Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-506/2025 15.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X32 Təşəkkül oğlunun sədrliyi, X20 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0,1028 ha torpaq sahəsi ilə üst-üstə düşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86 reyestr nömrəli çıxarışın yalnız plan və ölçü sənədinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0478 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi mərhum anası X14 ayrılmış, istifadə və sahibliyinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər faktiki olaraq onun istifadə və sahibliyindədir, torpaq sahəsinə dair torpaq vergisini vaxtı vaxtında ödəyir. O, 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamına əsasən X8 adına ayrılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 məxsus olması barədə arayışın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavab məktubları ilə ərizəinin icrasından imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu ii tarixli, 65 nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilmədiyi, Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən daşınmaz əmlakın **********86 reyestr nömrəli çıxarış və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0478 nömrəli plan-ölçü sənədi ilə başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü, **********86 reyestr nömrəli çıxarış kimi milli qeydiyyat sistemində qeyd olunmuş daşınmaz əmlakın ləğv edilmiş DT və XK tərəfindən paylı mülkiyyət hüququ ilə X15 və başqalarının adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1316A savlı şəhadətnamə olduğu və həmin torpaq sahəsinin iddia predmeti olan torpaq sahəsi ilə yalnız sənəd üzrə üst-üstə düşdüyü, faktiki yerləşməsinə münasibətdə isə üst-üstə düşmə halının mövcud olmadığı, İddiaçı 4 savlı Abşeron Ərazi İdarəsinə Abşeron Rayon İHB- nın Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 dekabr 1999-cu il tarixli 65 nömrəli sərəncamına əsasən X22 qızına ayrılmış, Abşeron rayonu, Saray qəsəbəsində verləsən 0.1028 ha torpaq sahəsi ilə üst-üstə düşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86 reyestr nömrəli çıxarışın yalnız plan-ölcü sənədinin və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0478 nömrəli plan-ölşü sənədinin ləğv edilməsinə dair müraciətinin aşkarlanmadığı, Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq çıxarıç və plan-ölçü sənədinin ləğvi tələb olunmasına baxmayaraq, sözügedən sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, həmçinin buna dair hər hansı mötəbər sübutun işə əlavə edilmədiyi. Ləğv edilməsi xahiş edilmiş, ləğv edilmiş DTXK tərəfindən pavlı mülkiyyət hüququ ilə X15 və başqalarının adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1316A savlı şəhadətnamə və ləğv edilmiş DTXK tərəfindən X9 adına tərtib edilmiş **********0478 nömrəli plan-ölçü sənədinin Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli. 16 saylı qərarı əsasında verildiyi, sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydiyyata alma zamanı hər hansı yanlışlığa yol verilmədiyi müəyyən olunmuşdur. Daha sonra cavabdeh etiraza əlavə olaraq bildirilmişdir ki, təkrar araşdırma zamanı **********86 reyestr nömrəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5, X4, X6 və X3 adına verilmiş JN-1316A saylı, 30800088 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə əlaqədar Milli Qeydiyyat Sistemində verildiyi müəyyən edilmişdir. X15, X4, X6 və X5 JN-1316A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olmuş Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin 0,05 ha hissəsini xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirmişdilər. Bu alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair X10 adına daşınmaz əmlakın dövlət reyestrindən **********99 reyestr nömrəli çıxarış və plan və ölçü sənədi verilmişdir. Yuxanda qeyd olunanlardan məlum otur ki, mübahisə predmeti olan torpaq sahəsi ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1316A saylı, 30800086 kod nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsinə əsasən (**********86 reyestr nömrəsi) X15, X4, X6 və.X3 mülkiyyətində olmuş 0.14 ha torpaq sahəsinin üst-üstə düşmə halı qalmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X23 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbini aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. Belə ki, 10 may 1998-ci il tarixli Azərbaycan Respublikası Abşeron rayon Aqrar İslahatı Komissiyasının 16 saylı İclas Protokolundan çıxarış, Abşeron rayonu Saray Üzümçülük sovxozunun X33 Komissiyasının 28 aprel 1998-ci il tarixli 12 saylı İclasının Protokolu iş materialarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ləğv edilmiş DTXK tərəfindən paylı mülkiyyət hüququ ilə X7, X3, X1, X2 adına 0,14 ha torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsi barədə Şəhadətnamə öz əksini tapmışdır. Ləğv edilmiş DTXK tərəfindən X11 adına tərtib edilmiş **********0478 nömrəli plan-ölçü sənədinin Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı qərarı əsasında verildiyi öz təsdiqini tapmışdır. Ləğv edilmiş DTXK tərəfindən verilmiş “plan və ölçü” sənədində 10 may 1998-ci il tarixli Abşeron rayon Aqrar İslahatı Komissiyasının 16 saylı X16 1170 kv.m torpaq sahəsi verilməsi qeyd edilmişdir. İş materiallarından da görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 saylı qərarı əsasında X16 digər şəxslərlə birlikdə torpaq sahələri ayrılmışdır. Göründüyü kimi 10 may 1998-ci il tarixli Abşeron rayon Aqrar İslahatı Komissiyasının 16 saylı X16 1170 kv.m torpaq sahəsi verilməsi barədə belə bir qərar verildikdən 1 (bir) il sonra, naməlum şəkildə Abşeron rayon İcra Hakimiyyəti başçısının tabeliyində olan Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsinin X14 verilməsinə dair sənəd alınmışdır. Əgər Saray qəsəbəsi üzrə nümayəndə tərəfindən belə bir sənəd verilmişdirsə, əslində bunun özü qanunvericiliyə ziddir. Belə ki, böyük ərazidəki torpaq sahələri ayrı-ayrı şəxslərə yüksək dövlət və hakimiyyət orqanlarının səlahiyyətli şəxsləri tərəfindən Azərbaycan Respublikası Abşeron rayon Aqrar İslahatı Komissiyasının Qərarı ilə verildiyi halda, Saray icra nümayəndəsinin imzası ilə sənəd verilməsi qanuna ziddir. Bildirir ki, Mübariz Səfərov tərəfindən ləğv edilmiş DTXK-nə müraciət olunmaqla DTXK tərəfindən ona “plan və ölçü” sənədi alınmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin 3-21-3-32/2-İ-01xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamın surəti, Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışın surəti, Ölüm haqqında şəhadətnamənin surəti, Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0478 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin surəti, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 3-21-3-32/2-İ-01xx-xx/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İddia tələbindən görünür ki, tələb iki hissədən-plan və ölçü sənədinin ləğvi və mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 65 saylı sərəncamı və ləğv etmək istədiyi hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş sənəd isə Abşeron rayon Aqrar İslahatı Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı olmuşdur. Mübahisəli halın aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilərək mütəxəssis rəyi alınmışdır. Təqdim edilən mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi Abşeron rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə uyğunluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1028 ha təşkil edir. Elektron məlumat bazasına əsasən Abşeron rayonu Saray Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə ləğv edilmiş DT və XK tərəfindən X11 adına tərtib edilmiş plan və ölçü sənədinin koordinatları ilə tam üst-üstə düşür. Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatları digər şəxsin mülkiyyət sənədlərinin koordinatları ilə üst-üstə düşür. İddiaçının tələbi ona görə əsasızdır ki, onun istinad etdiyi hüquqmüəyyənedici sənədlər iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş X11 adına rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədlərdən sonra tərtib edilmişdir. Eyni zamanda X11 adına rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədlər məhkəmə tərəfindən araşdırılmış və həmin sənədlərin ləğvi üçün iddiaçı tərəfindən hər hansı etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də şəxsin mülkiyyət hüqularına müdaxilə edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni digər şəxslərlə üst-üstə düşmə halı aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 65 saylı Sərəncamına əsasən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən 0,1028 ha torpaq sahəsi ilə üst-üstə düşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********86 reyestr nömrəli çıxarışın yalnız plan və ölçü sənədinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0478 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1028 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X14 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X34
Məhkəmə qərarları › İş №2-1(118)-506/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-506/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver