Məhkəmə qərarları › İş №2-1(118)-5091/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5091/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5091/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş İİİ qrup əlillik dərəcəsinin ləğv edilməsi, ona xəstəliyinə uyğun yenidən qiymətləndirmə aparılaraq əlillik diaqnozunun, əllilik qrupunun və müddətinin qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir . İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi xəstəlik nəticəsində əlil olmuşdur. Ona cavabdeh idarə tərəfindən ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixindən 1 (bir) il müddətinə (xx.xx.2023-cü il tarixinədək) orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik İİİ qrup, ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə təyin edilmişdir. Bu diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ii tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq müəyyən olunmuşdur. Hesab edir ki, ona əlillik düzgün təyin edilməmişdir. O, bir böyrəklə yaşayır. Belə halda ona belə diaqnoz qoyulmasını düzgün hesab etmir. Bu barədə cavabdeh idarəyə də müraciət etmişdir. Lakin cavabdeh idarə əlilliyin səbəbinin düzgün qoyulmasından və əlilliyin müddətinin düzgün təyin edilməsindən imtina etmişdir. Mövcud xəstəliyi (bir böyrəyin olması) nəzərə alınaraq diaqnozu düzgün müəyyən olunaraq, əlillik qrupu dəyişdirilməli, ümumi xəstəlik səbəbindən əllik müddəti düzgün müəyyən olunmalı, orqanizmin funksiyalarının isə 60 faizdən çox pozulması kimi qiymətləndirilməlidir. İmtina məktubunda qeyd edilmişdir : “göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ii tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyin təyininə əsas vermişdir. Bununla əlaqədar olaraq, əlillik vəziyyətinizin, qiymətləndirilməsi barədə verilmiş xx.xx.2022-ci il tarixli qərarın doğru və əsaslı olduğundan qüvvədə saxlanıldığını bildiririk. Hazırda səhhətinizdə ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir. Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Sizə xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə (xx.xx.2023-cü il tarixinədək) orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnanıə”nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərarda qaydalar nəzərdə tutulur. Qiymətləndirmə cədvəlində bəndlər üzrə: 4.1.1.1. XBX İİ mərhələ (XBÇ 1 mərhələ qanda kreatinin səviyyəsi 123-176 mkmol/1 aralığında) 40 1 il; XBX İİİ mərhələ (XBÇ İİ mərhələ qanda kreatinin səviyyəsi 177-352 mkmol/1 aralığında) 65-80 2 il; XBX İV mərhələ (XBÇ İİİ mərhələ qanda kreatinin səviyyəsi 352-528 mkmol/1 aralığında) 85-90 müddətsiz; XBX V mərhələ (XBÇ İV mərhələ qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox) 95-100 müddətsiz 4.1.2. dializin tətbiqi ilə yardım Z49 - dializin aparılması üçün hazırlıq prosedurları Z49.0 böyrək dializindən asılılıq Z99.2 Qiymətləndirmə 4.1.2.1. XBX V mərhələ (XBÇ İV mərhələ qanda kreatinin səviyyəsi 528 mkmol/l-dən çox, proqramlı hemodializ 95-100 müddətsiz; böyrəyin qazanılma olmaması Z90.5 böyrəyin ageneziyası və digər reduksiya çatışmazlıqları Q60 - böyrəyin birtərəfli ageneziyası Q60.0 - böyrəyin birtərəfli hipoplaziyası Q60.3 Qiymətləndirmə 4.1.3.1. normal funksiya və yaxud böyrək funksiyasının cüzi pozulması ilə müşahidə edilən tək böyrək olduqda. XBÇ-nin təzahürü olmadan və ya XBX-nin 1-11 mərhələsi ilə (XBÇ İ mərhələ) 35-60 müddətsiz; 4.1.3.2. tək böyrəyin zədələnməsi, XBX İİİ mərhələ (XBÇ İİ mərhələ) 80 müddətsiz 4.1.3.3. tək böyrəyin zədələnməsi, XBX İV mərhələ (XBÇ İİİ mərhələ) 90 müddətsiz 4.1.3.4. tək böyrəyin zədələnməsi, XBX V mərhələ (XBÇ İV mərhələ) 100 müddətsiz 4.1.4. transplantasiya olunmuş böyrəyin olması Z94.0 Qiymətləndirmə 4.1.4.1. böyrək köçürülməsindən sonra ilk 2 il ərzindəki vəziyyət 90-100 2 il 4.1.4.2. böyrək köçürülməsindən 2 illik müşahidədən sonra immunitetin zəiflədilməsi zərurətinin olması halı (böyrək köçürülmüş şəxsin qopma sindromu əlamətləri) 70-80 müddətsiz.” Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyətini yaxşılaşdıran, hüquq məsuliyyətinmi aradan qaldırn və ya yüngülləşdirən normativ -hüquqi aktların qüvvəsi geri şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı hesab edir ki, cavabdeh Tibbi- Sosial Ekspert Komissiyasının əsassız olaraq əlillik dərəcəsini ləğv edərək İİİ qrup əlillik verməsi qanunsuz və ədalətsizdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətinə 60 faiz əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı ona təyin edilmiş İİİ qrup əlillik dərəcəsinin ləğv edilməsini, ona xəstəliyinə uyğun yenidən qiymətləndirmə aparılaraq əlillik diaqnozunun, əllilik qrupunun və müddətinin qoyulmasını istəyir. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirdiyi üçün hazırki iddia mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericilyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş xx.xx.2022-ci il tarixdən 1 illik müddəti də ötürmüş, 12 sentyabr 2023-cü il tarixdə iddia qaldırmışdır.. Göründüyü kimi iddiaçının ona cavabdeh tərəfindən əlillik təyinatının aparılmasından imtina olunmasından məlumatı olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin müddət ərzində iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi dəyişə bilər. Məhkəmə hesab edir ki, bu qədər müddətdən sonra məhkəmədə iddia qaldırılması hüquqi müəyyənlik prinsipi ilədə ziddiyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından görsənir ki, iddiaçıya əlillik bir il müddətinə xx.xx.2023-cü il tarixinədək təyin edilmişdir. Bu isə həmin tarixdən sonra yeni bir qərarın qəbul edilməsi ehtimalı olduğunu göstərir. İddiaçıya izah edilsin ki, xx.xx.2023-cü il tarixindən sonra qəbul ediləcək qərardan narazı qalarsa, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar