Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-520/2022 26.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə İddiaçı (işləməyən, Xaçmaz rayonu Çarxı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərabycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “Mercedes V-200CDİ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edilən qüsurla qeydə alıması və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərabycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus “Mercedes V-200CDİ” markalı 99 BD-511 dövlət qeydiyyat nişanlı avtomobilin qeyd edilən qüsurlarla qeydiyyata alınması, avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərkətlərinin aparılması vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes V-200CDİ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar edilən qüsurla qeydə alıması və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus “Mercedes V-200CDİ” markalı 2196EE tranzit nömrə nişanlı, vaqon 5+1 yer tipli, tünd yaşıl metallik rəngli, 2001-ci il buraxılışlı, VSA**********0796 ban nömrəl, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkrar qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baş X2 İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar qeyd olunan avtomobili Baş X2 İdarəsində texniki baxışdan keçirilməsi üçün təqdim etdiyi zaman avtomobilin ban nömrəsinin son rəqəminin korroziyaya uğrayıb oxunmaz hala düşməsi aşkar edilmişdir. Həmin faktla əlaqədar Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış, “Mercedes V-200CDİ” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinin qismən korroziyaya uğraması və metal çatışmamazlığı müşahidə edilməsinə baxmayaraq həmin hissədə həkk edilmiş VSA**********0 hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olması müəyyən edilmişdir. Lakin avtomobilin ban nömrəsi olan sahədə metal çatışmamazlığı (korroziyaya uğraması) nəticəsində ban nömrəsinin 16-17-ci mövqelərində duran rəqəm göstəriciləri aşkar edilməmişdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutan hissədə mühərrik nömrəsi aşkar edilməmişdir. Araşdırma nəticəsində 06.09.2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla bağlı onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması nəticəsində 17 simvol üzrə göstəricilər və həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə görtərici norması pozulduğundan qüsurlu olması DİN Baş X2 İdarəsinin Qeydiyyat- imtahan idarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilməklə avtomobilin qeyd edilən qüsurla qeydiyyata alınması və həmin avtomobil üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılması üçün məkəmə orqanlara müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlilərinə uyğun uzahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - -AB № 680511 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BD-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz V-200CDİ markalı avtomobilnin sahibi İddiaçıdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 04.11.2021-ci il tarixli 129971-1221 saylı məktubdan görünür ki, "Mercedes Benz V-200CDİ" markalı 2196EE tranzit nömrə nişanlı, vaqon 5+1 yər tipli, tünd yaşıl metallik rəngli, 2001-ci il buraxılışlı, VSA**********0796 ban nömrəli, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş X2 İdarəsində texniki baxışdan keçirilməsi üçün təqdim olunduğu zaman avtomobilin ban nömrəsinin son rəqəminin korroziyaya uğrayıb oxunmaz hala düşməsi aşkar edilmişdir. Fakt ilə əlaqədar Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış, "Mercedes Benz V-200CDİ" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissənin qismən korroziyaya uğraması və metal çatışmamazlığı müşahidə edilməsinə baxmayaraq həmin hissədə həkk edilmiş “VSA**********07” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsi olan sahədə metal çatışmamazlığı (korroziyaya uğraması) nəticəsində ban nömrəsinin 16-17-ci mövqelərində duran rəqəm göstəriciləri aşkar edilməmişdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə mühərrik nömrəsi aşkar edilməmişdir. Araşdırma nəticəsində 06 sentyabr 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqlarla bağlı əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasınm rədd edilməsi qərara alınmışdır. Həmin nəqliyyat vasitəsinin ban nömrəsinin korroziyaya uğraması nəticəsində 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulduğundan qüsurlu olması, xahişinizin yerinə yetirilməsi, DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilmişdir. -Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi yolnəqliyyat hadisələrinə dairişlər üzrə İstintaq və Təhqiqat şöbəsinin 06 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığılndan onun barəsində mfakt üzrə cinayət işi başlanması rədd edilmişdir, qeyd olunan avtomobilun qeyd edilən qüsurlarla qeydiyyata alınması ilə bağlı İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda onunla əsaslandırılmışdır ki, DİN Kriminal Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 21/11151a nömrəli tədqiqat haqqında arayışa görə "Mercedes Benz V-200CDİ" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin sonuncu rəqəmlərin aşkar edilməməsi avtomobilin korrozuyaya uğraması (metal çatışmamazlığı) nəticəsində baş vermişdir. Qalan hərf və rəqəmlər çap üsulu ilə vurulmnuş standart hərf və rəqəmlərə xarakterikdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən avtomobilin ban nömrəsi korroziyaya uğraması nəticəsində tam oxunmamış və bu səbəbdən cavabdeh tərəfindən avtomobilin təkrar qeydə alınmasından imtina edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılaraq iddiaçının barəsində fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus 99 BD-511 qeydiyyat nişanlı Mercedes Benz V-200CDİ markalı avtomobilin ban və mühərrik nömrəsində aşkar edilən qüsurla qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərabycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-520/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-520/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver