya» istehsalat birliyi SAM zavodunun НК-si qanunsuz protokol əsasında iddiaçının adına olan orderi ləğv edərək həmin zavodda işləməyən Elvin Aşurovun adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. E.Aşurov da xx.xx.2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və məlum olmuşdur ki, E.Aşurov bu mənzili iddiaçının qeydiyyatda olduğu halda özəlləşdirməklə çıxarış almış və bundan sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mənzildən qeydiyyatdan çıxarılmağınaa nail olmuşdur. Göründüyü kimi bu hərəkətlər qəbul edilmiş inzibati aktlarla (protokol,order və çıxarış) həyata keçirilmiş və buna görə də həmin inzibati aktların etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara .xilam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. «Daşınmaz əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bir sıra sənədlər əsas sənəd kimi qəbul edilmişdir. AR Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.(AR Konstitusiyasının 16-cı maddəsi) Azərbaycan Respublikasının ərazisində artıq qüvvədə olan «İnsan hüquq və azadlıqlarının Müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir hüquqi və fiziki şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququ vardır. AR Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilərək, tələbi aydınlaşdırılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, cavabdeh «Azərkimya» istehsalat birliyi tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-ya dair X2 adına orderin verilməsi barədə protokolun və verilmiş orderin, həmin order əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsində aparılmış özəlləşdirmənin və E.Aşurovun adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın etibarsız hesab olunmasını istəyir. İddiaçı cavabdeh qismində «Azərkimya» istehsalat birliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsini göstərmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qoyduğu «Azərkimya» istehsalat birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də «Azərkimya» istehsalat birliyinin publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Bu halda iddiaçı «Azərkimya» istehsalat birliyinin hərəkətləri ilə bağlı öz hüquqlarını mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələri ilə qoruya bilər. Bu halda müvafiq ümumi məhkəmədə iddia inzibati orqandan tələb formasında deyil, mülki məhkəmə icratı qaydasında nəzərdə tutulmuş iddia tələbləri formasında qaldırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsini göstərsə də cavabdeh orqana müraciəti mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinin hərəkətlərində qanunsuzluq olarsa, həmin qanunsuzluğun aradan qaldırılması ilə bağlı ilkin olaraq inzibati orqana müraciət edilməlidir. Bu halda iddianın uğurluluq ehtimalı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olmasından asılıdır. Lakin müvafiq order əsasında qeydiyyat aparılmışdırsa və orderi verən orqan inzibati orqan deyildirsə, ilkin olaraq həmin orderin ləğvi mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər, eyni zamanda həmin ümumi məhkəmədə order əsasında aparılmış dövlət qeydiyyatınında ləğvi tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarında istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-5046/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5046/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver