Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-516/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı(Sevda) Rauf qızının iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “adının “Sevda”dan “Alisa”ya dəyişdirilməsi haqqında 13.10.2021-ci il tarixli 127 saylı akt qeydinin ləğv edilərək “Sevda” adının bərpa edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, adının “Sevda”dan “Alisa”ya dəyişdirilməsi haqqında 13.10.2021-ci il tarixli 127 saylı akt qeydinin ləğv edilərək “Sevda” adının bərpa edilməsi ilə bağlı cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 13 noyabr 2021-ci il tarixli, 05/Q-2046-76 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X2r. Bu barədə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şabəsində doğum haqqında akt qeydləri kitabında 12.05.1993-cü il tarixli 334 nömrəli qeyd aparılmışdır. 2021-cİ ilin oktyabr ayında adını dəyişdirmək qərarına gəlmiş və bu məqsədlə Sumqayıt "Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciəti nəticəsində adı "Sevda”dan *‘Alisa”ya dəyişdirilmişdir. Bu dəyişiklik 13.10.2021-ci il tarixdə 127 saylı aktla qeydə alınmışdır. Daha sonra 02.1 1.2021-ci il tarixdə yeni adı ilə, yəni ’'Alisa” adı ilə ona doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan etdiyi əməldən peşman olmuşdur. Çünki onun adını X3 qoymuşdur. O isə 05.10.2014-cü İldə vəfat etmişdir. Ən çoxda bu hala görə etdiyi əməldən peşman olmuşdur. Bu səbəbdən də yenidən Sumqayıt "Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək adının bərpa edilməsini, yəni yenidən “Sevda” kimi qeyd edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan adını bərpa etməkdən 13.1 1.2021-ci il tarixli 05/9-2046-76 saylı məktubu ilə imtina etmişdir. İmtinada qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarf’nm 6.3-cü bəndinə əsasən, adın, ala adının və soyadın növbəli dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qeyd olunanlara və adınızın Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi tərəfindən 13.10,2021-ci il tarixdə tərtib olunmuş 127 saylı akt qeydi ilə dəyişdirildiyini nəzərə alaraq bu məsələnin yenidən qeydiyyat orqanlarında baxılmasına yol verilmir. Bugünədək istər oxuduğu təhsil mərkəzlərində, istər qohumları və dostları arasında istərsə də yaşadığı ərazidə onu tanıyanlar “Sevda” adı ilə tanıyırlar. Bütün hüquq verən sənədlər “X7” olaraq qeyd edilmişdir. Bu səbəbdən də adının “Sevda” kimi yazılması olduqca vacibdir. Ani olaraq qərar verib adını "Alisa”ya dəyişdirilməsini istəmişdir, lakin sonradan etdiyi əməldən qəti olaraq peşman olmuşdur. O, adını çox bəyənir və bundan sonrada həyatına “Sevda” olaraq davam elmək istəyir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh orqanın “Sevda” adının yenidən bərpa etməsindən imtina etməsi əsassızdır və adının bərpa edilməsi vəzifəsi məhkəmə tərəfindən cavabdeh orqana həvalə edilməlidir. Aşağıda qeyd olunan maddi hüquq normaları iddiaçının iddia tələblərinin hüquqi əsası kimi qəbul edilməlidir: Belə ki, AR Konstitusiyasının 60.1 -ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitusiyasının 127.2-ci maddəsinə əsasən, hakimlər İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərlix inə. faktlara əsasən və qanuna müvafiq baxırlar. AR İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul elmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburctmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı(Sevda) Rauf qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, X5 adının Sevda dan ,"Alisa” ya dəyişdirilməsi Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən adın,soyadın və ata adının dəyişdirilməsi aktı ilə 13.10.2021-ci il tarixdə , 127 saylı aktla qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 N-li qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3.-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı qaydası” nın 163.1-ci bəndinə əsasən X1 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında , bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıda qeyd olunanlara əsasən Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi vətəndaşa akt qeydinin ləğv edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət etməsini tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyi. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı adının “Sevda”dan “Alisa”ya dəyişdirilməsi haqqında 13.10.2021-ci il tarixli 127 saylı akt qeydinin ləğv edilərək “Sevda” adının bərpa edilməsini istəyir. İddiaçı qeyd edir ki, 2021-cİ ilin oktyabr ayında adını dəyişdirmək qərarına gəlmiş və bu məqsədlə Sumqayıt "Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciəti nəticəsində adı "Sevda”dan “Alisa”ya dəyişdirilmişdir. Bu dəyişiklik 13.10.2021-ci il tarixdə 127 saylı aktla qeydə alınmışdır. Daha sonra 02.11.2021-ci il tarixdə yeni adı ilə, yəni ’'Alisa” adı ilə ona doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan etdiyi əməldən peşman olmuşdur. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3.-cü bəndinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının adınındəyişilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-516/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-516/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver