Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-511/2023 10.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şamaxı rayon kənd-tikinti trestinin, Şamaxı kənd-tikinti MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və X2 filialına qarşı imtina qərarının ləğv edilməsi Şamaxı rayon kənd-tikinti trestinin, Şamaxı kənd-tikinti MMC-də işləməsi ilə bağlı lazımi arxiv sənədlərinin tapılması və qanunamüvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilmsi barədə ərizə verərək cavabdeh qismində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının saxlanılmasını və Şamaxı rayon kənd-tikinti trestinin, Şamaxı kənd-tikinti MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddiaçıya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyini bildirmiş və mübahisənin artıq həll edildiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş “Əmək pensiyasının təyin edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********1 saylı qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 264.82 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şamaxı rayon kənd-tikinti trestinin, Şamaxı kənd-tikinti MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-511/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-511/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver