Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-521/2020 20.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndə və vəkili X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan RespublikasınınDaxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin arxivinə onun şəxsi işi ilə bağlı, əldə olan materiallar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən Qarabağ döyüşlərində iştirakı və xx.xx.1994-cü il tarixdə, Ağdam rayonun Aşağı Qərvənd kəndlərdə gedən döyüşlər zamanı yaralanaraq, sağ əlin qəlpə yarası və ağır dərəcəli QKB travması alaraq Ağdam RMX-da statsionar müalicə almağı ilə əlaqədar DİN-nin X5 tərəfindən hüquqi haqqı olan «Hərbi travmadır, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı almışdır» səbəb və əlaqələndirmə qeydin daxil edilməsi barədə qərarının verilməsini cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan RespublikasınınDaxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin arxivinə onun şəxsi işi ilə bağlı, əldə olan materiallar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən Qarabağ döyüşlərində iştirakı və xx.xx.1994-cü il tarixdə, Ağdam rayonun Aşağı Qərvənd kəndlərdə gedən döyüşlər zamanı yaralanaraq, sağ əlin qəlpə yarası və ağır dərəcəli QKB travması alaraq Ağdam RMX-da statsionar müalicə almağı ilə əlaqədar DİN-nin X5 tərəfindən hüquqi haqqı olan «Hərbi travmadır, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı almışdır» səbəb və əlaqələndirmə qeydin daxil edilməsi barədə qərarının verilməsini cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-521/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-521/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver