Məhkəmə qərarları › İş №2-1(118)-520/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-520/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-520/2020 27.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı "Səlimli" soyadının sonluğunun dəyişdirilərək "Səlimov" kimi qeyd edilməsi barədə” iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, yetkinlik yaşına çatana kimi, yəni xx xxxxx 2002-ci ildə valideynləri tərəfindən soyadı “Səlimov” soyadından “Səlimli”yə dəyişdirilmişdir. Doğum akt qeydlərində soyadı “Səlimov” kimi qeydə alınmışdır. Hazırda o yetkinlik yaşına çatan şəxs kimi soyad sonluğunun dəyişdirilməsini, “Səlimov” kimi qeydə alınmasını istəyir. Bununla bağlı Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etsə də, əsassız olaraq onun soyad sonluğunun dəyişdirilməsindən imtina etmişlər. Cavabdeh mövqeyini onunla əsaslandırır ki, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Bildirir ki, onun niyyəti soyadın növbəti dəfə dəyişdirilməsi deyil. Belə ki, ilkin soyad sonluğuna dəyişikliyi özü yox, valideynləri tərəfindən edilmişdir. Həmçinin o soyad sonluğunun dəyişdirilməsini deyil, əvvəlki soyad sonluğuna qaytarılmasını istəyir. Hazırda o Ukrayna Respublikasında yaşayır və soyadı ilə bağlı müxtəlif çətinliklər yaşayır. Cavabdeh inzibati orqanlara etdiyi müraciətlər cavabsız qaldığından hazırda o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi X2 eyni mazmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsi etirazında bildirmişdir ki, iddiaçının "Səlimli" soyadının sonluğunun dəyişdirilərək "Səlimov" kimi qeyd edilməsi barədə iddiası ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına əsasən “ov” və “yev” sonluqlu soyadlar sözün kökündən asılı olaraq “lı”, “li”, “lu”, “lü”, “zadə”, “soy", “gil”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər. Vətəndaşın arzusu və qanunvericiliyə əsasən vətəndaşın soyadı milliləşdirilməsi məqsədi ilə “Səlimli“ sonluğu şəkilində qeydə alıınmışdır. Soyad sonluğunun “Səlimov"-a düzəliş edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olmaması səbəbindən İddiaçı ərizəsini təmin edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin surəti, Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayış, imtina məktubu və etirazı daxildir.Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mahiyyəti etibarı ilə soyadın dəyişilməsi yox, soyadının sonluğunun dəyişilməsi ilə bağlı tələbdir. Məhkəmə hesab edir ki, iddiaçının soyadının sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, onun soyadı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir kiiddia təmin edilməli, İddiaçı soyadının sonluğunun dəyişdirilərək, Səlimov kimi qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. İddiaçı soyadının sonluğunun dəyişdirilərək, Səlimov kimi qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar