Məhkəmə qərarları › İş №2-1(118)-515/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-515/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-515/2020 05.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Müşkür kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 24.5 m2 olan evi mülkiyyətçi X2 16.11.2001-ci ildə 4 Ə-187 N-li reyestr alqı–satqı müqaviləsi əsasında Xaçmaz rayon notariusunda təsdiqlənərəq almışdır. Aldığı evin həyətyanı sahəsi 0,25 hektardır. Həmin aldığı evin həyətyanı torpaq sahəsi olan 0,25 ha sahəsini sənədləşdirmək üçün Xaçmaz rayon 5 saylı Reyestr İdarəsinə müraciət etmişə və cavabdeh ona 27.07.2019-cu il tarixdə imtina məktubu vermişdir. Ona görə bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, Vətəndaş İddiaçı Xaçmaz rayonu Müşkür kəndi ərzisində yerləşən həyətyanı torpaq sahəsinə və yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 17.07.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə 29.07.2019-cu il tarixli **********22 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1ci maddəsinə əsasən müvaüq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Qeyd edirlir ki, Xaçmaz rayonu Müşkür kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı Xaçmaz rayonu 1 saylı Dövlət Notariat Konturunun 16.11.2001-ci il tarixli 4Ə-187 reyestr nömrəli alqı-satqı müqaviləsində yalnız fərdi yaşayış evi özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə DT və XK-si tərəfındən JN 357F KOD 30219018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə satıcı tərəf olan X5 və onun ailə üzvlərinin adına işlənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Paspublikası Qanununun 11.1 və 15–ci maddələrinə əsasən müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1–ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafıq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid evin Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Cavabdeh inzibati orqanın imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Belə ki, torpağa aid müvafiq sənədlər başaq vətəndaşın adınadır. İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən torpağa aid hüquqmüəyyənedici lazimi sənəd təqdim edə bilməmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-357F saylı şəhadətnamənin surətindən görünür ki, həmin torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə X4, X6, X1 və X9 mülkiyyətinə verilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd mövcuddur və 16 noyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi X3 ilə X6 arasında yalnız ümumi sahəsi 24,5 m 2 olan fərdi yaşayış sahəsi ilə bağlı olub. Həmin alqı-satqı müqaviləsində torpaq sahəsi qeyd olunmayıb. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təstiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinin müddəalarının hazır ki, mübahisəyə tətbiq edilməsi yolverilməzdir.Qeyd olunan 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilir. Belə ki, İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinə verilmiş texniki pasport 1988-ci ildə tərtib edilməsinə baxmayaraq, həmin torpaq sahəsi verilmiş JN-357F saylı torpaq aktına əsasən əlavə 2 nəfərə, yəni X1 və X9 mülkiyyətinə verilmişdir. Hesab olunur ki, həmin torpaq sahəsiunə dair torpaq şəhadətnaməsi qüvvədə olduğu tədqirdə qeyd olunan siyahının 2.4-cü bəndinin hazır ki, mübahisəyə tətbiq edilməsi düzgün deyil. Bu səbəbdən də, cavabdehin imtina dəlilini əsaslı hesab edən məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Göründüyü kimi, İddiaçı oğlunun mübahisə edilən torpaq sahəsinə dair hər hansı bir hüququnu müəyyən edən sənədi məhkəməyə tədqim etməmişdir. Bu isə onu deməyə əsas verir ki,torpaq sahəsinə dair həmin torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən müvafiq razılıq alındıqdan sonra mənzilin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət olunmalı və qeyd olunan həyətyanı torpaq sahəsi dövlət qeydiyyatından keçməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar