Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-517/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.N93-cü il tarixdən xx.xx.N96-cı il tarixədək əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, sonra isə N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməyini nəzərə alıb ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini AR Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Arxivin xx.xx.20N-cu il tarixli 9/2-13540 nömrəli arayışına əsasən iddiaçının hərbi xidməti və döyüşlərdə iştirakı təsdiqlənmədiyindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı narazı qalaraq hazırki iddia ilə məhkəyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N65-ci ildə Füzuli rayonunun Veysəlli kəndində anadan olmuşdur. N80-ci ildən Sumqayıt şəhərində qeydiyyatda olmaqla yaşayır. Məlum hadisələrlə bağlı Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda erməni işğalçıları, qarşı gedən döyüş əməliyyatlarında Milli Ordu sıralarına səfərbər edilməsi ilə əlaqədar xx.xx.N93-cü il tarixdən xx.xx.N96-cı il tarixədək əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, sonra isə N saylı hərbi hissənin tərkibində iştirak etmiş, hərbi xidmət keçmişdir. Bununla əlaqədar N saylı hərbi hissənin komandiri tərəfindən iddiaçının hərbi biletində müvafiq qeydlər edilmiş və möhürlə təsdiqlənmişdir. Nazirlər Kabinetinin xx.xx.N92-cı ıl tarixli 131 saylı qərarına əsasən bütün imtiyazlardan istifadə etmək hüququna malik olsa da bu hüquqdan indiyədək istifadə edə bilməmişdir. Hazırda iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh tərəf onu müharibə veteranı kimi tanımaq istəmir və bunu əsas tutur ki, guya hərbi hissənin arxivində N saylı hərbi hissə komandirinin may N93-cü il, iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının qeyd etdiyi hərbi hissələrdə hərbi xidmət keçməyi və döyüşlərdə iştirakı təsdiqlənmədiyindən ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab olunmamışdır. Halbuki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, 524 saylı məktubu ilə təsdiq olunur ki, iddiaçının qeydiyyat kartasında xx.xx.N93-cü il tarixdə Mili Ordu sıralarına səfərbər edilməyi barədə qeydlər edilmişdir. Hərbi biletində isə xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayb hərbi hissədə hərbi xidmət keçməyi qeyd olunmuşdur. Bundan başqa, iddiaçının həmin hərbi hissələrdə xidmət keçməyini təsdiq edən şahidləri də vardır, məhkəməyə təqdim edə bilər. Məhkəməyə müraciət etməkdən başqa çıxış yolu görmədiyindən və cavabdehin də tövsiyəsinə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Veteran statusunun təsdiq edilməsi ona Dövlət tərəfindən təyin edilmiş imtiyazlardan istifadə etmək üçün lazımdır. İddiaçı hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, 524 saylı məktubunda onun qeydiyyat kartasında xx.xx.N93-cü il tarixdə Milli Ordu sıralarına səfərbər edilməyi barədə qeydin və NZ ******* nömrəli Hərbi biletindəki Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmət keçməym barədə qeydin olması onun iddiasının təmin olunması üçün əsasdır. Ona görə onun erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında Milli Ordu sıralarına səfərbər edilməyi ilə əlaqədar xx.xx.N93-cü il tarixdən xx.xx.N96-cı il tarixədək əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində, sonra isə N saylı hərbi hissənin tərkibində iştirak etməyini nəzərə alıb ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsi cavabdehin üzərinə həvalə olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının ərizəsinə İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-13540 nömrəli cavabında göstərilir ki, N nömrəli hərbi hissə komandirinin may N93, iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının hərbi biletindəki qeydlər onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiqini tapmır. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması və şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmri yoxdur. Müdafiə Nazirliyinin müvafiq komissiyası hərbi xidməti və döyüşlərdə iştirakı təsdiqlənmədiyindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, 524 saylı arayışına qeyd olunur ki, N65-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartasında onun xx.xx.N93-cü il tarixdə Milli Ordu sıralarına səfərbər edilməsi barədə qeydlər edildiyi, Onun xidmət etdiyi hərbi hissənin nömrəsi və tərxis olunması barədə SHXÇDX-nin Sumqayıt şəhər İdarəsində heç bir məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20Ncu il tarixli, 1/S-14898 saylı məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.20N-cu il tarixli 9/2-13540 nömrəli arayışına əsasən iddiaçının hərbi xidməti və döyüşlərdə iştirakı təsdiqlənmədiyindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-13540 saylı arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin may N93-cü il, iyul N96-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N və N nömrəli hərbi hissə komandirlərinin aprel N93-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığına görə xidməti barədə əlavə araşdırma aparılması mümkün olmamışdır. Göründüyü kimi iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması öz təsdiqini tapmamışdır və ona görədə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-517/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-517/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver