Məhkəmə qərarları › İş №2-1(118)-5086/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5086/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5086/2024 10.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər:qərarın ləğvi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin geri qaytarılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdeh təşkilatın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7826/2024 №-li xx.xx.2024-ci il tarixli Qərarın ləğv edilməsi, cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə, iddiaçıya ödənilən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/3-3- 7826/2024 №-li xx.xx.2024-ci il tarixli Qərarın ləğv edilməsi, cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə, iddiaçıya ödənilən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı əmək pensiyaçısıyam. Belə ki, xüsusilə zərərli istehsalat sahəsində işləməklə tələb olunan əmək stajı yığdığıma görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənə 52 yaşımın tamamında, yəni xx.xx.2010-cu il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Ötən on üç il dövr ərzində təyin edilmiş əmək pensiyasını qanunvericilikdə nəzərdə tutulmuş artımlar ilə almışam, eyni zamanda əmək pensiya təyin olunduğu vaxtdan etibarən bir müddət əmək fəaliyyətimi davam etdirdiyimdən (hər 6 ildən bir) bir dəfə aldığım əmək pensiyası yenidən hesablanaraq artırılıbdır. Belə ki, xx.xx.2023-cü il tarixdən, işləməyən əmək pensiyaçı kateqoriyasına keçid ilə bağlı hesablanma aparılaraq aldığım pensiya məbləği 750,30 manat civarında olub. Lakin 2023-ci ilin may ayından cavabdeh təşkilatın mənə çatası pensiyaya özünün birtərəfli qaydada müdaxiləsi nəticəsində aldığım pensiya azaldılaraq 675,27 manat məbləğə salınmış, mənə guya 8772,26 manat artıq pul vəsaitinin ödənilməsini bəyan etmiş, bu səbəbdən aldığım pensiyadan hər ay 75,03 manat vəsaitin tutularaq büdcəyə bərpasını icra edildiyinin başlandığını bildirmişlər. Cavabdehə müraciət edərək aldığım pensiyanın əsassız və qanunsuz olaraq azaldıdığım, pensiyama müdaxilə edilməmişdən qabaq ki, pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılmasını xahiş etmişəm. Cavabdeh tərəfindən bildirilmişdir ki, tam səlahiyətləri çərçivəsində hərəkət etmişdirlər (cavabdehin cavabı əlavə edilir). Hüquqi əsaslandırma: Aşağıdakılara əsasən hesab edirik ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə mənim hüquqlarımı pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Mümkünlük şərtləri və ərazi aidiyyəti Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. İddiaçının iddiasının məqsədi “İnzibati İcraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt m qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq pensiyasının yan hissəsindən çox məhrum edilmiş, bu azmış kimi hər ay pensiyasından tutulmalar həyata keçirilir. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. İddiaçı cavabdeh orqana müraciət etmiş və müraciətinə xx.xx.2024-ci il tarixli imtina cavabı verilmişdir. Beləliklə tərəfimizdən, şikayət üçün nəzərdə tutulmuş müddətə riayyəl edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Digərləri ilə bərabər, məcburetmə haqqında iddialara ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin yerləşdiyi yer Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyətindədir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu Ödəməkdən azaddırlar. Mahiyyət (əsaslılıq) Konstitusiyaya görə hər kəsin sosial təminat hüququ vardır (maddə 38.1). Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38.1İİ). Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə İ saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs. cəmiyyətin maraqlan naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən üzv Dövlətin sosial təminat hüququna dair qanunvericiliyi mövcuddursa və sosial təminat ödənişi aparılması nəzərdə tutulursa, bu halda bu ödənişlər mülkiyyət sayılır (Stec və başqaları Böyük Britaniyaya qarşı (qərardad) [ВР], paraqraf 53-55; Andrejeva Litvaya qarşı [ВР], paraqraf 77; Moskal Polşaya qarşı, paraqraf 38). Azərbaycan Respublikası əmək pensiyalarına təminat verən qanunvericilik, qəbul edib və bununla da pensiya təminatı mənim üçün həmçinin mülkiyyət hüququ təşkil edir. Əmək pensiyalarına dair hüquq münasibətləri “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və bu tənzimləmə bu işlə əlaqədar aşağıdakı müddəaları nəzərdə tutur. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaölunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (maddə 1.0.1). Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər (maddə 3.1). Əmək pensiyasının növlərindən biri yaşa görə əmək pensiyasıdır (maddə 4.1.1). Yaşa görə əmək pensiyasının təyin edilməsi şərti qanunla müəyyən edilmiş yaş həddinə çatmaq və qanunla nəzərdə tutulmuş sığort stajının toplanılmasıdır (maddə 7). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (maddə 9.1.). Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir (maddə 1.0.14). Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (maddə 1.0.15). Konstitusiyaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (148 Vİİ). Vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 ilx 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur (Əmək pensiyaları haqqında Qanun, maddə 37.3.1). Cavabdehin mənə ünvanlanmış cavab məktubundan görünür ki, "sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericilliyə zidd olaraq 50 yaşınızın tamam olduğu 31,07.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Bununla əlaqədar olaraq sizin əmək pensiyanız tərəfimizdən yenidən olaraq hesablanmışdır. Sizə son üç ildə 8772.26 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilb, həmin artıq ödənilmiş (21035.74) manat pul vəsaitinin cari ilin may ayından etibarən hissə-hissə hər ay (75.03 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir ". Hesab edirəm ki, cavabdeh tərəfindən mənim əmək pensiyamın ’‘yenidən olaraq hesablama aparaq azaltması və hər ay pensiyanın 10% məbləğində tutulmalar həyata keçirməsi" tam qanunsuzdur və əsassızdır. Belə ki, mənim ən zərərli istehsalat sahəsində müvafiq əmək stajım qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (Əmək pensiyaları haqqında Qanun, maddə 31.2 və İnzibati icraat haqqında Qanun, maddə 19). Bundan başqa, AR ƏƏSMN-nin X2 Sisteminin Pensiya haqqında elektron arayışına əsasən mən İddiaçı əmək pensiyasının yaranma tarixi - xx.xx.2010-ci il tarix, pensiya təyinat tarixi - xx.xx.2010-ci il göstərilmişdir. Həmçinin, DSMF tərəfindən mənə güzəştli şərtlərlə pensiya təyin edilərkən tərəfimdən sui-istifadəyə yol verilməmişdir (qəsdən düzgün məlumat yazılan sənədlər təqdim etmə, əmək haqqını və ya başqa gəlirlərin gizlənməsi və s.), Cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və o, Əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyam təyin etməli və yenidən hesablamalıdır (Əmək pensiyaları haqqında Qamın, maddə 30.1). Bundan başqa, artıq Ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında., razılığı olmadıqda məhkəmə qaydasında tutulmasını ehtiva edir. (Əmək pensiyaları haqqında Qanun, maddə 39.1). Eyni zamanda, - hesabda səhvə yol verilməsi halları istisna olmaqla, pensiya təyin edən orqan tərəfindən artıq verilmiş pensiya, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlərin tutulması yolverilməzdir və qadağandır. Son olaraq, iddiaçının əmək pensiyasının miqdarım azaldılarkən, ona müvafiq inzibati icraatın başlanılacağı barədə məlumat da verilməmiş, onun iştirakı olmadan, birtəfli qayda qərar qəbul olunmaqla əvvəlki pensiyasının miqdarı azaldılmışdır. Belə ki, cavabdeh mənim qanuni tələbimi icra etməkdən imtina edib və mənim mənafeyimə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina edib. Bununla da cavabdeh mənim sosial təminat və mülkiyyət hüququmu pozub. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (İPM. maddə 73.1). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1 -ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “X4 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13- cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Qanun Tarix Kişilər Qadınlar 1 №li Siyahı 2 №li Siyah 1 №li Siyahı 2 №li Siyahı “X4 haqqında” Qanunun xx.xx.1993-cü il 50 yaş 55 yaş 45 yaş 50 yaş 13-cü maddəsi xx.xx.1997-ci ildən Yuxarıda qeyd olunan yaş həddi hər il 6 ay artırıldı xx.xx.2000-ci ilədək xx.xx.2000- 52 yaş 57 yaş 47 yaş 52 yaş xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə “Əmək pensiyaları Tarix Kişilər Qadınlar haqqında” Qanunun Vahid Siyahı Vahid Siyahı maddəsi xx.xx.2006-cı ildən 57 yaş 52 yaş xx.xx.2017-ci ilədək xx.xx.2017-ci ildən 60 yaş 55 yaş xx.xx.2022-ci ilədək xx.xx.2022-ci ildən 60 yaş (yəni kişilərə hazıradək münasibətdə yaş həc 58 yaş, Hazırda isə 58 il 6 ay (hər dəyişilməyib) il 6 ay artır) “Əmək pensiyaları Qanun qüvvəyə mindiyi tarixədək (yəni 1 yanvar 2006-cı il tarixinədək) Qanunun 9.1haqqında” Qanunun ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya 9.8-ci maddəsi hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1- ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrı-ayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “X4 haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, "Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına uyğun təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 29 il 2 ay 6 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,45 manat (29,18 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 53,39 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3540,96 manat sığorta kapitalına uyğun 24,59 (3540,96:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010cu il tarixinə 152,97 manat (53,39+24,59+75,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 219,13 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixinə 177,67 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 311,91 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017- ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası təyin olunduqdan sonra 6 il və daha çox işləməsilə əlaqədar xx.xx.2017-ci il tarixindən əmək pensiyası yenidən hesablanaraq 219,13 manatdan 324,46 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 563,29 manat), əmək pensiyası yenidən hesablandıqdan sonra xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar isə həmin tarixdən 563,29 manatdan 750,30 manata artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 8772,26 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 8772,26 manat pul vəsaiti 2023-cü ilin may ayından etibarən əmək pensiyasından hissə-hissə (hər ay 75,03 manat) tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirirlər ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 834,34 manat təşkil edir. Bildirirlər ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, X4 haqqında Qanuna əsasən iddiaçıya 50 yaş deyil, 52 yaşdan pensiya təyin edilməli idi. Bu səbəbdən inventarlaşdırma aparılmışdır. İnzibati icraatla bağlı Ali Məhkəmə praktikası var. Bu işdə aparılmamışdır. Yenidən inzibati icraat aparılma ehtimalı var. Artıq ödənilmiş pensiya vəsaiti var. Əmək Pensiyaları haqqında qanun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş pensiya vəsaiti geri qaytarılmalıdır. Məhkəmə suallarına cavablnda bildirmişdir ki, qərar 2023-cü il tarixlidir. X4 haqqında Qanuna əsasən 52 yaş olmalıdır. 10 faiz tutulma olmalıdır. Artıq ödəmə ilə bağlı iddia ərizələri qaldırılır. İnzibati icraat yoxdur. İddiaçının razılığı alınmamışdır. Belə işlərə iddiaçılar dəvət edilir, mülahizələri dinlənilir. İnzibati icraat aparılmasa da qanunvericiliyin tələbi pozulmuşdur. 52 yaşdan pensiya təyin edilməli idi. 10 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, izahatında əmək pensiyasından tutulmanın 2024-cü ilin may ayından dayandırıldığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 345 saylı Qərarı ilə xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-7826/2023 saylı Qərardan görünür ki, “işdən çıxma, 50 yaşdan 52 yaşa çəkildi, 39.1-ci maddə tətbiq edildi-artıqvermə” əsası ilə iddiaçının pensiyası 852 manat 11 qəpikdən azaldılmaqla 750 manat 30 qəpik yenidən hesablanmış məbləğ müəyyən edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlanmış artıq ödənilmiş pensiya məbləği haqqında məktubundan görünür ki, iddiaçıya artıq ödənilmiş 8772.26 manat pul vəsaitinin 900.36 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş pul vəsaiti 7871.90 manat təşkil edir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın qısa müddətə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. İddiaçının inzibati icraat materiallarına əlavə edilmiş şikayət məktubundan görünür ki, iddiaçı artıq ödəmə ilə bağlı cavabdeh tərəfindən birtərəfli qaydada pensiyasından tutulma aparılmasına şikayətini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçının əmək pensiyasından tutmalar sonda xx.xx.2024-cü il tarixdə aparılmış, xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının əmək pensiyasından tutmanın aparılması müəyyən edilmir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/3-3-7826/2024 №-li xx.xx.2024-ci il tarixli Qərarın ləğv edilməsi, cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə, iddiaçıya ödənilən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılmasını istəyir. Cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına uyğun təyin edildiyini qeyd edir. Qeyd edilən əsasla cavabdeh tərəfindən 3-17-1/3-3-7826/2024 №-li xx.xx.2024-ci il tarixli Qərar qəbul edilməklə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, mübahisə predmetini təşkil edən yaş məsələsi ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarına istinad edərək formalaşmış məhkəmə təcrübəsinə əsaslanmağı vacib bilir. Təsadüfi deyil ki, bir sıra məhkəmə qərarlarında, o cümlədən Ali Məhkəmənin İnzibati kollegiyasının 690/2020, 587/2021, 1223/2023 nömrəli qərarlarında və 2777/2004 nömrəli qərardadında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir., Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını qazanmış şəxs həmin vaxtda qüvvədə olan qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda pensiya hüququ əldə edir. “X4 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə görə də (1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) azı 20 il iş stajı olan, bu müddətin azı 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə işlərdə çalışmış kişilər 50 yaşa 1 yanvar 2010-cu il tarixədək çatdıqda əmək haqqına əsasən hesablama aparılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanmış olurlar. İddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və ona əmək pensiyasının təyin olunduğu vaxt 50 yaşı var idi. Göründüyü kimi iddiaçı 50 yaşına 1 yanvar 2010-cu il tarixədək çatmışdır. Bu halda iddiaçıya “X4 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyasının tətbiq edilməsi qanuni olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını 01 avqust 1997-ci il tarixinədək topladığına görə, ona əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni iddiaçının 50 yaşının tamam olduğu tarixdən təyin edilməlidir. Bundan əlavə iddiaçının əmək pensiyasından aparılmış tutmalara münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inzibati icraat aparılmadan pensiyadan tutmalar aparılması İnzibati İcraat haqqında qanunun tələblərinə zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin cavabdeh tərəfindən pensiyaçının razılığı və məhkəmə qərarı olmadan aparılmış inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu halda məhkəmə hesab edir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7826/2024 №-li xx.xx.2023-cü il tarixli Qərar qanunsuz və əlverişsiz inzibati akt olmaqla ləğv edilməlidir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunvericiliyin tələbindən görünür ki, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün pensiyaçının razılığı olmalıdır, əks halda məhkəmə qaydasında tutulur. İiddiaçı tərəfindən belə bir razılığın verilməsinə dair sübut müəyyən olunmur. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və inzibati icraat aparılmadan pensiyadan tutmaların aparılması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh orqanın iddiaçıya ünvanlanmış artıq ödənilmiş pensiya məbləği haqqında məktubundan görünür ki, iddiaçıya artıq ödənilmiş 8772.26 manat pul vəsaitinin 900.36 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş pensiya təyinatı alt sistemindən çıxarışdan isə görünür ki, iddiaçının əmək pensiyasından tutmalar sonda xx.xx.2024-cü il tarixdə aparılmış, xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının əmək pensiyasından tutmanın aparılması müəyyən edilmir. Bu halda məhkəmə hesab edir ki, tutmalar may ayından etibarən aparılmadığından (8772.26 manat pul vəsaitinin 900.36 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında dövr ərzində) mübahisələndirilən qərar qismən, yenidən hesablanmış pensiya məbləği hissəsində ləğv edilməklə iddiaçının əvvəlki pensiya məbləği bərpa edilməli, iddiaçıdan tutulmuş pensiya məbləği geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7826/2024 №-li xx.xx.2023-cü il tarixli Qərar yenidən hesablanmış pensiya məbləği hissəsində ləğv edilsin, iddiaçıya ödənilən əvvəlki pensiya məbləği bərpa edilsin və tutulan pul vəsaiti geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar