Məhkəmə qərarları › İş №2-1(118)-5163/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5163/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5163/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2019-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı 12 fevral 2025-ci il tarixli 3-17-1/2-X- 32028Z2025 №-li güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubu aşağıdakı məzmundadır: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt regional "ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 13 yanvar 2025-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərinin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsinde qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxsləra pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İ1İQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "X2 haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 Ne-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, həmin maddənin "b" bəndinə uyğun olaraq. 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 N№-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə X4 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filiala təqdim edilən sizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (16 il 7 ay 4 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1988-ci il va xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq MT-10893881 nömrəli əmək kitabçasında və "Sumqayıt Superfosfat ASC-nin xx.xx.2019-cu il tarixli KŞ-2109 nömrəli arayışında xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində X5 elektrik montyoru, növbə ustası və növbə rəisi vəzifələrində işlədiyiniz qeyd olunub. Bununla əlaqədar olaraq, iş stajınıza aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, 2001-2005-ci illər ərzində 4 il 3 ay öz hesabınıza məzuniyyətdə olduğunuz, sözügedən əmək kitabçasında işdən çıxma tarixinin xx.xx.2006-cı il qeyd olunsa da müəssisədə mövcud olan sənədlərdə xx.xx.2012-ci il tarixindən işdən azad olduğunuz müəyyən edilib. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli birgə Akt ilə təsdiq edilib. Buna görə də öz hesabına məzuniyyətdə olduğunuz, işləmədiyiniz müddəti iş stajınıza daxil etmək mümkün deyil.Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Qanunvericilik aşağı məzmundadır: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri -63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. . Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş "X2 haqqında" Qanun: 13-cü maddəsinin "a" bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla "pensiya hüququnun yarandığı" əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu. faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Məsələn, son dövrlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər, inzibati orqanını hərəkətləri qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq 01,08.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzətli şərtlərlə pensiya hüququnun yaranması üçün onun 1 yanvar 2006-cı il tarixədək 20 il (bu müddətin ən azı 10 ilini 1 nömrəli siyahıda göstərilən işlərdə işləməklə) iş stajına malik olması zəruridir. Lakin iddiaçının istər ümumi iş stajı, istərsə də güzəştli iş stajı yetəri qədər deyildir. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli KŞ-2109 nömrəli arayışında xx.xx.1988- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun X5 elektrik montyoru, növbə ustası və növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, 2001 -2005-ci illər ərzində 4 il 3 ay öz hesabına məzuniyyətdə olduğu, sözügedən əmək kitabçasında işdən çıxma tarixinin xx.xx.2006-cı il qeyd olunsa da, müəssisədə mövcud olan sənədlərdə iddiaçının xx.xx.2012-ci il tarixdən işdən azad olduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Ona görə də iddiaçının öz hesabına məzuniyyətdə olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyildir. Beləliklə iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (16 il 7 ay 4 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986- 7.06.1988-ci il və xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur. Belə ki, iddiaçının güzəştli iş stajının olması da mötəbər dəlillərlə sübut olunmur. Belə ki, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli KŞ-2109 nömrəli arayışında iddiaçının işlədiyi vəzifə və sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıdaki hansı vəzifə və koda uyğun olduğu göstərilməmiş, o cümlədən işin xarakteri təsvir edilməmişdir. Halbuki, ‘'Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilmiş arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işiərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərinin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, həmin maddənin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Diplomun surəti, sığortaolunanın ümumi iş stajı barədə məlumat, hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. Sumqayıt Superfosfat ASC-nin xx.xx.2019-cu il tarixli 2109 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Kimya sənayesi Az.Resp.Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №li siyahının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq X5 el.montyoru, növbə ustası, növbə rəisi vəzifəsində işləmişdir. Sumqayıt Superfosfat ASC-nin xx.xx.2025-ci il tarixli 25 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı qismində olan müəssisənin keçmiş işçisi İddiaçı Bəhman oğlu həqiqətən 17 sentyabr 1985-ci il tarixdən 26 sentyabr 1985-ci ilə kimi Sumqayıt Superfofat zavodunun 1 nömrəli X5 iləmişdir. Hərbi xidmət dövrünü başa vurduqdan sonra, 23 avqust 1988-ci il tarixdən 28 sentyabr 2012-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 1,2 saylı zərərli olan X5 (DSS), X6 (SSS), Superfosfat Kübrəsi istehsal edilməsində bilavasitə böyük əhəmiyyət kəsb edən Elektrik Avadanlıqlarının təmiri və xidməti üzrə müxtəlif dövrlərdə 3-cü,4-cü,5-ci,6- cı və 8-ci dərəcəli təmirçi-çilingər (elektrik montyoru), növbə usta, növbə rəisi vəzifələrində və eləcə də məhsuların, yarımfabrikatların hazırlanmasında məhz zərərli iş şəraitində işləmişdir. Zavod o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, Kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat (üyüdülmüş toz şəklində) kübrələri, Sulfat Turşusu, Oleum, Ftor-Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyəvi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod : 1080A010-17541.1080A010) və 2№-li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar. Müəssisənin keçmiş işçisi olan İddiaçı Bəhman oğlunun işə qəbul və işdən çıxma əmrləri, həmin dövrlərdə növbəti məzuniyyətdə olma əmrləri, şəxsi vərəqə (T-2 Növbəti məzuniyyəti və öz hesabına ödənilməyən məzuniyyəti əks etdirən sənəd), haqqında çətinliklə də olsa əldə etdikləri sənədlərin surətlərini məktuba əlavə etmişdir. Zavodun müxtəlif sexlərində, o cümlədən də Superfosfsat Sexlərində bütün texnoloji avadanlıqların köhnəlməsi və tamamilə sıradan çıxması səbəbindən və eləcə də xammalın gətirilməsində maliyyə çətinliklərin olması səbəbindən 2008-ci ildən etibarən, müxtəlif sexlər üzrə işçiləri öz hesabına ödənilməyən məzuniyyətə göndərilirdi. O cümlədən zavodun keçmiş işçisi İddiaçı Bəhman oğlu, Şəxsi vərəqəsinə (T-2) əsasən, 2001-2005-ci illər ərzində tam işləməsini əks etdirir. Eyni zamanda İddiaçı Bəhman oğlu da aşağıdakı illərdə öz hesabına ödənilməyən məzuniyyətə göndərilmişdir. Qeyd № 01.Ödənilməyən məzuniyyət haqqında: 1.2008-ci il üzrə: 7 ay o cümlədən: Əmr № 40k -xx.xx.2008-ci il(01.04-xx.xx.2008- ci il)-lay, Əmr № 74k-xx.xx.2008-ci il (01.07-xx.xx.2008-ci il)-l ay , Əmr № 94k -xx.xx.2008-ci il (01.08-xx.xx.2008-ci il)-l ay. Əmr № 115k-xx.xx.2008-ci il (01.09-xx.xx.2008-ci il )-4 ay, 2.2009-cu il üzrə:12ay Əmr № 01k -xx.xx.2009-cu il, 3.2010-cu il üzrə :12 ay Əmr № 01kxx.xx.2010-cu il, 4.2011-ci il üzrə:12 ay Əmr № 01k-xx.xx.2011-ci il, 5.2012-ci il üzrə:9 ay Əmr № 01k-xx.xx.2012-ci il tarixlərdə öz hesbina ödənilməyən məzuniyyətə göndərilmişdir. Qeyd № 02.Növbəti məzuniyyət haqqında: l.Əmr № 44k-xx.xx.2006-ci il (1998-1999-cu illərin növbəti məzuniyyəti), 2.Əmr № 76k-xx.xx.2006-ci il (1999-2001-ci illərin növbəti məzuniyyəti) 3.Əmr № 52k-xx.xx.2008-ci il (2001-2002-ci illərin növbəti məzuniyyəti-2018-ci ilin oktyabr ayından etibarən və eləcə də 2019-cu ilin sonuna kimi zavodun köhnə və istismar müddətini bitirmiş sexlərində demontaj işləri aparıldığından və eyni zamanda zavodun inzibati binalarında, eləcə də xüsusən Arxiv yerləşən binada əsaslı təmir işləri aparıldığından, orada çalışan işçilərin səhlənkarlığı nəticəsində bütün mühasibat sənədlərinin, Kadrlar üzrə sənədlərin və eləcə də digər sənədlərin yerləşdiyi Arxiv otağın dağıdılması səbəbindən, bu günkü gündə bəzən lazım olan və tələb olunan sənədlərin vaxtlı-vaxtında tapılması üçün müəyyən çətinliklər yaranmışdır. Bununla bağlı 25 avqust 2019-cu il tarixli Akt tərtib edilmişdir. Bu isə bəzən keçmiş işçilərə lazım olan sənədlərin vaxtlı-vaxtında hazırlanıb verilməməsində haqlı olaraq, narazılıqlara səbəb olur. Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda "xxxx" ASC-nin Dənəvər superfosfat sexinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumatların verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 52 yaşdan güzətli şərtlərlə pensiya hüququnun yaranması üçün onun 1 yanvar 2006-cı il tarixədək 20 il (bu müddətin ən azı 10 ilini 1 nömrəli siyahıda göstərilən işlərdə işləməklə) iş stajına malik olması zəruridir. Lakin iddiaçının istər ümumi iş stajı, istərsə də güzəştli iş stajı yetəri qədər deyildir. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli KŞ-2109 nömrəli arayışında xx.xx.1988- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində onun X5 elektrik montyoru, növbə ustası və növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, 2001-2005-ci illər ərzində 4 il 3 ay öz hesabına məzuniyyətdə olduğu, sözügedən əmək kitabçasında işdən çıxma tarixinin xx.xx.2006-cı il qeyd olunsa da, müəssisədə mövcud olan sənədlərdə iddiaçının xx.xx.2012-ci il tarixdən işdən azad olduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Ona görə də iddiaçının öz hesabına məzuniyyətdə olduğu, işləmədiyi müddəti iş stajına daxil etmək mümkün deyildir. Beləliklə iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (16 il 7 ay 4 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986- 7.06.1988-ci il və xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur. Belə ki, iddiaçının güzəştli iş stajının olması da mötəbər dəlillərlə sübut olunmur. Belə ki, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli KŞ-2109 nömrəli arayışında iddiaçının işlədiyi vəzifə və sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıdaki hansı vəzifə və koda uyğun olduğu göstərilməmiş, o cümlədən işin xarakteri təsvir edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını iddiaçının ümumi və güzəştli iş stajının tamamlanmaması təşkil edir. Cavabdeh iddiaçının ümumi iş stajının tamamlanmaması əsası kimi "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli tərtib edilmiş birgə aktı təqdim etsə də, təsdiqedici sənəd və sübutlar təqdim etməmiş, qeyd edilən aktda əks etdirilən məlumatlar məhkəmə tərəfindən əldə edilmiş sübutlarla təsdiqini tapmamış, beləliklə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986- 7.06.1988-ci il və xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğunu iddia etsə də, məhkəmə sorğusu ilə Sumqayıt Superfosfat ASC-nin xx.xx.2025-ci il tarixli 25 saylı məktubu ilə təqdim edilmiş əmrlərdən çıxarışlarda iddiaçının 2008-ci ildən sonrakı dövrlərdə ödənişsiz məzuniyyətə göndərilməsi müəyyən edilmişdir. İstər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Belə ki, “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə iddiaçıya münasibətdə “X2 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Sumqayıt Superfosfat ASC-nin xx.xx.2025-ci il tarixli 25 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı qismində olan müəssisənin keçmiş işçisi İddiaçı Bəhman oğlu həqiqətən 17 sentyabr 1985-ci il tarixdən 26 sentyabr 1985-ci ilə kimi Sumqayıt Superfofat zavodunun 1 nömrəli X5 iləmişdir. Hərbi xidmət dövrünü başa vurduqdan sonra, 23 avqust 1988-ci il tarixdən 28 sentyabr 2012-ci il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 1,2 saylı zərərli olan X5 (DSS), X6 (SSS), Superfosfat Kübrəsi istehsal edilməsində bilavasitə böyük əhəmiyyət kəsb edən Elektrik Avadanlıqlarının təmiri və xidməti üzrə müxtəlif dövrlərdə 3-cü,4-cü, 5-ci,6- cı və 8-ci dərəcəli təmirçi-çilingər (elektrik montyoru), növbə usta, növbə rəisi vəzifələrində və eləcə də məhsuların, yarımfabrikatların hazırlanmasında məhz zərərli iş şəraitində işləmişdir. Zavod o dövrlərdə yalnız kimyəvi məhsullar istehsal edərək, Keçmiş SSRİ-nin bütün Respublikalarına yəni, Kənd Təsərrüfatlarında və digər sahələrində istifadə etmək üçün Dənəvər Superfosfat, Sadə Superfosfat (üyüdülmüş toz şəklində) kübrələri, Sulfat Turşusu, Oleum, Ftor-Alminium kimi zəhərli, eləcə də insan orqanizminə bilavasitə tam zərərli olan kimyəvi məhsullar istehsal edirdi. Elə bu səbəbdən də həmin sexlərdə çalışan işçilər müəyyən müddətdən sonra, yaş həddinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 № -li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olurlar (Kod : 1080A010-17541.1080A010) və 2№-li siyahıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququna malik olanlar (Kod : 2110A00) pensiyaya çıxırlar. Göründüyü kimi mübahisəli dövrlər nəzərə alındığı zaman iddiaçının 20 il ümumi, 10 il güzəştli iş stajı yaranmış olur. (Ümumi iş stajı xx.xx.1984-xx.xx.1985-ci il (təhsil dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1988-ci il (hərbi xidmət dövrü), xx.xx.1988-xx.xx.2005-ci il tarixləri, cəmi: 20 il 4 ay 9 gün; Güzəştli iş stajı xx.xx.1988xx.xx.2005-ci il tarixləri, 17 il 4 ay 9 gün ) Beləliklə, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciəti olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının ödənilməmiş əmək pensiyası Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2019-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar