Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-51/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştrakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X2rşı “2 saylı X3 “xxxx” MMC-nə vergilərin hesablanması barədə xx xxxxx 2018-ci il tarixli, **********091500 nömərli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X2rşı “2 saylı X3 “xxxx” MMC-nə vergilərin hesablanması barədə xx xxxxx 2018-ci il tarixli, **********091500 nömərli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, İddiaçı MMC xx xxxx 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Qurumun əvvəlki adı “xxxx" MMC olmuşdur. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir.xx xxxxx 2018-ci il tarixli 2 saylı X3 vergilərin hesablanması barədə **********091500 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində MMC-yə 24.525,69 manat əlavə vergi məbləği hesablanmışdır. Tərəflərindən təqdim edilmiş bəyannamə üzrə hesablanmş vergi məbləği 21.529,50 manat təşkil etmişdir.Belə ki, qərarda göstərilmişdir ki, Mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərinin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1 -ci sətrinin (icarə haqqı hüquqi şəxslər üzrə) A4 sütunundakı 4200.00 manat məbləği. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607 sətrinin (Hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) B1 sütunundakı 0.00 manat məbləğdən böyük olduğuna görə. Tərəflərindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu "Sadələşdirilmiş verginin bəyannaməsi“nin 1 nömrəli Əlavəsinin (Hüquqi şəxslər üçün) 1 -ci (Cəmi avtivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 2014675.03 manat məbləğ cari il üzrə təqdim etdiyi bəyannamənin 1 nömrəli Əlavənin eyni sətrinin "Dövr ərzində daxil olmuşdur” sütunu əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 2014675,03 manat məbləğində fərq müəyyən edilmişdir.Hesab edilir ki, qərarda göstərilən əsaslar həqiqəti əks etdirmir və bu səbəbdən də 2 saylı Ərazi Vergilər Departamentinin vergilərin hesablanması barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Sonradan İddiaçı MMC-nin direktoru ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixli, **********091500 nömrəli qərar xx.xx.2018-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə saat 13:21-də oxunmuşdur.Bununla bağlı qeyd etmək istəyir ki, həmin qərardan cavabdehin qeyd etdiyi tarixdə xəbərdar olmamışdır. Həmin qərar oxunmuş olsa da belə onları bundan məlumatı olmamışdır. Həmin kameral yoxlama barədə qərardan məlumatı olan kimi 30 gün ərzində şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qərarın şirkətin elektron poçt ünvanına göndərilməsini qeyd etsə də həmin məktub barədə ona heç bir məlumat verilməmişdir. Həmin qərarın qəbul edilməsindən məlumatsız olmuş, özünün səhətilə bağlı əziyyət çəkdiyindən həmin ərəfələrdə şirkətin idari işləri bir müddət nəzarətindən kənarda qalmışdır. Şirkətin mühasibatlıq işlərini icra edən əməkdaş həmin müddətlərdə olmamış, bundan başqa digər əməkdaşlar da ona vergi orqanından hər hansı məktubun daxil olması barədə məlumat verməmişlər. Lakin buna baxmayaraq rəhbərlik etdiyi MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergi öhdəliklərini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən nümayəndəsi X7 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri ilə mənfəətin gəlir bölməsindəki fərqə əsasən kənarlaşma aşkar edilməmişdir. Belə ki, iddiaçının təqdim bəyannamənin 200-203-cü sətirlərinin cəmi üzrə hesabat dövrü üçün 1025017.08 məbləğində gəlir göstərilməsinə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 727011.00 manat artıq, 1752028.08 manat məbləğində dövriyyə məbləğləri əks etdirilməsinə baxmayaraq bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2ci sətrində (Sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda0 manat artmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı arəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında zidiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********096300 nömrəli Xameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla idaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış iması (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********91500 nömrəli Qərara əsasən 2017-ci il üçün mənfəət vergisi üzrə 24525.69 manat əlavə vergi məbləği hesablanmışdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və oununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Cavabdeh inzibati orqan sonradan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, aşağıda göstərilənlərə görə iddia ərizəsinə iddia müddəti tətbiq edilməlidir.Belə ki, iddiaçının mübahisələndirdiyi:“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx xxxxx 2019-cu il tarixli, **********091500 nömrəli qərar xx.xx.2018- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə, saat 13:21-də oxunmuşdur.İddiaçının ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır.Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyidsinəsənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir.'‘İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.Azərbaycan Respublikası İPM-nin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Yuxarda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati qərarlar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir.Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx xxxxx 2019-cu il tarixli, **********091500 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahaat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərar xx xxxxx 2019-cu il tarixli, **********091500 nömrəli qərar xx.xx.2018- ci il tarixdə 2 saylı X9 tərəfindən iddiaçının elektron qutusuna göndərilmiş, xx.xx.2018-ci il tarixdə həmin qərar müxtəlif saatlarda İddiaçı MMC tərəfindən oxunmuşdur. İddiaçı məhkəmədə bildirmişdir ki, qeyd olunan qərar İddiaçı MMC-nin icraçı direktoru tərəfindən deyil şirkətin digər əməkdaşı tərəfindən oxunmuş və MMC-nin bu qərarlardan məlumatı olmamışdır. Əvvəla nəzərə alınmalıdır ki, vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Belə olduğu tədqirdə hazır ki, iş üzrə mübahisə predmeti olan qərardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı MMC-nin direktoru xx.xx.2019-cu il tarixdə məhkəməyə ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qərardan xəbəri olmamış, müvafiq elektron məktubu şirkətin əməkdaşları qəbul etmiş və özü xəstələndiyindən həmin dövrlərdə şirkətin fəaliyyətinə tam nəzarət edə bilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qərarlardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı mübahisə etdiyi qərardan xx xxx 2018-ci ildən məlumatlı olmuşdur və həmin müddətdən 1 (bir) ilə yaxın vaxt keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə eksperimenti olaraq İddiaçı MMC-nin şəxsi kabinetinə məhkəmədə baxış keçirilmiş və qeyd olunan qərarların tam şəkildə vergi ödəyicisinin şəxsi kabinetində olması öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X2rşı “2 saylı X3 “xxxx” MMC-nə vergilərin hesablanması barədə xx xxxxx 2018-ci il tarixli, **********091500 nömərli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası mümkün sayılmasın. İddiaçı MMC-nin vergi borcunun hesablanmasına dair xx xxxxx 2018-ci il tarixli qərardan inzibati qaydada baxılması üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-51/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-51/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver