Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5143/2024 26.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “Hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ezam olunmağı ilə bağlı adının Cavabdeh komandirinin nizami hissə üzrə əmrlər kitabında 2020-ci ilin N oktyabr 296 nömrəli əmrinə əlavə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin N mart N7-ci il tarixli 69 nömrəli əmri ilə qeyd edilən hərbi hissənin idarə heyətinin maliyyə xidmətinin mühasibi vəzifəsinə təyin edilmişdir və hazırda həmin vəzifədə işləyir. X9 Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı verdiyi əmrlə başlayan Vətən Müharibəsi zamanı xidmət etdiyi Cavabdeh tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli ( Aşağı Alaxanlı, Qacar və İlan dağı ərazisi), Cəbrayıl (Daşkəsən kəndi) və Xocavənd rayonlarında işğaldan azad olunmuş ərazilərdə arxa təminat növü üzrə tapşırıqların, həmçinin maliyyə təsərrüfat işlərinin (əsgər pulunun paylanması, plastik əmək haqqı kartlarının paylanmas ,digər zəruri vasitələrin çatdırılması və s.) icrasını həyata keçirmək üçün ezam olunmuş və öz xidməti fəaliyyətini layiqincə yerinə yetirmişdir. Belə ki, Cavabdeh komandirinin N oktyabr 2020-ci il tarixli 296 nömrəli əmri ilə saat 07:15 radələrində Pirəkəşkül - 2 hərbi şəhərciyi ərazisində yerləşən həmin hərbi hissədən onunla birlikdə maliyyə xidməti rəisi mayor X7, maliyyə xidməti rəisinin köməkçisi kapitan X2 və Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin müxtəlif rayonlarından döyüşlərə cəlb olunan müddətdən artıq xidmət edən hərbi qulluqçuları kiçik çavuş X11, əsgər X3, kiçik çavuş X4, əsgər X5 və əsgər X1 rayonunun işğaldan azad olunan ərazisində yerləşən qərargahına getmişdilər. Bu barədə sübutlar təqdim edə bilər. Adlarını yuxarıda qeyd etdiyi həmin şəxslər 2-ci Qarabağ müharibəsi veteranı siyahısına daxil edilmiş və onların hamısına “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Dəfələrlə poçt ünvanından rəsmi olaraq bu işlə bağlı ərizə ilə müraciət etmişdir. 11 avqust 2022 - ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə, 28 sentyabr 2022 - ci il tarixində 3 (üç) nüsxədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri cənab Məhərrəm Əliyevə, Azərbaycan Respublikası insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)- Aparatının rəhbəri cənab Aydın Səfixanlıya, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın sədri cənab Rasim Babayevə müraciət edərək haqq işində ona köməklik göstərmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin 23 noyabr 2022 ci il tarixli 4/3-12790 nömrəli və xx.xx.2023-cü il tarixli 2758 nömrəli hər iki məktubu ilə imtina cavabı gəlmişdir və yenə də əsas səbəb kimi əmrdən çıxarışıların olmaması göstərilmişdir. Qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsində mühasibxəzinədar vəzifəsində mülki xidmət etdiyi Cavabdeh Füzuli ( Aşağı Alaxanlı, Qacar və İlan dağı ərazisi), Cəbrayıl (Daşkəsən kəndi) və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək arxa təminat növü üzrə tapşırıqların, həmçinin maliyyə təsərrüfat işlərinin ( əsgər pulunun paylanması, plastik əmək haqqı kartlarının paylanması digər zəruri vasitələrin çatdırılması və s.) icrasını həyata keçirməyinə baxmayaraq, adının 2-ci Qarabağ müharbəsi veteranı adı alanların siyahısında olmadığını bilib, bu barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü Cavabdeh maliyyə xidməti rəisi-baş mühasibinə ərizə ilə müraciət etmişdir. Maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı Cavabdeh komandirinə raportla müraciət etmişdir. Həmçinin qeyd edir ki, Cavabdeh maliyyə xidmətinin mühasibi vəzifəsində olmaqla, həmin hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək Füzuli və Cəbrayıl rayonlarında xidmətdə olmağı ilə bağlı fakt, bu məsələnin araşdırılmasından ötrü hərbi hissə komandirinin tapşırığı ilə təşkil edilmiş 10 (on) nəfərdən ibarət komissiya üzvləri (sədr və üzvlər) tərəfindən hərtərəfli araşdırılmış, bu barədə tərtib edilib imzalanmış və hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2453 nömrəli aktda öz əksini tapmışdır. Bununla da işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyətimi davam etdirməyi ilə bağlı həqiqət öz əksini tapmışdır. Bunlardan başqa, Cavabdeh komandiri vəzifəsini icra edən polkovnik- leytenant Sadiq Fərzəliyev və hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov tərəfindən tərtib edilib imzalanmış “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqların və maliyyə-təsərrüfat işlərinin (hərbi qulluqçuların plastik əmək haqqı kartları və əsgər pulunun paylanması və s.) yerinə yetirilmiş mülki şəxs barədə arayış-məlumatda da bildirilir ki, iddiaçı, xx.xx.N7-ci il tarixli 69 nömrəli əmrlə Cavabdeh rütbəsi mülki, vəzifəsi mühasib olmaqla, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, həmin dövrdə isə iddiaçı arxa təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuşdur, bu barədə əmr olmamışdır. Lakin, hərbi hissə komandirinin tapşırığı ilə komissiya təşkil olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 2453 nömrəli akt tərtib olunmuşdur. İştirak etdiyi ərazilər bunlardır: Füzulu rayonunun Qacar və Aşağı Alxanlı kəndləri, “İlan dağı” ərazisi, Cəbrayıl rayonunun Daşkəsən kəndi və Xocavənd rayonu. Arayış-Məlumatın 8-ci qrafasında: “Hansı qismdə iştirak edib, həmin dövrə arxa təminat üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatlı məlumat verilsin)” hissəsində bildirilir ki, arxa təminat üzrə tapşırıqların, maliyyə-təsərrüfat işlərinin yerinə yetirilməsi və əsgər pullarının paylanması ilə məşğul olub. Eyni zamanda bildirir ki, pozulmuş hüququnun bərpası üçün səlahiyyətli dövlət orqanlarına dəfələrlə ərizə ilə müraciət etmişdir: 11 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə, 28 sentyabr 2022 - ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri cənab Məhərrəm Əliyevə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)- Aparatının rəhbəri cənab Aydın Səfixanlıya, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın sədri cənab Rasim Babayevə. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair ərizəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının (bundan sonra - Müdafiə Nazirliyinin komissiyası) xx.xx.2022- ci il tarixli iclasında baxılaraq, ərizəsi təmin edilməmiş və bu barədə ona komissiyanın katibi Elbrus Mehdixanov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 4/3 -12790 nömrəli cavab məktubu göndərilmişdir. Məktubda bildirilir ki, hərbi hissə tərəfindən təqdim olunan arayış- məlumatda olan qeydlənlərə əsasən, təqdim olunan sənədləri tam olmadığına və əmrlərlə təsdiqini tapmadığına, həmçinin fəaliyyəti döyüş tapşırığı ilə əlaqədar olmadığına görə ona “Müharibə veteranı” adının və vəsqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Fəaliyyətinin döyüş növü ilə bağlı olmadığına görə olan qeyd tam əsassızdır və cəfəngiyyatdır, çünki müxtəlif sahənin ( orkestr heyəeti, ekskavatorçu və s.) və peşənin sahibləri o cümlədən maliyyə xidməti əməkdaşları (baş mühasiblər, baş mühasibin köməkçiləri və mülki mühasib və s) müharibə veteranı adı almışdır və bununla bağlı kifayət qədər sübut təqdim edə bilər. Beləliklə, yuxarıda istinad etdiyi faktlarla və hallarla tam təsdiq olunur ki, iddiaçı Cavabdeh rütbəsi mülki, vəzifəsi mühasib olmaqla, döyüş əməliyyatlarına cəlb olunmuş həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparıldığı Füzulu rayonunun Qacar və Aşağı Alxanlı kəndlərində, “İlan dağı” ərazisində, Cəbrayıl rayonunun Daşkəsən kəndində və Xocavənd rayonunda N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək arxa təminat üzrə tapşırıqların, maliyyə-təsərrüfat işlərinin yerinə yetirilməsi və əsgər pullarının paylanması ilə məşğul olmuşdur. Bundan başqa döyüşlər zamanı N nömrəli hərbi hissədən tüstü qumbaralarının alınması üçün lazım olan sənədi imzalamışdır. Müdafiə Nazirliyinin komissiyasının ərizənin təmin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli 4/3 -12790 nömrəli məktubunda istinad etdiyi iki əsasından biri onunla əlaqədardır ki, təqdim olunan sənədlərim tam deyildir və əmrlərlə təsdiqini tapmır. Bununla əlaqədar qeyd edir ki, adının əmrlər kitabında yazılmadığını sonralar yəni, adının müharibə veteranları adı alan şəxslərin siyahısına (X17) daxil edilməsindən imtina olunmasından sonra bilmişdir və bununla bağlı həm tabe olduğu rəisinə, həm də komandanlığa yazılı müraciət etmişdir. Rəhbərlik isə araşdırılma aparmış və məsələnin obyektiv həll edilməsi üçün komissiya təşkil etmişdir. Müharibə dövründə iddiaçı N oktyabr 2020-ci il tarixdə döyüş yerinə getməyi barədə komandirin əmrini müzakirə etmədən icra etmişdir və yazılı əmrin verilib- verilməməsi barədə düşünməmişəm, çünki öz komandirimə həmişə inanmışam. Həmçinin, bundan sonra yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasından ötrü Cavabdeh maliyyə xidməti rəisi-baş mühasibinə xx.xx.2023- cü il tarixində rəsmi olaraq ərizə ilə müraciət etmişəm. Maliyyə xidməti rəisi-baş mühasib isə bununla bağlı Cavabdeh komandirinə raportla müraciət etmişdir. Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə bu işin araşdırılması və aidiyyəti üzrə materialların göndərilməsi tapşırılmış,o isə xidməti fəaliyyəti olaraq xx.xx.2023-cü il tarixli 442 qeydiyyat nömrəli ərizəmə əsasən şahidlərdən alınmış izahatlarla araşdırma aparararaq xx.xx.2023-cü il tarixində 2164 nömrəli “Xülasə” etmişdir, (bu barədə qoşmada xx.xx.2023-cü il tarixli 2164 nömrəli xülasəni təqdim edirəm).Xülasədə də aparılan araşdırma zamanı belə müəyyən olunmuşdur ki, iddiaçının həqiqiətən də döyüş bölgəsinə gedərək orada hərbi qulluqçuların aylıq pul məvaciblərini (əsgər pulunun paylanması,maliyyə təsərrüfat işləri ilə məşğul olmağı) paylamağı öz əksini tapmış, lakin bununla bağlı hərbi hissədə əmrlər üzrə heç bir qeydiyyat aparılmamış və gedərkən özü ilə ezamiyyət vərəqəsi götürməmişdir. Belə vəziyyətlə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“lnzibati icraat haqqında” Qanun) “Etimad hüququnun qorunması prinsipi” adlanan 13-cü maddəsində bildirilir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Cavabdeh rütbəsi mülki, vəzifəsi mühasib olmaqla, döyüş əməliyyatlarına cəlb olunmuş həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarının aparıldığı Füzulu rayonunun Qacar və Aşağı Alxanlı kəndlərində, “İlan dağı” ərazisində, Cəbrayıl rayonunun Daşkəsən kəndində və Xocavənd rayonunda N oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək arxa təminat üzrə tapşırıqları, maliyyə-təsərrüfat işlərini yerinə yetirməyim və əsgər pullarını paylanmağım təkzib edilmədiyinə görə fikrimcə, müharibə veteranı statusu almağıma hüquqi əsas yaradır. Adının əmrlər kitabında yazılmaması isə onun səhvi deyil və buna iddiaçı cavabdeh deyil, bu məsələ hərbi hissə komandanlığının vəzifə səlahiyyətlərinə daxildir. Məlum olduğu kimi, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bundan əlavə, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamının 1-ci bəndinin tələbinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kateqoriyalar əsasında 2022-ci il yanvarın 1-dən etibarən “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin N9-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Normalarına istinad etdiyi yuxarıda qeyd olunan normativ hüquqi aktların məzmun və mənasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə)...müharibə veteranı adı verilir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun qeyd edilən normalarına əsaslanaraq, hesab edir ki, ona mübaribə veteranı statusunun verilməsi barədə Müdafiə Nazirliyinin komissiyasının xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubu qanunsuz sayılaraq məhkəmə tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 2.2, 2.2.1ci 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraata qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı...inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır. İPM-in 33.1-ci maddəssinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Yenə İPM-in 8.1-ci və 8.1.3-cü maddələrinə görə inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bundan əlavə xx.xx.2023-cü il tarixli 14447 qeydiyyat nömrəli ərizə ilə yenidən hərbi hissə komandirinə təkrar müraciət edərək adının müharibə veteranı statusu almağa hüquqi əsas yaradan yəni ki, adının əmrlər kitabında qeyd olunması üçün köməklik göstərməyini xahiş etsə də o, isə bu məsələ ilə bağlı müvafiq araşdırmanın aparılmasını üçün hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinə göstəriş vermişdir. Hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə baş leytenantı isə bu işin onun tərəfindən əvvəllər hərtərəfli araşdırıldığını, şahidlərdən alınmış izahatlara əsasən araşdırma aparararaq xx.xx.2023-cü il tarixində 2164 nömrəli “Xülasə” etmişdir, (bu barədə qoşmada xx.xx.2023- cü il tarixli 2164 nömrəli xülasəni təqdim edirəm). Xülasədə də aparılan araşdırma zamanı belə müəyyən olunmuşdur ki, iddiaçının həqiqətən də döyüş bölgəsinə gedərək orada hərbi qulluqçuların aylıq pul məvaciblərini (əsgər pulunun paylanması,maliyyə təsərrüfat işləri ilə məşğul olmağı) paylamağı öz əksini tapmış, lakin bununla bağlı hərbi hissədə əmrlər üzrə heç bir qeydiyyat aparılmamışdır. Hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2023-cü il tarixli 14447 qeydiyyat nömrəli ərizəsinə müsbət qərar verilməmiş (imtina məzmunlu cavab verilmiş), bununla bağlı məhkəməyə müraciət edə bilmək hüququnu bildirmişlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, kifayət qədər sənədi var. Arayışlardan görünür ki, xidməti fəaliyyəti olmuşdur. N №li hərbi hissədən ezam olunmuşdur. Ezam vərəqəsini götürməmişdir. Adı əmrdə yoxdur. Digər hərbi qulluqçular müharibə veteranı statusunu almışdır. Akt tərtib edilmişdir, şahidlərin izahatları var. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı öz ərizəsində Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ezam olunmağı ilə bağlı adının Cavabdeh komandirinin nizami hissə üzrə əmrlər kitabında 2020-ci ilin N oktyabr 296 nömrəli əmrinə əlavə olunması vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan mahiyyəti üzrə təmin edilə bilməz. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsində İddiaçı eyni məzmunlu iddiası üzrə işin faktiki halları hərtərəfli, tam və obyektiv təhlil edilməklə, sübutlara düzgün hüquqi qiymət verilməklə baxılmış qanuni, əsaslı və ədalətli qərar edilmiş və həmin qərardan göstərilən vaxt ərzində Ali Məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilmişdir. Lakin o, eyni mahiyyət kəsb edən iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N5-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2758 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ezam olunmağı ilə bağlı adının Cavabdeh komandirinin nizami hissə üzrə əmrlər kitabında 2020-ci ilin N oktyabr 296 nömrəli əmrinə əlavə olunmasını istəyir. N oktyabr 2020-ci il tarixli 296 №li Əmrdən görünür ki, xüsusi döyüş əməliyyatlarında iştirak etmək məqsədilə 877-ci mexanikləşdirilmiş briqadanın adları çəkilən hərbi qulluqçuları N oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin müdafiə zolağına getmiş hesab edilməsi və hərbi hissənin qazan təminatına qoyulması və 5 nəfər şəxsin adı qeyd edilmiş, iddiaçının adı əks olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Sumqayıt İnzibati Məhkəməsinin icraatında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehsinə qarşı “onun adının “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi üçün müəyyən edilmiş siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədilə N saylı hərbi hissənin üzərinə xx.xx.2020-ci il tarixli, 296 nömrəli döyüş əmrinin 2020-ci ilin hərbi hissə komandirinin Nizami hissə üzrə əmrlər kitabına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası olmuş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2333/2024 nömrəli qərarı ilə iddia təmin edilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(105)-584/2024 saylı Qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2333/2024 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N5-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N5-ci il tarixli, 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçının hüquqi marağı ona müharibə veteranı adı və statusunun verilməsindən ibarətdir. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı mübahisə üzrə iş üzrə cavabdehə qarşı iddia qaldırmaqla çatmaq istədiyi hüquqi marağa çatması uyğun deyil, həmçinin hazırkı işin halları baxımından mümkün deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5143/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5143/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver