Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-510/2021 16.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı Zöhrab oğlunun xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı Zöhrab oğlunun xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 31.01.2014-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2014-cü il tarixli №253 saylı Sərəncamı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışında və AA-003356 saylı plan və ölçü sənədində göstərilən 0,12 ha torpaq sahəsində tikinti sahəsi 800 kv.m olan zirzəmili bir mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin tikintinin layihələndirilməsi, şəhərsalma və tikinti norma və qaydalarında nəzərdə tutulmuş bütün tələblərə uyğun aparılması və tikilinin istismara qəbul edilməsi ilə bağlı icazəsi tələb olunan bütün müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələrin alınması ilə tam yerinə yetirilmiş və tikinti başa çatdırılıb obyekt istifadəyə verilmişdir. Xüsusi mülkiyyətində olan 800 kv.m zirzəmili bir mərtəbəli tikiliyə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmış və «Daşmmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad olunmaqla mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №0327768 saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Quba şəhəri H.Əliyev prospektində qanuni icazə almaqla və tikinti norma və qaydalarına əməl etməklə inşa etdiyi tikiliyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, İddiaçı Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 17.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növü ərizəyə əlavə edilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həyətyanıdır. Həmin növ torpaq sahələrinin digər məqsədlə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1 -ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” zərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 01.10.2020-Cİ il tarixli,**********98 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri; Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: “torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək...” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında zıddıyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. RX seriyalı № ******* saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 31.01.2014-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2014-cü il tarixli № 253 saylı Sərəncamı ilə Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən, İddiaçı mülkiyyətinə aid olan 0.12 ha torpaq sahəsində tikintisi iki mərhələdə aparılması nəzərdə tutulmaqla, tikinti sahəsi 800 kv.m olan zirzəmilivə bir mərtəbəli qeyri-yaşayış binasının layihələndirilməsinə, sənədləşdirilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 saylı qərarı ilə təsdi edilmiş 11/A saylı Tikinti obyektinin istismarına icazə aktına əsasən 10 avqust 2020-ci il tarixindən İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı Çıxarışına əsasən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 31.01.2014-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2014-cü il tarixli № 253 saylı Sərəncamı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı Çıxarışında və AA-003356 saylı plan və ölçü sənədində göstərilən 0,12 ha torpaq sahəsində tikinti sahəsi 800 kv.m olan zirzəmili bir mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin tikintinin layihələndirilməsi, şəhərsalma və tikinti norma və qaydalarında nəzərdə tutulmuş bütün tələblərə uyğun aparılması və tikilinin istismara qəbul edilməsi ilə bağlı icazəsi tələb olunan bütün müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələrin alınması ilə tam yerinə yetirilmiş və tikinti başa çatdırılıb obyektist istismara qəbul edilmişdir. Cavabdeh inzbati orqanın iddiaya etirazında qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının müraciət etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növü ərizəyə əlavə edilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən həyətyanıdır. Həmin növ torpaq sahələrinin digər məqsədlə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1 -ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” zərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 01.10.2020-Cİ il tarixli,**********98 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. İş materiallaından göründüyü kimi iddiaçı tərəfindən Quba şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən 0,12 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına Quba rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, tikinti başa çatdıqdan sonra isə istismara qəbul edilmiş, şəhərsalma və tikinti normalarını və qaydalarına əməl edilmiş, eyni zamanda həyətyanı torpaq sahəsində qeyri yaşayış sahəsinin tikilməsini qadağan edici norma mövcud deyil. Lakin cavabdeh inzibati orqan sözügedən obyektə dair müvafiq sənədlərin olmasına baxmayaraq, iddiaçının tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı Zöhrab oğlunun xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı № ******* saylı çıxarışına və AA-003356 saylı torpaq sahəsinin plan və ölçü sənədinə əsasən İddiaçı Zöhrab oğlunun xüsusi mülkiyyətində olan Quba şəhəri Heydər Əliyev prospektində yerləşən 0.12 ha torpaq sahəsində müvafiq icazə alınmaqla inşa olunmuş 800 kv.m-dən ibarət birmərtəbəli zirzəmili tikiliyə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-510/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-510/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver