Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-506/2022 28.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona, müharibə veteranı adının verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2N2N-ci il tarixli, N/Y-NNN29 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, N may N-cü ildə Xaçmaz RHK-dan çağırılmış, xidmətə N №li hərbi hissənin tərkibinə daxil olmuşdur. N mart N5-ci ildə N №li hərbi hissənin tərkibinə göndərilmişdir. N dekabr N6-cı ildə döyüş tapşırığını yerinə yetirən zaman düşmənin mina partlayışı zamanı 3 yerdən qəlpə yarası almış və kəllə beyin travması almışdır. Onu Papalin qospitalına aparmışdırlar. Bu günə kimidə qəlpənin biri kürəyindədir. Çıxarılması təhlükəli olduğu üçün çıxarılmamışdır. Bunları N4 mat-ın komandir əvəzi Allahverənov H. 5 mat-ın komandiri Məmmədov İ. yazdığı xasiyyətnamədə təsdiq edir və iddiaçının həkim kağızları, Azərbaycan Respublikası Nazirlər kabinetinin N sentyabr N5- ci il tarixli 2N6 nömrəli (N3 noyabr 2NN6-cı il 438 nömrəli qərar) Qərarı ilə təsdiq edilmiş müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamənin N-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq N2 may N- cü il tarixdən sonra müharibə veteranı adı yalnız döyüş zamanında hərbi xidmət keçərkən yaxud döyüş zamanında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində, N may N-cü ildə Xaçmaz RHK-dan hərbi xidmətə çağrıldığını, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyini, N dekabr N6-cı ildə döyüş tapşırığını yerinə yetirərkən, düşmən minasının partlayışı zamanı üç yerdən qəlpə yarası və kəllə beyin travması aldığını göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. . Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqapların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşıhqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın 27-dən noyabrın NN-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnambnin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən inzibati orqan və 2 zəruri şərtin gözlənilməsi nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sqnədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin qizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etməyi zəruri hesab edirlər ki, Mərkəzi Arxiv tərəfindən sorğularına əsasən təqdim edilmiş xx.xx.2N2N-ci il tarixli 9/2-4537 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində İddiaçı yaralanması və müdafiə nazirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, özü bölük komandiri olmuşdur. Tağımda komandir olmadığı üçün İddiaçı komandir müavini olaraq təyin edilmişdir. Hadisə vaxtı öz punktunda olmuşdur. Partlayış səsi eşidilmişdir. Səhər tezdən, dumanlı vaxtda olmuşdur. Partlayışda İlham adında bir əsgər şəhid olmuşdur. İki nəfər yaralanmışdır. Yaralıları və meyidi özləri götürmüşdür. Arxiv sənədlərində qazan təminatına daxil olma və qazan təminatından çıxarılma qeyd edilir. Döyüş tapşırığı deyilən bölmə var. Bu hərgün doldurulur. Əgər eyni gündü 3 nəfərin adı siyahıdan çıxarılırsa bu döyüş tapşırığı ilə bağlı ola bilər. Arxivdə həmin məlumatlar qeyd edilmir. Əmrlər kitabında qeyd edilir. Ölüm səbəbi izahlı formada qeyd edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş XNN ifadəsində bildirmişdir ki, İddiaçı tağım komandirinin müavini olmuşdur. Özü serjant olmuşdur. N dekabr N6-cı il tarixində hadisə baş vermişdir. Minaya düşəndə 3 nəfər olmuşdur. Özü və İddiaçı yaralanmışdır. Özü yüngül xəsarət almışdır. İlham Rüstəmov vəfat etmişdir. Hadisədən sonra batolyana zəng etmişilər. Özü şokda olmuşdur. İddiaçı vəziyyəti ağır olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. Əsgər yoldaşı olmuşdur. Posta olanda mina səsi gəlmişdir. Hava dumanlı idi. İlham Rüstəmov vəfat etmişdir. İlham Rüstəmovu özü çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş XNN ifadəsində bildirmişdir ki, 25 dekabr N6-cı il tarixində qardaşı şəhid olmuşdur. 26 dekabr tarixində dəfn olunmuşdur. Yaralananlar arasında İddiaçı olmuşdur. Qardaşı dəfn olunduqdan 7 gün sonra ondan nəsə öyrənmək üçün Papanin hərbi qospitalına getmişdirlər. Lakin yanına buraxmamışdırlar. Vəziyyətinin ağır olduğunu, dostunun şəhid olmasının ona pis təsir edəcəyini bildirərək yanına keçməyə icazə verməmişdirlər. Bu səbəbdən geri qayıtmışdırlar. Qardaşından qalan qeyd dəftəri N il sonra ailəsinə təqdim edilmişdir. Onun içində qardaşının yoldaşlarının ünvanları yazılmışdır. Şəhid ailəsi statusu verilmişdir. Qardaşının adına məktəb mövcuddur. Adı bir neçə yerdə ictimailəşdirilmişdir. Adına olan medallar təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən NN-ci il oktyabrın 9dan N-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il N sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2NN8-ci il tarixli, 4N №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Cavabdeh orqan qeyd edir ki, Mərkəzi Arxiv tərəfindən sorğularına əsasən təqdim edilmiş xx.xx.2N2N-ci il tarixli 9/2-4537 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində İddiaçı yaralanması və müdafiə nazirinin NN-xx.xx.N6-cı il tarixli əmrlərində N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. İddiaçı qeyd edir ki, o N may N-cü ildə Xaçmaz RHK-dan çağırılmış, xidmətə N №li hərbi hissənin tərkibinə daxil olmuşdur. N mart N5-ci ildə N №li hərbi hissənin tərkibinə göndərilmişdir. N dekabr N6-cı ildə döyüş tapşırığını yerinə yetirən zaman düşmənin mina partlayışı zamanı 3 yerdən qəlpə yarası almış və kəllə beyin travması almışdır. Bu günə kimidə qəlpənin biri kürəyindədir. Çıxarılması təhlükəli olduğu üçün çıxarmamışlar. Eyni zamanda sağaldıqdan sonra hərbi xidmətini davam etdirmiş, qanunu əsaslarla ordu sıralarından təxris edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya onun təqdim etdiyi əsaslar baxımından müharibə veteranı adının verilməsi üçün qanunvericiliyin tələbi ondan ibarətdir ki, onun döyüş tapşırığını yerinə yetirən zaman xəsarət alması (N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular) və qanuni əsaslarla ordu sıralarından təxris olunması sübut olunsun. İddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması işin mübahisə olunmayan halıdır. Cavabdeh inzibati orqanin iddiaya münasibətində (etirazında) iddiaçıya müharibə veteranı adının verilməsini istisna edən halın onun döyüş tapşırığını yerinə yetirərkən yaralanmasını sübut edən sənədlərin olmaması göstərilir. Məhkəmə araşdirması zamanı aşağıdakı qeyd edilənlər müəyyən edilmişdir. Xaçmaz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N34 №-li əmrilə (əsas: § 2, sıra 28, səh N74, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N mart N5-ci il tarixli 53 Ne-li əmrilə İddiaçı (əsas: § 4, sıra 349, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: əlifba kitabı “xx.xx.N5", sıra 27, səh 8N, məlumatda adı Söhrab yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) xx.xx.N975-çi il təvəllüdlü X6 Xaçmaz RHKdan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N3 mart N5-ci il tarixli 62 Ne-li əmrilə şəxsi heyətin siyahısına daxil olması barədə məlumat vardır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı 7N2 №-ii hərbi hissə komandirinin N3 mart N5-ci il tarixli 62 №-ii əmrilə (əsas: § 5, sıra 348, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N9 №-li əmrində (əsas: səh 26, § 4, § 4, sıra N, əmrdə atasının adı yazılmamışdır) 5 MAT-un hərbi qulluqçusu çavuş İddiaçı 2N4 №-li tibb taburuna müalicəyə göndərildiyi üçün ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 47 №-li əmrilə (əssa: səh 7N, § 4, sıra 4) sıravi Yaqubov XN3 Hərbi Hospitaldan qayıtmış hesab edilərək 5 MAT-da ərzaq təminatına daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi üçün xx.xx.N975-ci il təvəllüdlü çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 286 №-li əmrilə (əsas: səh 55, § N, sıra 4N) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N6-xx.xx.N7-ci il tarixli əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. N №li hərbi hissə komandirinin xx.xx.N6-xx.xx.N6-cı il tarixli “Döyüş sənədləri" qovluğunda İddiaçı və XN4 barəsində məlumat aşkar edilməmişdir: Bundan başqa N4 mabin komandir əvəzi Allahverənov və 5 mat-ın komandiri Məmmədov tərəfindən verilmiş xidməti xasiyyətnamədə qeyd edilir ki, İddiaçı N4 mab-a gəldiyi gündən özünü nizam intizamlı əsgər kimi göstərmişdir. Verilən bütün əmr və göstərişləri vaxtında və tez yerinə yetirmişdir. Nümunəvi xidmətini nəzərə alıb komandirlər ona ş-s rütbəsi vermişdirlər. Təlim zamanı fəallıq göstərmişdir. N dekabr N6-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı zamanı 3 yerdən qəlpə yarası almışdır. Sağaldıqdan sonra N №li hərbi hissəyə qayıtmışdır. Fiziki cəhətdən sağlamdır. Hərbini sevir. Hərbi və Dövlət sirrini qorumağı bacarır. Habelə məhkəmə araşdırması zamanı xəstənin ambulator, stasionar kartasından çıxarış məhkəməyə təqdim edilmişdir. Həmçinin şahid ifadələrində də İddiaçı mina partlayışı nəticəsində yaralanandığı öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, X7 şəhid olması, ona şəhid statusunun verilməsi, onunla eyni vaxtda yaralanmış İddiaçı da döyüş tapşırığını yerinə yetirərkən yaralandığını sübut edir. İddiaçı XN4 ilə birlikdə minaya düşdüyü və həmin şəxsin həlak olması və şəhid statusu almasını bildirdiyi üçün məhkəmə bununla bağlı araşdırma aparmış aşagıdakılar müəyyən edilmişdir. 5 MAT-un hərbi qulluqçusu, N975-ci il təvəllüdlü sıravi XN4 xx.xx.N6-cı il tarixdə Alxanlı kəndində öz xidməti vəzifə borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində həlak (ölüm xidməti iş ilə əlaqədardır) olduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 36N №-li əmrilə (əsas: səh 2N9, § 6) xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. XN4 28 dekabr N6-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyan zaman komandirinin əmrini yerinə yetirərkən minaya düşmüş və şəhidlik zirvəsinə ucalmışdır. XN6 şəhidlik vəsiqəsi anası mərhum X3 adına verilmişdir. (Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti Başçısının X2N Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 3N may 2NN-ci il tarixli, 28N saylı arayışı) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində Tovuz rayonu üzrə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların qeydiyyatı kitabında X7 adı qeyd olunmuşdur. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin 24 iyun 2NN-ci il tarixli 7N5 saylı məktubu) Göründüyü kimi iddiaçının şəhid statusu verilmiş XN4 ilə eyni vaxtda mina partlayışında yaralanması öz təsdiqini tapmışdır. XN2 şəhid statusu verildiyi halda, iddiaçıya müharibə veteranı adının verilməməsi inzibati icraatın qəbul edilmiş prinsiplərindən olan bərbərlik prinsipinədə ziddiyət təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NNN-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının bütövlüyü uğrunda N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adının verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-506/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-506/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver