Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-508/2022 17.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X19 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X13 (işləməyən, Qusar rayonu, Quxur -oba kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Qusar RİHB-nın Sudur kənd İƏDÜ nümayəndəliyi üzrə 27.01.1973-cü il tarixli 4 №-li nikah haqqında akt qeydində mərhum əri X11 və onun soyadının “Əmirbəyova” kimi yazılaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzəronə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar RİHBnın Sudur kənd İƏDÜ nümayəndəliyi üzrə 27.01.1973-cü il tarixli 4 №-li nikah haqqında akt qeydində mərhum əri X11 və onun soyadının “Əmirbəyova” kimi yazılaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1952-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuş və qızlıq soyadı Əlimova olmuşdur. 27 yanvar 1973-cü il tarixdə X17 ilə rəsmi nikah bağlamaqla ailə həyatını qurmuş və bu barədə Qusar rayonunun Sudur İƏD üzrə Nümayəndəliyi tərəfindən 27.01.1973-cü il tarixli, AZ 231560 №-li evlənmək haqqında şəhadətnamə verilmişdir. X7 ilə aralarında olan nikah rəsmiləşdirilərkən onun və ərinin soyadı “Əmirbəyov” əvəzinə səhvən “İsabəyov” kimi yazılmışdır. Bundan sonra şəxsiyyəti təsdiq edən sənədlərdə soyadı İsabəyova, uşaqların da soyadı İsabəyov kimi qeyd edilmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək nikah haqqında akt qeydində soyadının “İsabəyova”-dan “Əmirbəyova”ya düzəliş edilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bu düzəlişin edilməsi ona pensiya hüquqlarından istifadə edilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 iddia tələbini müdafə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ididaya dair münasibətdə bildirmişdir ki, işin mahiyyəti üzrə baxılmasına etirazı yoxdur və qanuni qərarın qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxılır. İş materiallarına əlavə edilmiş: -AZE № ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1952-ci ildə Qusar rayonu Quxur-Oba kəndində anadan olmuşdur. - Cavabdeh tərəfindən verilmiş 16.01.2021-ci il tarixli arayışdan görünür ki, X17 03.03.1941-ci ildə Qusar rayonunda anadan olmuşdur. X10, anası X6r. Bu barədə Qusar rayon Sudur kənd İƏV nikah kitabında 15.03.1941-ci il tarixli 15 № li səhifədə qeydiyyat aparılmışdır. - Cavabdeh tərəfindən təsdiq edilmiş Qusar rayon Sudur kənd İƏN 27 yanvar 1973cü il tarixli nikah kitabının 04 nömrəli səhifəsindən çıxarışdan görünür ki, X5 Dəstə Balamirzə qızı arasında nikah qeydiyyata alınmışdır. Bu barədə AZ-V№ 231560 seriyalı şəhadətnamə verilmişdir. - AЗ № 231560 seriyalı “Evlənmək haqqında” şəhadətnamədən görünür ki, X3 Əmirbəy Fəndi oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - AZ-İİ № 116276 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 13.11.2020-ci ildə vəfat etmişdir. İş materiallında olan hərbi biletdən, attestatdan və sürücünün imtahan kartasından çıxarışdan görünür ki, həmin sənədlərdə iddiaçının ərinin soyadı, adı və ata adı X8 qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən göndərilmiş 4 saylı 27 yanvar 1973-cü il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, “evlənənlər haqqında məlumat” qrafasında X22 və X9 göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən göndərilmiş iddiaçıya aid doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı soyadı “Əlimova” kimi göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Qusar rayon Polis şöbəsinin 31.01.2022-ci il tarixli məktubundan və İAMAS altsistemindən çıxarışdan görünür ki, X17 03.03.1941-ci ildə Qusar rayonu Quxur kəndində anadan olmuşdur. Lakin X14 Qusar rayonu inzibati ərazisində qeydiyyatda olması barədə heç bir məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X2 Əmirbəy Fəndi oğlu ilə nikaha daxil olmuş, lakin nikah haqqında akt qeydində ərinini soyadı səhvən “İsabəyov” kimi qeyd edildiyindən nikahdan sonra da hər ikisinin soyadı müvafiq olaraq “İsabəyov” və “İsabəyova” kimi yazılmışdır. Buna baxmayaraq mərhum ərinin bütün digər şəxsi sənədlərində soyadı “Əmirbəyov” kimi qalmışdır. Ərinin vəfatından sonra iddiaçı pensiya hüququnu əldə etmək üçün müvafiq orqanlara müraciət etdikdə soyadlarında olan ziddiyyətlər maneçilik yaratmışdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X32:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. ] Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesdab edir ki, iddia təmin edilməli, Qusar RİHB-nın Sudur kənd İƏDÜ nümayəndəliyi üzrə 27.01.1973-cü il tarixli 4 №-li nikah haqqında akt qeydində mərhum əri X11 və onun soyadının “Əmirbəyova” kimi yazılaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Qusar RİHB-nın Sudur kənd İƏDÜ nümayəndəliyi üzrə 27.01.1973-cü il tarixli, 4 №-li nikah haqqında akt qeydində İddiaçı və mərhum əri X1 “Əmirbəyova” kimi yazılaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova