Məhkəmə qərarları › İş №2-1(118)-507/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-507/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-507/2022 18.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Abşeron rayonu Novxanı kəndində yaşayan) Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahiəsləri ilə İş üzrə Mərkəzi filialında müəxəssis işləyən, Bakı şəhəri, 7-ci mikrorayon, 31/26-cı məhəllə ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı 1995-ci ilin l-V, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında, 1997-1998-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşı tamam olan tarixdən, yəni 21 mart 2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1995-ci ilin l-V, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında,1997- 1998-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-cı il təvəllüdlüdür. 1973-cü ilin iyul aylından 1974-cü ilin ayınadək 67 saylı X8 məktəbində oxumuşdur. xx.xx.1974xx.xx.1975-ci illərdə 2 saylı Bakı Taksimotor Parkında işləmişdir. xx.xx.1975-xx.xx.1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-xx.xx.2000-ci illərdə əvvəl 2 №-li Taksimotor Parkında, daha sonra köçürmə yolu ilə “Avtoekspress" ATSC-də işləmişdir. Ümumi iş stajı 26 il 3 ay təşkil edir. İddiaçı 65 yaşı tamam olan tarixdə, yəni xx.xx.2021-ci ildə DSMF-nin 1 saylı Regional Ərazi Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə ilk dələ cavabdeh xx.xx.2021-ci ildə **********8 saylı məktubla cavab vermiş və göstərilmişdir ki, "xx.xx.1997-xx.xx.2000-ci illərin iş stajının yoxlanması zərurəti yaranmışdır*. Lakin arxiv sənədlərinin olmaması səbəbindən iş stajının yerində yoxlanması mümkün olmamışdır. İkinci dəfə cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "1992-2000-ci illər üzrə öz hesabına məzniyyətdə olubolmaması barədə arayış təqdim etdikdən sonra pensiya hüququna yenidən baxılacaqdır". Bundan sonra xx.xx.2021-ci ildə arxiv arayışı, AR-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Həmin arxiv arayışında onun öz hesabına əmək məzuniyyətində olmağı göstərilməmişdir. Daha sonra DSMF-nin nümayəndəsinin iştirakı ilə 3.04.2021-ci ildə qarşılıqlı yoxlama aktı tərtib edilmiş və guya onun 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olmağı qeyd edilmişdir. Daha sonra cavabdeh ona xx.xx.2021-ci ildə **********7 saylı məktub göndərmiş və bildirilmişdir ki, xx.xx.1997-xx.xx.2000-ci il tarixədək işlədiyim dövrün yoxlanılması zərurəti yaranmışdır. Bu məqsədlə müvafiq quruma sorğu göndərilmişdir. Nəhayət cavabdeh xx.xx.2021-ci ildə imtina məktubu gönədirmişdir. Məktubda iş stajının 23 il olduğu, 1995, 1996, 1997 və 1998-ci illərdə əmək haqqının olmaması səbəb kimi göstərilmişdir. Halbuki, o, qeyd edilən illərdə ödənişsiz məzuniyyətdə olmamışdır. Cavabdehin istinad etdiyi akt Nəqliyyat Rabitə və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən xx.xx.2021-ci ildə ştampla təsdiq edilmişdir. Həmin aktda ayrı-ayrı tarixlərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Digər tərəfdən cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1997-16.06.200-ci illərin iş stajının yoxlanması arxiv sənədlərinin olmaması səbəbindən mümkün olmamışdır. Halbuki, məktub imzalanan tarixdə (xx.xx.2021-ci ildə) cavabdehin Baş mütəxəssisi H.T.Qurbanovun iştirakı ilə tərtib edilmiş aktda ona 1995-1996-1997-ci illərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.1978-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əvvəl 2 nömrəli Bakı Taksimotor Parkında, daha sonra köçürmə yolu ilə “Avtoekspress” ATSC-də işlədiyini iddia edir. Bundan əlavə ddiaçı ərizəsində yaşa görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə X9 Şəxsinin Abşeron-Xızı Regional filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni iddiaçının sığorta stajının yoxlanılması zamanı 1995-ci ildə lİİ,İV,V və İX aylarında, 1996cı ildə İİİ,Xİ,Xİİ aylarında, 1997-cı il və 1998-ci illərdə əmək haqqlarının ödənilməməsi qeyd edilmişdir və 25 ildən az əmək stajı olduğu əsas gətirilərək yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. İddiaçının əmək faəlivvəti ilə məşğul olduğunu iddia etdiyi 2 nömrəli Bakı Taksimotor Parkının və “Avtoekspress” ATSC-nin heç bir sənədi Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyildir. İş materiallarında olan : - İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. -НЗ №3 225987 seriyalı hərbi biletdən görünür ki,İddiaçı 1975-1978-ci illərdə hərbi xidmtdə olmuşdur. - İddiaçının adına açılmış ИТ №0358998 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2000-ci il tarixədək müxtəlif işlərdə və vəzifələrdə işləmişdir. - - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yükəsk Texnologiyalar Nazirliyi tərəfindən verilmiş MA 118 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki,İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən o, həqiqətən oktyabr 1974-cü il tarixdən 2 nömrəli Bakı Taksimotor parkına 2-ci dərəcəli avto çilingər vəzifəsinə işə qəbul edilmişdir. Aprel 1975-ci il tarixədək həmin vəzifədə işləmişdir.xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/213 №-li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-ci il tarixli, kş/148-а №-li əmr) 3-cü dərəcəli avto çilingər vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1997-ci il tarixdən (Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserninin xx.xx.1997-ci il tarixli 11 №-li əmri) Beynəlxalq və Şəhərlərarası Daşınmalar Birliyinir BTMP ilə X4 Nəqliyyat Müəssisəsinin birləşdirilməsi ilə əlaqədar olaraq X2 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1997-ci il taixdən (xx.xx.1997-ci il tarixli, kş/2 №-li əmr) X2 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdən X2 X6 Ekspress ATSC adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, 31 №-li əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq tərəfllərin qarşılıqlı razılığı) əmək müqaviləsinə xitam verilmişdir. - -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə filialı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1978-xx.xx.1997-ci illərin əmək stajı araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən (213 №-li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avto çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci il taixdən X2 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. İşlədiyi müddətdə İddiaçı müəssisə tərəfindən əmək haqqları 1994-cü il daixl olmaqla tam ödənilmişdir. Onun 1995-ci ilin 1,2,3,4,5 və 9-cu aylarında , 1996-cı ildə 2, 12-ci aylarda və 1997-ci ilin yanvar aylarında əmək haqqıarı ödənilmişdir. - -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nqəliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən oktyabr 1974-cü il tarixdən 2 nömrəli Bakı Taksimotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir.Aprel 1975-ci il tarixədək həmin vəzifədə işləmişdir.xx.xx.1978-ci il tarixdən (xx.xx.1978-ci il tarixli, kş/213 №-li əmr) 2 №-li Bakı Taksomotor parkına 2-ci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir.xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-ci il tarixli, kş/148-а №-li əmr) 3-cü dərəcəli avtoçilingər vəzifəsinə təsdiq edilmişdir. xx.xx.1997-ci il tarixdən (Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserninin 22.01,1997-ci il tarixli, 11 №-li əmri) Beynəlxalq və Şəhərlərarası Daşınmalar Birliyinir BTMP ilə X4 Nəqliyyat Müəssisəsinin birləşdirilməsi ilə əlaqədar olaraq X2 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1997-ci il taixdən (xx.xx.1997-ci il tarixli, kş/2 №-li əmr) X2 Avtonəqliyyat Müəssisəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdən X2 X6 Ekspress ATSC adlandırılmışdır. xx.xx.2000-ci il tarixdən (xx.xx.2000-ci il tarixli, 31 №-li əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq tərəfllərin qarşılıqlı razılığı) əmək müqaviləsinə xitam verilmişdir. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nqəliyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna aəlavə edilmiş arxiv arayışından görünür ki, İddiaçı 1998-ci ilin 1,3-5, 7,11-12-ci aylarında,1999cu ildə və 2000-ci ilin 1-4 və 6-cı aylarında “Avtoekspress” ATSC-də işləmiş və əmək haqqı almışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundna görünür ki, 2 nömrəli Bakı Taksimotor parkının və Avtoekspress ATSC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivin Bakı filialına mühafizə üçüçn təhvil verilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində hüquqi ünvanı ünvan 3rnin 2 saylı Bakı Taksomotorparkının xx.xx.1996-ci il tarixdə D-1550 nömrə ilə hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə 1 olan "xxxx" X10 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə 2653 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Hər iki hüquqi şəxs 2004-cü ildən hal-hazıradək invertarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisəsiz qəbul edilən ümumi iş stajı 23 ildir. 1995-1998-ci illərdə işlədiyi dövrədə əmək haqqı alması təsdiqlənmədiyindən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi ilə bağlı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı dəfələrlə sorğuların verilməsiunə baxmayaraq iddiaçının mübahisələdnriilən dövrdə əmək haqqı almasını təsdiq edən sənədlər aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunvericiliyin mənasından görünür ki, əmək pensiyasının hesablanması üçün işçinin fəaliyyəti dövründə əmək haqqından məcburi sosial sığorta haqqının tutulması şərtdir. Əmək haqqının ödənilməıdiyi halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının həmin dövrün sosial slğorta stajına daxil edilməsi və nəticə etibarı ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır və onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar