Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-507/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X16 Ramiz qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə qarşı Xaçmaz Reegional Ədliyyə İdarəsinin 21.10.2020-ci il tarixli təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 04.11.2020-ci il tarixli 12 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaş X7 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.86 ha torpaq sahəsinin ayrılması ilə bağlı 2009-cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 22 fevral 2006-cı il tarixli 02 saylı qərarının etibarsız hesab edilməsi, X9 adına qanunsiz tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN- 329 saylı ********* kodlu dövlət aktının, həmin dövlət aktı əsasında 1.86 ha torpaq sahəsinin X23 oölunun mülkiyyətinə verilməsinə dair bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin torpaq sahəsinin X13 tərəfindən X3 barədə alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və 1.86 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi cavabdeh Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz Reegional Ədliyyə İdarəsinin 21.10.2020ci il tarixli təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 04.11.2020-ci il tarixli 12 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaş X7 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.86 ha torpaq sahəsinin ayrılması ilə bağlı 2009-cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 22 fevral 2006-cı il tarixli 02 saylı qərarının etibarsız hesab edilməsi, X9 adına qanunsiz tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-329 saylı ********* kodlu dövlət aktının, həmin dövlət aktı əsasında 1.86 ha torpaq sahəsinin X23 oölunun mülkiyyətinə verilməsinə dair bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin torpaq sahəsinin X13 tərəfindən X3 barədə alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və 1.86 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18 iyun 2021-ci il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Fərzəlioba kənd sakini X5 istifadəsində olan 1.86 ha torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satılması barədə müraciəti Xaçmaz Ragional ədliyyə idarəsi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, 2009-cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin 22 fevral 2006-cı il tarixli 02 saylı qərarına istinad olunmaqla torpağa mülkiyyət hüququna dair JN-329 saylı, ********* kodlu dövlət aktına əsasən Fərzəlioba kəndi ərazisindən 1.86 ha torpaq sahəsi X9 mülkiyyətinə satılmışdır. T.Məmmədov tərəfindən 04.02.2015-ci il tarixdə notarial qaydada bağlanmış bağışlanma müqaviləsi əsasında həmin torpaq sahəsi oğlu Səfərəli Məmmədova bağışlanılmışdır. Səfərəli Məmmədov 17.12.2017-ci il tarixdə həmin torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında X4. Yuxarıda qeyd olunan sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, JN-329 saylı, ********* kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas olmuş 2009- cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin 22 fevral 2006-cı il tarixli 02 saylı qərarı mövcud deyildir. Belə ki, Dövlət Arxivindən və Köhnə Xudat bələdiyyəsindən alınmış məlumatlara əsasən məlum olmuşdur ki, İdrisoba bələdiyyəsinin fəaliyyət göstərdiyi 2000-2009-cu illərə dair sənədlər naməlum şəraitdə itmişdir. Həmin dövrdə İdrisoba bələdiyyəsinin sədri vəzifəsində işləmiş Əmiraslan Bayramov izahatında vətəndaş T.Məmmədov tərəfindən 1.86 ha torpaq sahəsinin ayrılması ilə bağlı ona müraciət olunmadığı və bələdiyyə tərəfindən T.Məmmədova hər hansı torpaq sahəsinin satılmadığını qeyd etmişdir. Bələdiyyənin qərarı ilə 1.86 ha torpaq sahəsi satılmış T.Məmmədovun oğlu Səfərəli Məmmədov izahatında həmin torpaq sahəsinin atası tərəfindən ona bağışlanıldığını, atasının deməsinə görə ona satılmış torpaq sahəsinin sənədlərini uzaq qohumu olan mərhum Elşad İbrahimov tərəfindən verildiyini qeyd etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, bələdiyyəyə müraciət olunmadan, müvafiq müraciət bələdiyyə iclasında müzakirə edilmədən və bələdiyyə tərəfindən kollegial qərar qəbul edilmədən, bələdiyyə büdcəsinə torpağın dəyəri ödənilmədən, vətəndaş T.Məmmədovun adına qanunsuz tərtib edilmiş torpağa mülkiyyət hüququna dair JN-329 saylı, ********* kodlu dövlət aktı əsasında 1.86 ha torpaq sahəsi qanusuz olaraq mülkiyyətə keçirilmiş və mülkiyyətçi tərəfindən əvvəlcə oğlu S.Məmmədova bağışlanılmış, sonra isə oğlu tərəfindən X1. Göstərilənlər nəzərə alınaraq vətəndaş X7 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.86 ha torpaq sahəsinin ayrılması ilə bağlı 2009-cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin adından qanunsuz tərtib olunmuş 22 fevral 2006-cı il tarixli, 02 saylı qərarı etibarsız hesab edilməsi və qərar etibarsız hesab edildikdən sonra T.Məmmədovun adına qanunsuz tərtib edilmiş torpağa mülkiyyət hüququna dair JN-329 saylı, ********* kodlu dövlət aktının, həmin dövlət aktı əsasında 1.86 ha torpaq sahəsinin S.Məmmədovun mülkiyyətinə verilməsinə dair bağışlama müqaviləsinin, həmçinin S.Məmmədov tərəfindən qeyd olunan torpaq sahəsinin Əhəd Rəcəbova satılması barədə alqı-satqı müqaviləsinin, o cümlədən sözügedən torpaq sahəsi ilə bağlı vətəndaşlara verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv olunması üçün məhkəməyə müraciət olunması ilə əlaqədar müvafiq tədbirlər görülməsi barədə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə 21.10.2020-ci il tarixdə 04/Ş-458 saylı təklif məktubu göndərilmişdir. Lakin Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsi tərəfindən qeyd olunan təklif məktubu bələdiyyənin 04.11.2020-ci il tarixli 12 saylı iclasının qərarı ilə təmin edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən hazirki iddia ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə məktub göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X22 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X15 iddianı qəbul etməyərək izah etdi ki, üşüncü şəxs X20 mübahisələndirilən torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Xaçmaz rayon Məhkəməsinin 28 dekabr 20198-cu il tarixli qətnaməsi ilə onun əmlakın qanunsuz sahiblikdən geri alınmasına dair iddiası və cavabdeh X6 ona qarşı bağışlama və alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin mülki işə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən Samir Şıxməmmədovun vəsatətinə əsasən iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş : -Xaçmaz Regional Ədliyyə İdarəsinin 21 oktyabr 2020-ci il tarixli 04/Ş-458 saylı məktubundan görünür ki, o, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinə müraciət edərək vətəndaş X7 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.86 ha torpaq sahəsinin ayrılması ilə bağlı 2009-cu ildə Xaçmaz rayonu Köhnə Xudat bələdiyyəsinə birləşmiş İdrisoba bələdiyyəsinin adından qanunsuz tərtib edilmiş 22 fevral 2006-cı il tarixli 02 saylı qərarın etibarsız hesab edilməsi, qərar etibarsız hesab edildikdən sonra T.Məmmədovun adına qanunsuz tərtib edilmiş torpağa mülkiyyət hüququna dair JN-329 saylı ********* kodlu dövlət aktının, həmin dövlət aktı əsasında 1.86 ha torpaq sahəsinin S.Məmmədovun mülkiyyətinə verilməsinə dair bağışlaça müqaviləsinin, həmçinin S.Məmmədov tərəfindən qeyd olunan torpaq sahəsinin Ə.Rəcəbova satılması barədə alqı-satqı müqaviləsinin, o cümlədən sözügedən torpaq sahəsi ilə bağlı vətəndaşlara verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv olunması üçün məhkəməyə müraciət edilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təklif etmişdir. - Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin 04 noyabr 2020-ci il tarixli 12 saylı iclasının qərarından görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin 21 oktyabr 2020-ci il tarixli 04/Ş-458 saylı məktubunun müzakirə edilməsi, məktubda göstərilən 2 ha torpaq sahəsi üzrəində bələdiyyənin mülkiyyət hüququnun tanınması ilə bağlı rəylərin alınması üçün ƏMDK-nin 13 saylı Xaçmaz şöbəsinə edilmiş müraciətə cavab alınqdıqdan sonra regional ədliyyə idarəsinin təklifində nəzərdə tutulmuş tələblərıə bağlı müvafiq qərarın qəbil ediləcəyi qərara alınmışdır. -Torpağa mülkiyyət hüququna dair JN-0329 kod 30212068 saylı 19 may 2006-cı il tarixli dövlət aktından görünür ki, Xaçmaz rayon İdrisoba bələdiyyəsinin 22 fevral 2006-cı il tarixli 02 saylı qərarı ilə 1.86 ha torpaq sahəsi X2. -Xaçmaz rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli 2(067)-180/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdeh X8 qarşı əmlakın qanunsuz sahibliyindən geri alınmasına dair iddiası və iddiaçı X6 cavabdeh X21 qarşı bağışlama və alqı-satqı müqavilələlərinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2(105)-174/2021 saylı qərardadından görünür ki, yuxarıda göstərilən mülki iş üsrə icraat hazırki inzibati mübahisəyə dair iş üzrə yekun qərar qəbul edilib qüvvəyə minənək dayandırılmışdır. Əvvəla, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarı onun təklif müraciəti üzrə yekun qərar hesab etmək olmaz. Belə ki, qərarın məzmunundan göründüyü kimi regional ədliyyə idarəsinin müracəti daxil olduqdan sonra bələdiyyə mübahisəli torpaq sahəsinin kateqoriyasını və ümumiyyətlə, bələdiyyə torpaqlarına aid olub-olmamasını müəyyən etmək üçün ƏMDK-nin regional şöbəsinə müraciət etmiş və həmin sorğuya cavab alınandan sonra təkilifin yenidən müzakirə ediləcəyinə dair qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 13-cü və 14-cü bəndlərində qeyd olunmuşdur ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. Qanunun 7.2-ci maddəsinə görə inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə Xaçmaz rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixə aid olduğu nəzərə alınmaqla hesab edir ki, üçüncü şəxs qismində cəlb edilmiş X19 mübahisələndirilən qərardan ən azı 2019-cu ildə xəbər tutmuşdur. Lakin bununla bağlı yuxarıda adı çəkilən Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş mddəti ötürməklə Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin ikinci bəndində göstərilən torpağın ayrılmasına dair bələdiyyə qərarının etibarsız hedab edilməsinə dair tələbə iddiaçının təklif məktubu üzrə yekun qərar qəbul edildikdən sonra baxıla bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin üçüncü bəndində göstərilən dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və torpağın bələdiyyə mülkiyyətinə qaytarılmasına dair tələblər mülki icraatda baxılmalı olduğu üçün mümkün sayılmamalıdır. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-507/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-507/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver