Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5087/2023 04.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X10 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvandakı evindən ailə üzvləri olmayan X11 və onun övladları xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X2 pasport qeydiyyatından çıxarılmaları öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin evə dair adına **********07-10301 reyestr nömrəli, 14 mart 2023-cü il tarixli, inventar nömrəsi 520 olan fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Belə ki, iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsi qonşuluqda yerləşən anası X5 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsinə aid olmuşdur. 2013-cü ildə anasının razılığı ilə o, həmin zəbt olunmuş torpaq sahəsinin 0.017 ha hissəsində özünə yaşayış evinin tikintisinə başlamış, 2014-cü ildə evin tikintisini başa çatdıraraq ora köçmüşdür. Artıq 9 ildir ki, həmin evdə yaşayır. 26 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X3 təsdiq etdiyi AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən yaşayış evinin yerləşdiyi 0.017 ha torpaq sahəsini Xaçmaz Bələdiyyəsindən satın almışdır. Bundan sonra həmin yaşayış evinə və evin yerləşdiyi 0.017 ha torpaq sahəsinə dövlət reyestrindən yuxarıda qeyd olunan çıxarışı və texniki pasportu əldə etmişdir. 2023-cü ilin aprel ayında Xaçmaz rayon 1 saylı Notariat Ofisinə gedərək mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvanda yerləşən yaşayış evinin qızı Elnurənin adına bağışlanması müqaviləsi təsdiq etdirmək istədikdə məlum olmuşdur ki, evində ailə üzvləri olmadan şəxslər pasport qeydiyyatındadırlar. Həmin şəxslər mərhum qardaşı X6, X1 və onun yetkinlik yaşına çatmayan uşaqları Elşən Məmmədov və Nəcməddin Məmmədov, bacısı X7 və oğlu Cavanşir İmaməliyev, qonşusu X8r. Bu hal ona məlum olandan sonra həmin şəxslərə müraciət edərək evindən pasport qeydiyyatından könüllü olaraq çıxmalarını xahiş etmişdir. X1 evindən pasport qeydiyyatından könüllü olaraq çıxmaqdan imtina etmişdir, digər şəxslər isə ona söz vermişdir ki, onlar könüllü olaraq evindən pasport qeydiyyatından çıxacaqlar. İddiaçı rəsmi ərizə ilə Cavabdehnə müraciət edərək ailə üzvü olmayan X1nun mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, ev 28 nömrəli evdən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Xaçmaz RPŞ-nin rəisi cənab Həmid Həsənovun imzası ilə xx.xx.2023-cü il tarixli, 3- 13-79/2-M-14745/11/23 nömrəli məktubla ona cavab verilmişdir ki, X9 iddiaçıya məxsus İ.Fərzəliyev küçəsi, ev 28 nömrəli ünvanda yerləşən yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. Göstərilən şəxsin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini təqdim etdiyiniz təqdirdə onun Sizə məxsus ünvandan qeydiyyatdan çıxarılması təmin olunacaqdır. Belə ki, X1 əvvəldən ünvan 2 ünvanda yerləşən anası X5 məxsus yaşayış evində yaşayır. Mülkiyyətində olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, ev 28 ünvanda yerləşən yaşayış evini 2014-cü ildə inşa etdirmişdir. X20 və onun ailə üzvləri mülkiyyətində olan evdə heç vaxt yaşamamışdır. Onu da qeyd etmək istəyir ki, qardaşı X16 şəhəri, Hacıbaba Bağırov küçəsi, 3 ünvanda yerləşən iki mərtəbəli yaşayış evi vardır. O, həmin evi kirayə vermiş, özü isə ailə üzvləri ilə anasına məxsus ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Beləliklə, X1nun və onun övladları Nəcməddin və Elşənin iddiaçıya məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvanda yerləşən evdə pasport qeydiyyatları tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə suallarına cavabında bildirmişdir ki, zəbt torpağında anasının qonşuluğunda ev tikdirmişdir. Qardaşının ayrı evi var. Anasının evində qeydiyyata düşməli olduğu halda iddiaçının evində qeydiyyatdadır. Anasının evi əvvəldən 28 A olmuş, onda isə 28-dir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsi, 28 ünvandakı evindən ailə üzvləri olmayan X11 və onun övladları xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X2 pasport qeydiyyatından çıxarılmalarını istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, qardaşının və onun övladlarının mənzilindən qeydiyyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Bundan əlavə işin hallarından görünür ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********68-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 28A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi isə iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının qardaşı isə onun övladları ilə birlikdə ev 28 ünvanında qeydiyyatdadır. İddiaçının izahatından və qeyd edilənlərdən görsənir ki, iddiaçı ilə üçüncü şəxslər fərqli evlərdə yaşasalar da qeydiyyat ünvanları eyni görsənir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri-müəyyənliyə yol verildiyini göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı digər hüquq müdafiə vasitələri seçə bilər, fərqli mənzillərə eyni ünvan verilməsi ilə bağlı məsələsinin dəqiqləşdirilməsi, texniki səhvlik olduğu halda müvafiq düzəliş edilməsi və ya yeni fərqli ünvan verilməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət edə bilər. Oxşar tələblərlə üçüncü şəxlərdə çıxış edə bilərlər. Bu hallarda iddiaçı və üçüncü şəxslərin hüquqi marağı üst-üstə düşmüş olacaq. Həmin şəxslərin birgə tələblər irəli sürməsi də istisna edilmir. Əgər bu bu mümükün olmadığı halda isə iddiaçı üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev