Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-512/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialına qarşı “Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 2-1(102)-2039/2019 saylı qərarı əsasında xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialına qarşı “mütəxəssis dəvət olunmaqla onun ailə başçısını itirdiyinə görə əmək pensiyası hesablanması və ona çatacaq pulun hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “Ali Məhkəmənin 28 avqust 2019cu il tarixli, 2-1(102)-2039/2019 saylı qərarı əsasında xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş 2-1(105)- 88\2019) saylı qərarı ilə apellasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati İqtisad Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2- 1(85)-546/2018 saylı qərarı ləğv edilmiş yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə Əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Lakin Şamaxı Rayon DSMF şöbəsi bu günə kimi Sumqayıt Apellasiya Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı 20 fevral 2019-cu il tarixli, (iş nömrə 2-l(105)-88/2019) saylı qərarı icra edilməmişdir. İddiaçı bildirir ki, o tək anadır, maddi imkanı yoxdur. Cavabdeh ƏƏSMN nəzdində DSMF-nin **********9 saylı, 16 iyul 2021-ci il tarixli Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2- 1(102)-2039/2019 saylı qərarına əsasən ona xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş, həmin Qərarın icrası ilə bağlı yaranmış 7101.42 fərq məbləği müvafiq kart hesabına köçürülmüşdür. Lakin o bunula razı deyil, belə ki, cavabdeh ƏƏSMN nəzdində DSMF-nin ona ödədiyi Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli, 2-l(102)-2039/2019 saylı qərarına əsasən xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təmin edilmiş pulun bir hissəsini təşkil edir. Ona görə də mütəxəssis dəvət olunmaqla onun ailə başçısını itirdiyinə görə əmək pensiyasının hesablanmasını və ona çataçaq pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “əmək pensiyasının yenidən hesablanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq 1993-cü il 10 yanvar tarixindən təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, 2-1(118)-512/2022 nömrəli iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə DSMF-nin Şamaxı rayon şöbəsinə ona həyat yoldaşı X1 vəfat etdiyi tarixdən yəni, 10 yanvar 1993-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, xx.xx.2017-ci il tarixli 81/3107 nömrəli məktubla pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Daha sonra İddiaçı “xx.xx.1994-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (85)-546/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 55 yaşdan, yəni xx.xx.2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə onun xx.xx.2003cü il tarixdən xx.xx.2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-1(105)-88/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-546/2018 nömrəli qərarı ləğv edilərək İddiaçı xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə yeni qərar qəbul edilmişdir. Ali Məhkəmənin 28 avqust 2019-cu il tarixli 2-1(102)-2039/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2-1 (105)-88/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2- 1(102)-2039/2019 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, qərarın icrası ilə bağlı 7101,42 manat fərq məbləği iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunanlardan da göründüyü kimi hazırki iş üzrə iddiaya məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, qəbul edilmiş qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 261-ci maddəsində iş üzrə icraata xitam verilməsi əsaslarından bəhs edilir. Həmin Məcəllənin 261.0.2-ci maddəsində əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verməlidir. Bu səbəbdən də, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu üçün, hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu ilin 28 avqust tarixli 2- 1(102)-2039/2019 nömrəli qərarına əsasən ona xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi və həmin qərarın icrası ilə bağlı yaranmış 7101,42 manat fərq məbləğinin müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-546/2018 saylı, 10 iyul 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı 55 yaşdan, yəni 01 iyul 2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə 01 iyul 2003-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(85)-546/2018 saylı qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2039/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 may 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan göməlum olur ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vətəndaşa ötən dövr üzrə ödənilməli olan 13793,42 manat əmək pensiyasının məbləği həmin dövr üzrə vətəndaşın aldığı 6692 manat sosial müavinətin məbləği ilə əvəzləşdirildikdən sonra ötən dövr üzrə 7101,42 manat fərq məbləği vətəndaşa ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona 2003-cü ildən 30 iyun 2017-ci il tarixədək olan dövr üçün ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi ilə bağlı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-546/2018 saylı, 10 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı 55 yaşdan, yəni 01 iyul 2001-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və təyin edilən pensiyanın məbləği ilə 01 iyul 2003-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək aldığı sosial pensiyanın məbləği arasındakı fərq çıxılmaqla ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(85)-546/2018 saylı qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2039/2019 saylı, 28 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-88/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ona ödənilməli olan pensiya məbləğinin az ödənildiyini (tam ödənilmədiyini) iddia edərək, pensiya məbləğinin yenidən hesablanaraq ödənilməmiş hissənin də ödənilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək qərarın icrası ilə bağlı yaranmış 7101,42 manat fərq məbləğinin onun kart hesabına köçürüldüyünü bildirmişdir. Məhkəmənin 10 mart 2012-ci il tarixli məktubu ilə iddiaçıya hesablanmış pensiyanın məbləğinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vətəndaşa ötən dövr üzrə ödənilməli olan 13793,42 manat əmək pensiyasının məbləği həmin dövr üzrə vətəndaşın aldığı 6692 manat sosial müavinətin məbləği ilə əvəzləşdirildikdən sonra ötən dövr üzrə 7101,42 manat fərq məbləği vətəndaşa ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 01 iyul 2003cü il tarixdən 30 iyun 2017-ci il tarixədək əmək pensiyasının məbləği tam ödənilməmişdir. Belə ki, yuxarıda qeyd olunan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qərarından göründüyü kimi apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(85)-546/2018 saylı qərarının ləğv edilməsi, iddiaçının qismən təmin edilməsi, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iddiaçının 2003-cü il tarixdən sosial-pensiya müavinət alması, xx.xx.2006-cı ildən ailə başçısını itirməyə görə pensiya almaq hüququndan məhrum edə bilməz. Qanunvericilikdə bununla bağlı heç bir qadağa müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi hüquqi qiymətləndirməni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən aparmışdır. Həmin Qanunun 2-ci maddəsinin “a” bəndi ilə vətəndaşlara əmək pensiyasının təyin edilməsi, “b” bəndi ilə iə sosial pensiyaların təyin edilməsi nəzərdə tutulmuşdur. İşin hallarına görə iddiaçıya 2003-cü ildən sosial pensiya təyin edilmiş, apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin vaxtdan iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ da yaranmışdır. Qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi, iddiaçıya ödənilmiş müavinətin məbləğinin ona xx.xx.2006-cı il tarixindən hesablanmış pensiya məbləğindən çıxılması qərara alınmamış, əksinə həmin məhkəmə qərarlarında iddiaçının 2003-cü il tarixdən sosial-pensiya müavinəti almasının, onu xx.xx.2006-cı ildən ailə başçısını itirməyə görə pensiya almaq hüququndan məhrum etdiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ödənilməli olan məbləği sosial müavinətlə əvəzləşdirib ödəməsi qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ona ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıya xx.xx.2006-cı il tarixdən ailə başçısını itirməyə görə ödənilməli olan pensiya məbləğinin təkrar hesablanması və ödənilməyən hissəsinin tam ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Regional filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-512/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-512/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver