Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5197/2023 12.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildə qəbul edilmiş imtina qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci ildə qəbul edilmiş imtina qərarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci ildən “Stenokardiyanın digər formaları, ÜİX. g/s. FS İİİ. İnfarktan sonrakı kardioskleroz, QDÇ-İ1 dər. Hipertoniya İİİ mər. ü.b.f. ANS” dinaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra eyni xəstəliklə əlaqədar olaraq əlilliyin müddəti xx.xx.2015-ci ildə bir il, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlilliyin növbəti müayinə edilməsi tarixində, yəni xx.xx.2021-ci ildə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmiş və məsləhət bilinmişdir kİ, ixtisaslaşmış müalicə davam etdirilməlidir. Halbuki, əlilliyin təyinindən imtina edildiyi ərəfədə və ondan sonra onun səhhəti daha da ağırlaşmış və açıq ürək əməliyyatı keçirmişdir. Qeyd edilənlərə baxmayaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə əlillik təyinindən imtina edilmiş və yalnız onun şikayətlərindən sonra imtina ləğv edilmiş və xx.xx.2023-cü ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən ona xx.xx.2021-ci ildən əlillik təyin olunmamışdır. Nəticədə bu hal onun maddi vəziyyətimin ağırlaşmasına səbəb olmuşdur. Beləliklə, ilk dəfə ona xx.xx.2021-ci ildə əlillik dərəcəsi verilməsindən (xx.xx.2021 -ci il tarixli bildirişlə) imtina edilmişdir. O, imtina ilə razılaşmır və 2022-ci ildə canlı olaraq əlillik təyini məqsədilə keçirilən komissiyada iştirak etmişdir. İmtinadan sonra təkrarən elektron qaydada əlillik təyini ilə əlaqədar cavabdehə göndəriş verilmişdir. Həmin vaxt əlavə olaraq canlı komissiyadan keçmişdir. Komissiyanın müayinəsindən sonra ona 3 dərəcəli əlillik təyin edilmişdir. Ona elə həmin günü, yəni xx.xx.2023-cü ildə əlillik təyinindən “əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müalicəyə ehtiyacın olması" diaqnozu ilə imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İş materiallarında olan İddiaçı aid sənədlərdən görünür ki,o, müxtəlif dövrlərdə ayrıayrı tibb müəssislərində müayinədən keçmişdir. - Sumqayıt şəhər 4 nömrəli Xəstəxanası tərəfindən verilmiş 0530003AAHRL nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - - TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir İşin müəyyən edilmiş faktiki hallarına görə, 2010-cu ildə cavabdeh tərəfindən İddiaçı ikinci dərəcəli əlillik təyin edilmişdir. əlilliyin müddəti hər il bir il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmış, növbəti müayinə tarixi xx.xx.2021-ci il təyin edilmişdir. Təyin edilmiş beşillik müddət başa çatdıqdan sonra - Sumqayıt Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir. İddiaçı həmin imtina cavabından xəbərdar olmadığını və uzun müddət cavabdeh orqandan cavanb gözlədiyini bildirir. 2023-cü ilin iyul aylnda təkrarən göndriş əasında əyani müayinədən keçdikdə ona yenidən imtina cavabı verilmişdir. İddiaçının şikayətlərinə əsasən sonuncu imtina cavabı ləğv edilmiş və ona 1 il müddətinə əlillik təyin edilmişdir. Hazırda iddiaçı ona əlilliyin 2021-ci ilin iyul ayından təyin olunmasını tələb edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xx.xx.2021-ci il tarixli imtina cavabını mübahisələndirir. Məhkəmə həmin cavabın cavabdeh tərəfindən iddiaçıya hər hansı qaydada çatdırıldığını təsdiq edən sübutun olmadığını nəzərə alaraq iddia müddətini ötürülməmiş hesab edir. Lakin iddianın mahiyyətinə gəldikdə məhkəmə iddia tələbini əsasız hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Məhəkmə hesab edir ki, iddiaçının əlilliyinin 2021-ci ildən təyin edilməsi üçün sas olmadığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-5197/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5197/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver