Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5151/2024 22.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ölüm akt qeydində düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci ildə vəfat etmiş atası X2 ölüm haqqında akt qeydində adının X6 kimi qeyd edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.2021-ci ildə vəfat etmiş atası X2 ölüm haqqında akt qeydində adının X6 kimi qeyd edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, onun doğum haqqında şəhadətnaməsində adı İddiaçı kimi yazılmışdır. Növbəti sənədləri də sənin akt qeydinə əsaslanaraq tərtib edilmişdir. Lakin atası X2 adında h hərfi yerinə f hərfi yazılmış və adı Ruhulla kimi deyil, Rufulla kimi ölüm haqqında akt qeydində yazılmışdır. Hazırda atası vəfat etdiyi üçün ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılması üçün zəruri hüquqi addımları atmaqdadırlar. Lakin ata adında hərf səhvi vərəsəlik işinin açılmasına maneçilik törədir. İş materiallarına əlavə edilmiş pasportdan görünür ki, ata adı X1 yazılmışdır. Atasına məxsus NZ ******* saylı hərbi biletdə də adı X1 qeyd edilmişdir. Lakin iddiaçının doğum haqqında şəhadətnaməsində isə ata adı Ruhulla kimi qeyd edilmişdir. Atasının AZ- İİ 227258 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməsində isə adı Rufulla kimi qeyd edilmişdir. İnzibati orqanın xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Cavabdeh 1651 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydində ata adı Rufulla kimi qeyd edilmişdir. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda isə bildirilir ki, atasının doğum haqqında akt qeydi aşkar edilməmişdir. Lakin inzibati orqan atamın ölüm haqqında akt qeydində adının Rufulladan Ruhullaya dəyişdirilməsindən imtina etmişdir. Hazırda atası vəfat etdiyi üçün onun bütün sənədlərinin başdan-ayağa dəyişdirilməsinə ehtiyac yoxdur. Lakin əgər doğum haqqında şəhadətnaməni dəyişəsi olsa, o zaman gərək o, adına tərtib edilmiş bütün sənədlərin dəyişdirilməsini təşkil etsin. Bu isə artıq vaxt və resurs itkisinə səbəb ola bilər. Odur ki, ata adının ölüm haqqında akt qeydində Rufulla kimi deyil, Ruhulla kimi yazılmasına dair öhdəliyin inzibati orqanın üzərinə qoyulmasına zərurət meydana gəlmişdir. İddiaçı Ailə Məcəlləsinin 158-ci 161-ci 189-cu 190-cı 192-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, özünə aid bütün sənədlərdə pasportda, nikah haqqında şəhadətnamədə, hərbi biletdə atasının adı Ruhulla yazılmışdır. Ölüm kağızında isə Rufulla yazılmışdır. Qardaş, bacılarında da Ruhulla yazılmışdır. Arxivlər İdarəsinə müraciət edilmiş, lakin doğum haqqında şəhadətnaməsi arxivdə tapılmamışdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Cavabdehnə atasının ölüm haqqında akt qeydində adının “Rufulla”dan “Ruhulla”ya dəyişdirilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 1651 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adı “Rufulla” qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA/2-Q-328-6-424/2024 nömrəli məktubda da qeyd olunur ki, X2 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Cavabdeh tərəfindən tərtib edilmiş 1651 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adının “Rufulla”dan “Ruhulla”ya düzəliş edilməsi kifayət qədər əsas olmadığı üçün mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş X2 adına verilmiş PP seriyalı P4182201 nömrəli ümumvətəndaş pasportunda, NZ seriyalı ******* saylı hərbi biletdə, 23 noyabr 2021-ci il tarixdə verilmiş, xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1651 nömrə ilə qeydə alınmış 227258 nömrəli ölüm haqqında şəhadətnamədə iddiaçının atası X2 adı “Rufulla” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının ata adı Ruhulla olaraq qeyd edilmişdir. EMİS-dən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının atası X2 adı “Rufulla” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2021-ci ildə vəfat etmiş atası X2 ölüm haqqında akt qeydində adının X6 kimi qeyd edilməsi və yeni ölüm haqqında şəhadətnamənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı Cavabdehnə atasının ölüm haqqında akt qeydində adının “Rufulla”dan “Ruhulla”ya dəyişdirilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 1651 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adı “Rufulla” qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA/2-Q-328-6-424/2024 nömrəli məktubda da qeyd olunur ki, X2 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Cavabdeh tərəfindən tərtib edilmiş 1651 saylı, xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydində ölən şəxsin adının “Rufulla”dan “Ruhulla”ya düzəliş edilməsi kifayət qədər əsas olmadığı üçün mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ....vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə Qanunvericiliyin tələbinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. İddiaçının şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsində ata adı “Ruhulla” olaraq qeyd edilsə də iddiaçının atasına aid olan bütün sənədlərdə adı “Rufulla” olaraq qeyd edilmişdir. Göründüyü kimi X2 ölüm haqqında akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5151/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5151/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver