Məhkəmə qərarları › İş №2-1(118)-506/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-506/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-506/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X20, nümayəndəsi X8, cavabdehin nümayəndəsi X17, 3-cü şəxs X6 nümayəndəsi və vəkili X16, 3-cü şəxsin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı “Qusar rayonunun Xuluq bələdiyyəsinin Qusar rayonunun Xuluq kənd ərazisində yerləşən 0.9 hektar həyatyanı torpaq sahəsinin Cavabdeh2 satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın və 22.01.2020-ci il tarixli ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 9/3 saylı qərarı ilə Qusar rayonunun Xuluq kənd ərazisindən qayınatası X5 133.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun mülkiyət hüququ 03 noyabr 2003-ci il tarixli,JN-010A,KOD: 30108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. X7 2007-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış 133.3 kvm həyətyanı torpaq sahəsini evi faktiki miras əmlak kimi qəbul edərək hal hazırda ailəsilə həmin evdə yaşayırlar. Miras qalmış torpaq sahəsinin yanında yerləşən mübahisələndirdiyi 0.9 ha torpaq sahəsindən faktiki olaraq 1990-cu ildən, istifadə edir. 2016-cı il tarixində Xuluq bələdiyyəsinin həmin torpaq sahəsinin həyat yoldaşı, yəni nümayəndəsi olduğu X1 dair razılıq aldıqdan sonra həmin sahəni kubik daşı ilə hasarlayaraq mal-qara saxlamaq məqsədilə tövlə inşa etdirmiş, halhazırda həmin tövlədən adiyyəti üzrə istifadə edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Qusar rayonu Xuluq bələdiyyəsinin qərarı ilə həmin torpaq sahəsi Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsinin satılmasının təşkil olunması, hərracın keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Bununla da, həmin torpaq sahəsi qanunsuz olaraq, iddiaçıdan gizli şəkildə Cavabdeh2 satılmışdır. Bununla bağlı iddiaçı Qusar rayonu Xuluq bələdiyyəsinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etsə də, heç bir nəticə olmamış və torpaq sahəsinin satılmasına dair sənədlərin mövcud olmadığını bildirmişdir. Bu səbəbdən də pozulmuş hüququnu bərpası üçün məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdi. Qusar rayonunun Notariat Ofisinə edilmiş vəkil sorğusuna cavab olaraq 11 noyabr 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Xuluq Bələdiyyəsinin saxta 25 dekabr 2019-ci il tarixli il tarixli 12 saylı saxta iclas protokolunun qərarına əsasən miibahisələndirdiyi 0.9 ha torpaq sahəsini Cavabdeh2 satılmış , alqı-satqı müqaviləsi 28 dekabr 2019-ci il tarixində Qusar rayonunun Notariat Ofisində qeydiyyatdan keçirilmiş və həmin müqaviləyə əsasən ona 18 dekabr 2019-cu il tarixində ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Xuluq bələdiyyəsinə verilmiş vəkil sorğusuna cavab olaraq 13 noyabr 2020-ci il tarixli, 54 saylı məktubla bildirilmişdir ki, Cavabdeh2 satmış 0,09 ha həyətyanı torpaq sahəsinə dair, Xuluq Bələdiyyəsinin təvil-təslim sənədlərində həmin torpaq sahəsi ilə bağlı bələdiyyənin qərarı, alqı-satqı müqaviləsi və pul köçürülməsinə dair ödəmə qəbzi təhvil verilməmiş sənədlər arasında mövcud deyildir. Xuluq Bələdiyyəsinin sözü gedən qərarındakı bələdiyyə üzvləri Habil Xudaverdiyev, Flora Mahmudova, Albina Novruzova və Vahid Balabəyovun imzaları onlar tərəfindən imzalanmayaraq Bələdiyyənin sabiq sədri Adil Kərimxanov tərəfindən saxtalaşdırılmışdır. Həmin torpaq sahəsi Cavabdeh2 satılarkən illik növbədə iddiaçının satın almaqda üstünlük hüququ nəzərə alınmaqla ona satılmalı idi. Həmin torpaq sahəsi Xuluq Bələdiyəsi tərəfindən Cavabdeh2 satılarkən sözü gedən torpaq sahəsinin iddiaçının istifadə olması, kubik daşı ilə hasarlanması və həmin torpaq sahəsində mal-qara tövləsinin inşa edilməsi kimi hüququqverici faktları nəzərə almamışdır. Qusar RİHB-mn Qılah kənd İƏD üzrə Nümayəndəliyinin 11 nopyabr 2020-ci il tarixli 24 saylı arayışında Xuluq kəndində X2 adında Xuluq kənd ərazisində ümumi sahəsi 133.3 kvm olan yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsinin onun istifadəsində olduğu qeyd edilir. Mübahisələndirilən 0.9 ha həyətyanı torpaq sahəsi həmin ərazi daxilindədir. Mübahisələdirilən torpaq sahəsinin hansı əsaslarla Cavabdeh2 satılması hesab edir ki, bələdiyyənin qanuna zidd hərəkətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Maddənin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Maddənein 4cü hissəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Göründüyü kimi, Qusar rayonu Xuluq bələdiyyəsi 1990-ci ildən etibarən istifadə etdiyim torpaq sahəsinin mənə satılmasına dair şifahi müraciəti olduğu halda, torpaq sahəsini heç bir əsaslı səbəb olmadan başqa şəxsə satmışdır. Halbuki, bir daha qeyd edir ki, həmin torpaq sahəsi artıq 1990-ci ildən etibarən iddiaçının faktiki sahibliyində və fasiləsiz və etiraz olunmadan istifadəsində olmuşdur. Qusar rayonu Xuluq bələdiyyəsi həmin torpaq sahəsini Cavabdeh2 satmaqla Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun, «Torpaqların alqı-satqı qayları»nm, eləcə də mülki qanunvericiliyin tələblərini, o cümlədən mənim qanunla qorunan maraqlarımı və mənafeyimi pozmuş və nəticədə mən uzun müddət istifadə etdliyi və satın almaq istədiyim yuxarıda göstərilən məlum torpaq sahəsini əldə etmək imkanından məhrum olub. Qusar rayonun Xuluq Bələdiyyəsi qanunla qorunan hüquqlarını kobud sürətdə pozaraq istifadəsində olan 0.9 ha torpaq sahəsinin qanunsuz olaraq Cavabdeh2 satmışdır. Beləliklə, hesab edir ki, Qusar rayonu Xuluq bələdiyyəsinin 25 dekabr 2019-ci il tarixli il tarixli 12 saylı iclas protokolunun qərarı mülki qanunvericiliyə uyğun gəlmədiyindən, iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan həmin qərar etibarsız sayılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X24 iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Qusar rayonu Xuluq Bələdiyyəsini, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə proseslərinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndələri və onun vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, bələdiyyə sədri seçildikdən sonra ona təhvil verilmiş təhvil təslim sənədlərinin içində Cavabdeh2 Abduqəni oğluna torpaq sahəsinin ayrılması barədə qərarın və protokolun əsli yoxdur.Bundan başqa Xuluq bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsində göstərilən 1.200 manat pul bələdiyyənin hesabına köçürülməmişdir. Mübahisə predmeti olan 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın ləğv edilməsinə etirazı yoxdur. Lakin alqı-satqı müqaviləsi üzrə alınmış 12.000 manat pulun Xuluq bələdiyyəsinin hesabına köçürülməsini tələb edir. Məhkəmədə 3-cü şəxs X6 nümayəndəsi və vəkili X21 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, X4 rayonun Xuluq kəndinin sakini olaraq Xuluq bələdiyyəsinə torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciət etmiş və bələdiyyənin 25 dekabr 2019-cu il tarixli qərarı ilə ona Xuluq kəndində 0.95 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan qərar qəbul edildikdən sonra onunla Xuluq bələdiyyəsi arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilənin tələbinə görə ödənilməli olan 1.200 manat pulu notariusun depozit hesabı vasitəsi ilə Xuluq bələdiyyəsinə ödəmişdir. Sonradan həmin torpaq sahəsinə dair DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən çıxarış verilmiş və hal hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi İsgəndər Hacıyevdir. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə 3-cü şəxsin digər nümayəndəsi vəkilin verdiyi izahata uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xuluq bələdiyyəsinin alq-satqı predmeti olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması haqqında 17 noyabr 2015-ci il tarixli 08 nömrəli qərarı, Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin Xuluq bələdiyyəsinin mülkiyyətində olan 0.1 ha torpaq sahəsinin fərdi yaşayış evinin tiintisi üçün alınması haqqında 22.12.2017-ci il tarixli 319 saylı rəyi, Xuluq bələdiyyəsinin DƏDRX-nin 5 saylı ərazi idarəsinə 0,1 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi haqqında 118 saylı 02 dekabr 2019-cu il tarixli müraciəti, ƏMDK-nin Xaçmaz ərazi şöbəsinin ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə 0,095 ha torpaq sahəsinin alqı-satqı predmeti olan torpaq sahəsinə aid olması barədə 15 noyabr 2019-cu il tarixli ********** saylı rəyi, DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Xuluq bələdiyyəsinin adına verdiyi ********** qeydiyyat nömrəsi olan 18.12.2019-cu ildə qeydiyyata alınan mülkiyyət hüququna dair çıxarış, Qusar rayonunun Xuluq bələdiyyəsinin 12 saylı 25.12.2019-cu il tarixli protokolunun surəti, Xuluq bəllədiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 28.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi, DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Cavabdeh2 adına verdiyi ********** qeydiyyat nömrəsi olan 22.01.2020-ci ildə qeydiyyata alınan mülkiyyət hüququna dair çıxarış və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Xuluq bələdiyyəsi inzibati ərazisində olan 0,095 ha torpaq sahəsinin satışını həyata keçirməsi məqsədi ilə həmin torpaq sahəsinə dair öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Həmin çıxarış alınana qədər Xuluq bələdiyyəsi bələdiyyə torpaqlarının rəsmiləşdirilməsi üçün tələb olunan prosedur qaydalarına riayət etmişdir. Belə ki, Xuluq bələdiyyəsi həmin torpaq sahəsinin təyinatı və satışa yaralığının müəyyən edilməsi məqsədi ilə Qusar rayon İcra Hakimiyyətinin nəznində olan Memarlıq və tikinti şöbəsindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz rayon şöbəsindən müvafiq müsbət rəylər almış və sonradan həmin torpaq sahəsinə dair öz adına DƏDRX-nin 5 saylı Ərazi idarəsindən mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Sonradan Xuluq bələdiyyəsi özünün 12 saylı 25.12.2019-cu il tarixli protokolu ilə həmin torpaq sahəsini Cavabdeh2 satması qərarına gəlmiş və notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini Cavabdeh2 satmışdır.Hal hazırda Cavabdeh2 həmin torpaq sahəsinin mülkiyyətçisidir. Hazır ki, iş üzrə iddiaçı torpaq sahəsinin Cavabdeh2 satılması haqqında Xuluq Bələdiyyəsinin 25.12.2019-cu il tarixli protokolunun saxta olmasını, kötüyünün bələdiyyədə olmamasını, torpaq sahəsinin alqı satqı dəyərinin Xuluq bələdiyyəsinin hesabına keçməməsini iddia edərək, həmin protokol əsasında verilmiş ********** nömrəsi ilə qeydə alınan çıxarışın etibarsız hesab edilməsini tələb edir. Bundan başqa iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin onun fərdi yaşayış evinə bitişik olmasını, uzun müddət olaraq faktiki istifadəsində olmasına istinad edərək həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməli olmasını bildirir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsininin 6-cı bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və va icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsaən bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, Qusar rayonu Xural Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından oda məlum olmuşdur ki, Qusar rayonun Xuluq kənd sakini Cavabdeh2 Xuluq bələdiyyəsinə müraciət edərək, Xuluq bələdiyyəsinin inzibati ərazisindən ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56 maddəsinin 4-cü bəndində göstərilmiş torpaq sahəsinin alınmasında üstünlük hüququ yalnız torpaq sahələri hərrac yolu ilə satıldığı tədqirdə yaranır. Yəni qeyd olunan Məcəllənin 56 maddəsinin 4-cü bəndi torpaq sahələrinin hərrac keçirilmədən satılması hallarına şamil edilmir. Xuluq bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun“ 9.1-ci bəndinə istinad etməklə 5 ildən artıq həmin kənddə yaşayan kənd sakini Cavabdeh2a torpaq sahəsinin hərrac keçirmədən satmışdır. X18 özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək 12 saylı 25.12.2019-cu il tarixli qərarını qəbul etmişdir.İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsinə dair gətirilən arqumentlərdən biri olan 12 saylı 25.12.2019-cu il tarixli qərarın kötüyünün Xuluq bələdiyyəsində saxlanması ilə bağlı məhkəmə qeyd edir ki, həmin qərarın əslinin Xuluq bələdiyyəsində saxlanmaması və ya itirilməsi qərarın saxtalığına dəlalət edə bilməz. Nəzərə alınmalıdır ki, Xuluq bələdiyyəsinin 12 saylı 25.12.2019-cu il tarixli qərarının saxtalığı ilə bağlı gətirilən arqumentlər mötəbərlik prezumpsiyası prinsipinə ziddir. Belə ki, “İnizbati İcraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır iddia tələbi üzrə 3-cü şəxs qismində çıxış edən Cavabdeh2 “İnizbati İcraat haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş etimad hüququnun qorunması prinsipinə əsaslanaraq torpaq sahəsinin ayrılması ilə bağlı Xuluq bələdiyəsinə müraciət etmişdir. Belə ki, Qanunun 13.1-ci və 13.5-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Beləliklə, cavabdeh Qusar rayonu Xuluq Bələdiyyəsinin 12 saylı 25.12.2019-cu il tarixli qərarının və həmin qərarın əsasında aparılan hüquqi hərəkətlərin qanunsuz hesab edilməsi üçün hər hansı bir əsas mövcud olmadığından hesab olunur ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı “Qusar rayonunun Xuluq bələdiyyəsinin Qusar rayonunun Xuluq kənd ərazisində yerləşən 0.9 hektar həyatyanı torpaq sahəsinin Cavabdeh2 satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarın və 22.01.2020-ci il tarixli ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar