Məhkəmə qərarları › İş №2-1(118)-520/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-520/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-520/2025 09.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “cavabdehin dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsindən imtinasının qanunsuz hesab edilməsi və "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən sənəd üzrə və faktiki torpaq sahəsi üzrə müəyyən edilən 0.146990 ha torpaq sahəsinə dair yüklülüyün növü icarə hüquq münasibəti əsasında müəyyən edilən dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsi, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən tikinti altı sahə olan 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən sənəd üzrə və faktiki torpaq sahəsi 0.146990 ha müəyyən edilmişdir.Sumqayıt Şəhər Bələdiyyə Şurasının 07 noyabr 2003-cü il tarixli 96 saylı qərarına əsasən Sumqayıt şəhər Bələdiyyəsi torpaq komissiyasının 06 noyabr 2003-cü il tarixli 87 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 1997-ci il tarixli 419 saylı sərəncamı ilə Avtovağzal rayonunda avtomobillərə və məişətdə cihazlara maye qaz doldurma məntəqəsi tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsindən əlavə firmanın avtomobillərə texniki qulluq, iaşə və abadlıq məqsədilə faktiki istifadə etdiyi 1469.9 kv.m torpaq sahəsinin "xxxx" Firmasının adma rəsmiləşdirilməsi qərara alınmış, müvafiq qaydada icarə müqavilə münasibətinə daxil olunması müəyyən edilmişdir. 21 yanvar 2019-cu il tarixli 08 saylı torpaq icarəsi müqaviləsinə əsasən "xxxx" Firması ilə Sumqayıt Bələdiyyəsi arasında 48 il müddətinə müqavilə bağlanmış, hazırkı tarixədək icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqları vaxtında və lazımınca ödənilməkdədir. Göstərilənlərdən müəyyən olunur ki, "xxxx" Firması ilə Sumqayıt Bələdiyyəsi arasında 48 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanılmış və bu barədə Sumqayıt Şəhər Bələdiyyə Şurasının 07 noyabr 2003-cü il tarixli 96 saylı qərarı da mövcuddur. Qeyd olunanları nəzərə alaraq, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən sənəd üzrə və faktiki torpaq sahəsi üzrə müəyyən edilən 0.146990 ha torpaq sahəsinə dair yüklülüyün növü icarə hüquq münasibəti əsasında müəyyən edilən dövlət reyestrindən çıxarış və yeni texniki pasportun təqdim edilməsi barədə cavabdeh təşkilata müraciət ünvanlanmışdır.Bundan əlavə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 1997-ci il tarixli 419 saylı sərəncamına əsasən "xxxx" Firmasına avtomobillərə və məişətdə cihazlara maye qaz doldurma məntəqəsi tikintisi üçün kommunal zonadakı ərazidə (köhnə Avtovağzal rayonunda) 300 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.Göstərilənlərdən müəyyən olunur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 1997-ci il tarixli 419 saylı sərəncamı ilə Avtovağzal rayonunda avtomobillərə və məişətdə cihazlara maye qaz doldurma məntəqəsinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırkı ərizəyə əlavə olunmuş texniki pasportdan görünür ki, "xxxx" Firmasının tikinti altı sahəsi ümumilikdə 0,0393 ha təşkil edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, "xxxx" Firmasının tikinti altı sahəsinə düşən 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarışın təqdim edilməsi zəruridir.Qeyd olunanları nəzərə alaraq, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən tikinti altı sahə olan 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarış və yeni texniki pasportun təqdim edilməsi cavabdeh təşkilatdan xahiş edilmişdir.Cavabdeh təşkilat olan 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilən 12 sentyabr 2023-cü il tarixli məktubunda texniki pasport və çıxarışın təqdim edilməsindən imtina edilərək, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı 0,1937 ha zəbt olunmuş torpaq sahəsinin olmasının müəyyən edildiyi qeyd edilmişdir. Əlavə olaraq, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin dövlət mülkiyyət növünə aid edildiyindən mülkiyyətçi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin bağlanmasının zəruriliyi bildirilmişdir. Cavabdeh təşkilat olan 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilən 25 sentyabr 2023-cü il tarixli məktubunda texniki pasport və çıxarışın təqdim edilməsindən imtina edilərək, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı 0,3407 ha zəbt olunmuş torpaq sahəsinin olmasının müəyyən edildiyi qeyd edilmişdir. Əlavə olaraq, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin dövlət mülkiyyət növünə aid edildiyindən mülkiyyətçi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin bağlanmasının zəruriliyi bildirilmişdir.Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh təşkilat iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçülməsi zaman iki fərqli torpaq sahəsi (0.1937 və 0,3407 ha) müəyyən etmişdir. Bundan əlavə, iddiaçının istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətinə aid edilməsi və sonuncu ilə müqavilə bağlanılmasının zəruriliyinin bildirilməsi qanunsuzdur.Belə ki, Avtovağzal rayonunda avtomobillərə və məişətdə cihazlara maye qaz doldurma məntəqəsinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 31 iyul 1997-ci il tarixli 419 saylı sərəncamını, sənəd üzrə və faktiki torpaq sahəsi 0.146990 ha müəyyən edilməsi barədə "xxxx" Firmasına aid texniki pasportun olmasını, "xxxx" Firması ilə Sumqayıt Bələdiyyəsi arasında 48 il müddətinə bağlanmış 21 yanvar 2019-cu il tarixli 08 saylı torpaq icarəsi müqaviləsini nəzərə almayan cavabdeh təşkilat yuxarıda qeyd olunan sənədlər qanuni olduğu halda müraciətin müsbət formada həllindən imtina etmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndələri və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, ünvan 2 ünvanında erləşən qeyri-yaşayış binasının yerləşdiyi 0.146990 ha və 0.0393 ha torpaq sahələri -zərində hüquqların dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsününün verilməsi barədə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir.Bununla əlaqədar olaraq bildirilmişdir ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyəti növünə aiddir və erpaq sahəsinə dair mülkiyyətçi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq -üqavilə bağlanmalıdır.Əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın exniki inventarlaşdırılması zamanı faktiki torpaq sahəsinin 0.3407 ha olduğu müəyyən olunmuşdur.Göründüyü kimi müvafiq torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması zəruridir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir.Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, oaşqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2- 3275/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışı, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasportun surəti, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 07 noyabr 2003-cü il tarixli 96 saylı qərarınının surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 1997ci il tarixli 419 saylı sərəncamının surəti, 21 yanvar 2019-cu il tarixli 08 saylı torpaq icarəsi müqaviləsinin surəti, cavabdehin mübahisəli daşınmaz əmlaka aid tərtib etdiyi xx.xx.2025ci il tarixli müayinə aktının surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-ə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-3275/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Sumqayıt şəhərində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. İşin araşdırılan hallarından görünür ki, iddiaçı "xxxx" Firmasına Sumqayıt Şəhər Bələdiyyə Şurasının 07 noyabr 2003-cü il tarixli 96 saylı qərarına əsasən Sumqayıt şəhər Bələdiyyəsi torpaq komissiyasının 06 noyabr 2003-cü il tarixli 87 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 1997-ci il tarixli 419 saylı sərəncamı ilə Avtovağzal rayonunda avtomobillərə və məişətdə cihazlara maye qaz doldurma məntəqəsi tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsindən əlavə firmanın avtomobillərə texniki qulluq, iaşə və abadlıq məqsədilə faktiki istifadə etdiyi 1469.9 kv.m torpaq sahəsinin "xxxx" Firmasının adına rəsmiləşdirilməsi qərara alınmış, müvafiq qaydada icarə müqavilə münasibətinə daxil olunması müəyyən edilmişdir. 21 yanvar 2019cu il tarixli 08 saylı torpaq icarəsi müqaviləsinə əsasən "xxxx" Firması ilə Sumqayıt Bələdiyyəsi arasında müqavilə bağlanmışdır. "xxxx" Firmasının tikinti altı sahəsinə düşən 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarışın təqdim edilməsi zəruridir. "xxxx" Firması ona aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən tikinti altı sahə olan 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarış və yeni texniki pasportun təqdim edilməsi və 0.146990 ha torpaq sahəsinə icarə hüququnun qeydə alınmasını cavabdeh təşkilatdan xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Torpaq sahəsinin təyinatı ilə əlaqədar bildirilir ki, cavabdeh təşkilat mübahisəli daşınmaz əmlakın qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisinə dair hüquqmüəyyənedici sənədlər təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə vətəndaş arasında bağlanılmış icarə müqaviləsi əsasında mülkiyyətə verilmişdir. Həmçinin, mübahisəli halın aradan qaldırılması məqsədilə mütəxəssis rəyinin alınması 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, “iddiaçı tərəfindən mübahisəli ərazidə 0.19481 ha artıq torpaq sahəsi istifadə olunur. Sənəd üzrə ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq var. Koordinatlar və ölçülərdə fərqlər var. Sənəd üzrə ilə faktiki tikililər arasında uyğunsuzluq var. Texpasporta əsasən qismən uyğunluq var. Torpaq sahəsinin kateqoriyasının müəyyən etmək mümkün olmadı”. Göründüyü kimi məhkəmə araşdırması zamanı daşınmaz əmlakların faktiki yerləşməsi ilə hüquqmüəyyənedici sənədlər arasında uyğunsuzluğun olduğu öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “cavabdehin dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsindən imtinasının qanunsuz hesab edilməsi, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən sənəd üzrə və faktiki torpaq sahəsi üzrə müəyyən edilən 0.146990 ha torpaq sahəsinə dair yüklülüyün növü icarə hüquq münasibəti əsasında müəyyən edilən dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsi, "xxxx" Firmasına aid xx.xx.2007-ci il tarixli texniki pasporta əsasən tikinti altı sahə olan 0,0393 ha (təxmini sahə 300 kv.m) torpaq sahəsinə dövlət reyestrindən çıxarış və yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar