Məhkəmə qərarları › İş №2-1(118)-513/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-513/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-513/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin baza məlumatlarında qeyd olunmuş 0.05 ha torpaq sahəsinin bərpa olunaraq Xaçmaz rayonu, Dalğalı qəsəbəsində yerləşən 0.06 ha qeyd olunmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi iddiaçıya ayrılmışdlr. Həmin vaxtdan göstərilən torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Bundan başqa ona ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən KOD 30216047 seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət olunmuşdur. aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 Xaçmaz Ərazi idarəsinin baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki JN-155A nömrəli {KOD ********) seriyalı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də torpaq sahəsinin 0.06 ha göstərilməsinə baxmayaraq , ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə Təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.05 ha ölçüdə öz əksini tapmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixli **********73 saylı məktubla yuxanda göstərilən ərizənin icrasından 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən imtina edilmişdir.Bununla bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının xx.xx.1999-cu tarixli 305 saylı sərəncamından çıxarışda Xaçmaz rayonu Seyidİi İƏV -dəki bələdiyyə ehtiyyat fondundan 0.06 ha torpaq sahəsinin ayrılması barədə ilkin torpaq ayırma sənədlərdə, Torpağın alqı satqısına dair aktında 0.06 ha torpaq sahəsinin və ödənilmiş 0.06 ha torpaq sahəsinin qəbzində həmin torpaq sahəsinin 0.06 ha olduğu sənədlərlə müəyyən olunmuşdur. 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisii lə birgə aparılan ölçü işləri zamanı yerində həmin torpağın daş hasarla hasarlanmış və 0.06 ha olduğu müəyyən olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, araşdıma zamanı təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların mövcud olması müəyyən edilmişdir. Belə ki, JN-155A nömrəli (KOD ********) seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin öiçüsü 0.06 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0.05 ha ölçüdə öz əksini tapmışdır. Eyni zamanda JN-155 A nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”eiektron baza kadastr xəritə materiallarında 0.05 ha ölçüdə əks olunmuşdur. İddia ərizəsində, arxiv və baza məlumatlarında olan xəritə üzərində əks olunan 0.05 ha torpaq sahəsindən əlavə tələb olunan 0.01 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə İstinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə ust-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İş materiallarında olan : -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamından görünür ki, İddiaçı Xaçmaz rayonu Seyidİi İƏV -dəki bələdiyyə ehtiyyat fondundan 0.06 ha torpaq sahəsinin ayrılmışdır. - - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamına əsasən Xaçmaz rayonu Seyidİi İƏV -dəki bələdiyyə ehtiyyat fondundan İddiaçı 0.06 ha torpaq sahəsi satılmışdır. -xx.xx.1999-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 665919 manat torpaq pulu ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli iclasının 08 saylı protokolunun və Dalğalı kəndində torpaq payı almaq hüququ olan vətəndaşların adlı siyahının təsdiqlənmiş arxiv surəti məhkəməyə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamının və ona əlavə edilmiş arayışın surəti məhkəməyə göndırilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: ..... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və.s. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki,mübahisə obyekti olan torpaq sahəsi 1999-cu ildə yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya ayrılmışdır. Daha sonar ona eyni torpağa dair “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir və şəhadətnamədə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına istinad olunmuşdur. Məhkəmə tərəfindən tələb edilmiş müayinə aktından görünür ki, cavabdeh idarənin mühəndisləri tərəfindən torpaq sahəsinə yerində baxış keçirilərkən torpaq sahəsinin ölçüsünün faktiki 0.06 ha təşkil etdiyi müəyyən edilmişdir. Üzərindən kommunikasiya xətləri keçmir, şəhadətnamədə göstərilən cizgilər istifadə vəziyyətinə uyğundur. Lakin şəhadətnamədə ölçüləri 0.05 ha göstərilmişdir. Bununla yanaşı məhkəmə şəhadətnamədə göstərilən aqrar islahat komissiyasının qərarının arxiv əsaslarının müəyyən edilməsi üçün Xaçmaz rayon Dövlət Arxivinə müraciət etmişdir. Sorğu nəticəsində istinad olunan qərarın tam mətni və vətəndaşların adlı siyahısı əldə edilmişdir. Lakin həmin siyahıda İddiaçı adı aşkar edilməmişdir. Belə olan halda şəhadətnamədə hansı əsasla həmin qərara istinad olunması və ümumiyyətlə şəhadətnamənin əsaslı və mötəbər sənəd kimi qəbul olunmasına sual yaranır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən eyni zamanda istyinad olunan Xaçmaz rayon İcra HAkimiyyəti Başçısının 305 saylı xx.xx.1999cu il tarixli sərəncamının arxiv əsasının müəyyən edilməsi üçün sorğu verilmiş və sərəncamın arxiv əsası aşkar edilərək məhkəməyə təqdim edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 305 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin öhdəliyininöhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar