Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-514/2023 24.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (“Sirius Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X5 (DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında baş mütəxəssis işləyən, Bakı şəhəri, M.Seyidov küçəsi, ev 14, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 N-li Avtosdətədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixinədək işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması üçün zəruri tədbirlətin görülməsini Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 N-li Avtosdətədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin tarixdən əmək fəaliyyəti işlədiyi qurumlar tərəfindən ******* №-li əmək kitabçası ilə rəsmiləşdirilmişdir. Əmək kitabçasında da göstərildiyi kimi, o, Kəlbəcər rayon Təmir-Tikinti Sahəsinin rəisi A.Şirinovun 156 №-li əmri ilə xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayon təmir-tikinti sahəsində çilingər təyin olunmaqla əmək fəaliyyətinə başlamışdır. 1975-ci ildə həqiqi hərbi xidmətə göndərilməsi ilə əlaqədar Kəlbəcər rayon təmir-tikinti sahəsinin rəisinin 45 №-li əmri ilə həmin sahədən azad edilmişdir. xx.xx.1977ci il tarixdə hərbi xidmətini başa vurması ilə əlaqədar əvvəlki işinə bərpa edilmişdir (əmr № 82, xx.xx.1977). xx.xx.1989-cu il tarixdə başqa idarəyə keçməyi ilə əlaqədar vəzifəmdən azad olunmuş, xx.xx.1989-cu il tarixdə Kəlbəcər İstehsalat kombinatında Vl dərəcəli biçici vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə avtomobil təmiri emalatxanasında V dərəcəli avtomobil çilingəri vəzifəsinə işə qəbul edilmiş(əmr № 51, 24.05. 1996), xx.xx.1999-cu il tarixdə İİİ dərəcəli BC kateqoriyalı sürücü vəzifəsinə keçirilmiş(əmr № 128, xx.xx.1999), xx.xx.2000-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə əsasən müəssisə ləğv olunduğuna görə əmək müqaviləmə xitam verilmişdir (əmr № 27, xx.xx.2000). Bütün bunlara baxmayaraq ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Səbəb kimi isə 1999-2000-ci illər üzrə 2714 №-li Avtodəstənin əmr kitabçaları, həmçinin 1998-2000-ci illər üzrə əmək haqqı cədvəllərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi göstərilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciətinə cavab olaraq, ona əmək haqqı və iş stajı barədə arxiv arayışları təqdim olunmuşdur. Həmin arxiv arayışında isə onun 1996-1998-ci illəri əhatə edən dövr üçün əmək haqqı barədə məlumat öz əksini tapmışdır. Əsas qismində isə 2714 №-li Avtodəstə əmək haqqı cədvəlləri göstərilmişdir. Göründüyü kimi, iki orqanın məlumatları arasında ziddiyyət vardır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı 1999-2000-ci illər üzrə 2714 №-li Avtodəstənin əmr kitabçaları, həmçinin 1998-2000-ci illər üzrə əməkhaqqı cədvəllərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi üçün əmək pensiyasının təyin edilməsindən imtina üçün səbəb kimi göstərsə də, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi isə mənə təqdim etdiyi arxiv arayışında 2714 №-li Avtodəstə əmək haqqı cədvəllərinə istinad etmiş, 1996-1998-ci illəri əhatə edən dövr üçün əmək haqqı haqqında məlumatı əks etdirmişdir. Göründüyü kimi, iki orqanın məlumatları bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahş etdi. Cavabdehin nümayəndəsi Günay Cavadova iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci tarixədək işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. İddiaçı əmək fəaliyətinin yoxlanılması üçün iddiaçı tərəfindən təqdim edilmiş 1-6-118/2714-22 saylı məktubda xx.xx.1996-cı il tarixdən 2714 №-li Avtodəstəyə çilingər vəzifəsinə qəbul olunması və xx.xx.1999-cu il tarixədək həmin vəzifədə işləməsi, həmçinin 1999-2000-ci illər üzrə 2714 №li Avtodəstənin əmr kitabları, həmçinin 1998- 2000-ci illər əməkhaqqı cədvəlləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd olunmuşdur.Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli araxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən həqiqətən may 1996-cı il tarixdən 2714 №-li Avtodəstəyə avtoçilingər vəzifəsinə işə qəbul olunmuşdur. Yanvar 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. Qanunvercilikdə nəzərdə tutulmayan səbəblər üzündən işçinin işləmədiyi və yaxud iş günlərinin tam olmadığı ayları hesablamadan çıxarılmamış, başqa aylarla əvəz edilməmişdir. Əsas: Əməkhaqqı cədvəlləri. (2714 №-li Avtodəstə). 1998-2000-ci illər üzrə əmək haqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilməmişdir. -iddiaçıya məxsus ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974xx.xx.1975-ci il və 05.1977- 05.1989-cu il tarixlərdə Kəlbəcər rayon təmir tikinti sahəsində, xx.xx.1989-xx.xx.1996-cı il tarixlərdə X4, xx.xx.1996-xx.xx.2000-ci il tarixlərdə 2714 nömrəli avtodəstə avtomolbil təmiri emalatxanasında işləmişdir. -xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1996-cı ilin may aylndan 1998ci ilin sentyabr ayınadək əmək haqqı almışdır. 1999-2000-ci illər üzrə əmək haqqı cədvəlləri Mərkəzi Arxivə tam təhvil verilməmiş, 2000-ci ilin may, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üzrə əmək haqqı cədvəllərində vətəndaşın adı qeyd edilmiş, ancaq aldığı əmək haqqı barədə heç bir məlumat əks olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının sosial sığorta stajının 25 ildən az olmamasına istinad edərək ona əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Belə ki, cavabdeh onun xx.xx.1996-xx.xx.1999-cu illər və 1999-2000-ci illərdə 2714 N-li Avtodəstədə çilingə işləməsini sosial sığorta stajına dail etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr nəzərə alınmadan iddiaçının sosial sığorta stajı 21 il 04 ay təşkil edir. Mübahisələndirilən dövrlərin yoxlanılması ilə bağlı məhkəmə sorğu ilə Azərbaycan Respubliklası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etmişdir. Sorğuya cavab olaraq daxil olan sənədlərdən görünür ki, iddiaçı həqiqətən may 1996-cı il tarixdən 2714 Nli Avtodəstəyə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdən (xx.xx.1999-cu il tarixli kş/18 N-li əmr) 3-cü dəstəyə “BS” katreqoriyalı sürücü vəzifəsinə keçirilmişdir. Yanvar 1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. Sorğuya cavabda eyni zamanda 1996-2000-ci illər həmin müəssisənin əmr kitablarının nazirliyin Mərkəzi Arxivinə tam təhvil verilmədiyi qeyd edilmişdir. Bundan başqa daxil olan sənədlərdə İddiaçı xx.xx.1999-cu il tarixdən 3-cü dəstəyə “VS” katrqoriyalı sürücü keçirilməsi və “ZİL_130” markalı 67-35 nömrəli avtomaşına təhkim edilməsi barədə əmr əlavə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş dövrü və əməkhaqqı cədvəlləri barədə məlumatların yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Beləliklə də, iddiaçının işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ona yaşa görə pensiya təyini üçün zəruri yaş həddinə çatdığından və 25 ildən artıq sosial sığorta stajına malik olduğundan, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək 2714 N-li Avtosdətədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-514/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-514/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver