Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-51/2021 19.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Hakim köməkçisi Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı xxxxxxxx X1 Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı xxxxxxxx X1 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə verilmiş 25 ha torpaq sahəsinin koordinatlarında dəyişiklik edilməsi, torpaq sahəsindən keçən elektrik xəttinin və ümumi istifadədə olan yolun mühafizə zolaqları çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməklə, “xxxx”xxxx Təsərrüfatı MMC-nin faktiki istifadəsinə verilməsi və yeni texniki pasportun tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xxxxxxxx X1 Cəmiyyəti “ “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə verilmiş 25 ha torpaq sahəsinin koordinatlarında dəyişiklik edilməsi, 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməklə, yeni texniki pasportun tərtib edilərək iddiaçıya verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin orqanın 17 oktyabr 2019-cu il tarixli, **********85 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon XDS icrayyə komitəsinin 07 mart 1989-cu il tarixli 73 saylı qərarı ilə Şamaxı 119 nömrəli texniki peşə məktəbinin balansında olan Təsi kənd arazisində yerləşən torpaq sahəsindən 25 ha hissəsi Şamaxı rayon kənd kimiya birliyinə yardımçı təsərrüfat yaratmaq məqsədilə verilmişdir. Qeyd edilən torpaq sahəsi Şamaxı rayon X5 Cəmiyyəti ilə onlar arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 08 avqust 1998- ci il tarixli müqavilə əsında 30 il müddətinə “xxxx”xxxx Təsərrüfatına icarə verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində “xxxx”xxxx Təsərrüfatının icarə hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsələr də, cavabdeh özünün 04 fevral 2017-cı il tarixli cavab məktubu ilə, iddiaçının hüquqlarının qeydə alınmasından imtina etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin 18 yanvar 2018-ci il tarixli 2-1 (85)-43/2018 saylı qərarı əsasında həmim torpaq sahəsi üzərində "xxxx”xxxx Təsərrüfatı MMC-nin icarə hüququ 24.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin torpaq sahəsinin koordinatları dövlət reyestrinə daxil edilərkən yanlışlığa yol verilmiş, koordinatlar bazaya düzgün yerləşdirilməmişdir. Belə ki, 1989-cu ildən bu günədək “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə olan torpaq sahələrindən elektrik xətti və ona paralel ümumi istifadədə olan torpaq yol keçməsinə baxmayaraq, həmin xətt və yol, koordinatlar yerləşdirilərkən nəzərə alınmamışdır. Göstərilənlər nəzərə alınmaqla, koordinatlarda müvafiq düzəlişlərin aparılaraq, faktiki istifadədə olan torpaq sahəsinə uyğunlaşdırılması məqsədi ilə cavabdehə ərizə ilə müraciət etsələr də, cavabdeh özünün 17 oktyabr 2019-cu il tarixli cavab məktubu ilə, iddiaçının müraciətindən imtina etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsində olan torpaq sahələrindən elektrik xətti və ona paralel ümumi istifadədə olan torpaq yol keçir və koordintlar bazaya yerləşdirilərkən, həmin ərazilər 25 ha torpaq sahəsinin ümumi ərazisinə aid edilməməklə, koordinatlar müəyyənləşdirilməli idi. Cavabdeh buna əməl etməmiş və bunun nəticəsində isə, “xxxx”xxxx Təsərrüfatı MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi azalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında xxxxxxxx X1 Cəmiyyətinin nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “xxxx” kəndlixxxx təsərrüfatının başçısı Əzizbaba Fətullayev ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonunun inzibati ərazisində yerləşən təsərrüfatın icarəsində olan 25.0 ha torpaq sahəsinin bir hissəsi tikintialtında olduğuna, digər hissəsi isə elektrik xəttinin mühafizə zonasına düşdüyünə görə, torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və yeni torpaq sahəsənin planı və ölçüsü sənədinin tərtib edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Dövlət müikiyyətinə aid olan 25.0 ha torpaq sahəsinin üzərində “xxxx”xxxx” təsərrüfatı MMC-nin icarə hüququ Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 18 yanvar 2018-ci il tarixli 2-1(85)-43/2018 saylı qərarı əsasında 24.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınan zaman həmin torpaq sahəsinin üzərində hər-hansı bir tikili mövcud olmamışdır. Örüş xətləri arasından keçən torpaq yolu isə 10kVt-luq elektrik xətti ilə paralel yerləşir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qediyyatının dəqiqliyinə cavabdehdir. Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyeklərinin yerləşdiyi torpaqlar. Yuxarıda qeyd olunan Qanunun normaları “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsində olan 10 kV -luq elektrik xəttinin mühafizə zonasına düşən torpaq ianəsindən istifadə olunmasına hər hansı bir məhdudiyyət qoymur. Ona görə də, “xxxx”xxxx Təsərrüfatı MMC-nin Şamaxı rayonunun inzibati ərazisində yerləşən 25.0 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və yeni torpaq sahəsənin planı və ölçüsü sənədinin tərtib edilməsi məqsədə müvafiq hesab olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin və üçüncü şəxsin nümayəndələri şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonunun inzibati ərazisində yerləşən 25.00 ha torpaq sahəsi 08.08.1998-ci il tarixli icarə müqaviləsi və 2-1(85)-43/2018 saylı 18.01.2018-ci il tarixli məhkəmə qərarı əsasında 08.08.1998-ci ildən 08.08.2028-ci il tarixədək 30 il müddətinə xxxxxxxx X1 Cəmiyyətinin icarəsinə verilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/4083 saylı ekspert rəyində tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 oktybar 2020-ci il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən, mərkəzin elektron məlumat bazasında xxxxxxxx X1 Cəmiyyətinin icarə hüququ qeydiyyata alınmış 25 ha torpaq sahəsindən keçən torpaq yol barəsində heç bir məlumat olmadığından həmin yolun hansı kateqoriyalı yollara aid olmasını müəyyən etmək mümkün olmamışdır; “X3” MMC-nin adına verilmiş RX ******* saylı çıxarışla hüquqları qeydiyata alınmış 25 ha torpaq sahəsindən keçən yolun koordinatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır; mütəxəssis rəyinə əsasən xxxxxxxx X1 Cəmiyyətinin adına verilmiş çıxarışla hüquqları qeydiyyata alınmış 25.0 ha torpaq sahəsindən keçən yolun sahəsi 0.53 ha təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən eilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2-1(85)-43/2018 saylı Qərarı ilə Şamaxı rayon X5 Cəmiyyəti ilə "xxxx"xxxx Təsərrüfatı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 08 avqust 1998-cı ıl tarixli müqavilə əsasında 30 il müddətində xxxx"xxxx Təsərrüfatına icarəyə verilmiş Təsi kənd ərazisində yerləşən 25 ha torpaq sahəsi üzərində xxxx"xxxx Təsərrüfatının icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi idarəsinin üzərinə qoyulması qərara alınmış, iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı xxxxxxxx X1 Cəmiyyəti “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə verilmiş 25 ha torpaq sahəsinin koordinatlarında dəyişiklik edilməsini, torpaq sahəsindən keçən elektrik xəttinin və ümumi istifadədə olan yolun mühafizə zolaqları çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməklə, “xxxx”xxxx Təsərrüfatı MMC-nin faktiki istifadəsinə verilməsini və yeni texniki pasportun tərtib edilərək iddiaçıya verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, örüş xətləri arasından keçən torpaq yol 10kVt-luq elektrik xətti ilə paralel yerləşir. “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsində olan 10 kV -luq elektrik xəttinin mühafizə zonasına düşən torpaq sahəsindən istifadə olunmasına hər hansı bir məhdudiyyət qoymur. Ona görə də, “xxxx”xxxx Təsərrüfatı MMC-nin Şamaxı rayonunun inzibati ərazisində yerləşən 25.0 ha torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi və yeni torpaq sahəsənin planı və ölçüsü sənədinin tərtib edilməsi məqsədə müvafiq hesab olunmamışdır. Məhkəmə hesab edir ki, idiaçının icarəsində olan torpaq sahəsindən keçən elektrik xəttinin mühafizə zolaqları çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməsinə münasibətdə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Torpaq Məcəlləsinin 57-ci maddəsinə əsasən Elektrik və rabitə xətləri, digər xətti kommunikasiyalar başlıca olaraq yollar, kanallar, mövcud xətlər boyunca çəkilməli və kənd təsərrüfatı işlərinin aparılmasına maneçilik törətməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, Elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. (6-cı bənd); Yuxarıda qeyd olunan normalar “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsində olan, 10 kV-luq elektrik xəttinin mühafizə zonasına düşən torpaq sahəsindən istifadə olunmasına hər hansı bir məhdudiyyət qoymur. Ona görədə məhkəmə hesab edir ki, iddia idiaçının icarəsində olan torpaq sahəsindən keçən elektrik xəttinin mühafizə zolaqları çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməsi hissəsində əsaslı deyil. Lakin məhkəmə hesab edir ki, iddiaçının icarəsində olan torpaq sahəsindən keçən yol kənd təsərrüfatı işlərinin aparılmasına maneçilik törətdiyinə görə iddianın həmin hissəsi əsaslıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/4083 saylı ekspert rəyində tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 oktybar 2020-ci il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən, mərkəzin elektron məlumat bazasında xxxxxxxx X1 Cəmiyyətinin icarə hüququ qeydiyyata alınmış 25 ha torpaq sahəsindən keçən torpaq yol barəsində heç bir məlumat olmadığından həmin yolun hansı kateqoriyalı yollara aid olmasını müəyyən etmək mümkün olmamışdır; “X3” MMC-nin adına verilmiş RX ******* saylı çıxarışla hüquqları qeydiyata alınmış 25 ha torpaq sahəsindən keçən yolun koordinatları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır; mütəxəssis rəyinə əsasən xxxxxxxx X1 Cəmiyyətinin adına verilmiş çıxarışla hüquqları qeydiyyata alınmış 25.0 ha torpaq sahəsindən keçən yolun sahəsi 0.53 ha təşkil edir. Göründüyü kimi xxxxxxxx X1 Cəmiyyətinin adına verilmiş çıxarışla qeydiyyata alınmış 25.0 ha torpaq sahəsindən keçən yolun hansı kateqoriyalı yollara aid olmasını müəyyən etmək mümkün olmasada, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 27 oktybar 2020-ci il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən, xxxxxxxx X1 Cəmiyyətinin adına verilmiş çıxarışla hüquqları qeydiyyata alınmış 25.0 ha torpaq sahəsindən 0.53 ha yolun keçməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının icarəsində olan 25.0 ha torpaq sahəsindən 0.53 ha yolun keçməsi həmin hissədə torpaqdan təyinatına uyğun istifadə edilməsinə maneə təşkil etdiyi üçün iddia yolla bağlı hissədə əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Hazırkı işdə iddiaçının icarəsində olan cavabdeh inzibati orqan tərəfindən qeydə alınmış 25.0 ha torpaq sahəsindən 0.53 ha yolun keçməsi və qeydiyyat aparılarkən həmin yolun nəzərə alınmaması iddiaçının icarə hüquqlarının pozulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə verilmiş 25 ha torpaq sahəsindən keçən, ekspert rəyndə qeyd edilmiş, 0, 53 ha yol hissəsi çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməsi və qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. “xxxx”xxxx Təsərrüfatı MMC-nin icarəsinə verilmiş 25 ha torpaq sahəsindən keçən, ekspert rəyndə qeyd edilmiş, 0, 53 ha yol hissəsi çıxılmaqla 25 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyənləşdirilməsi və qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcləri cavabdehə aid edilsin. Cavabdehdən yüz manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-51/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-51/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver