Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-522/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı adına Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsində yerləşən zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı adına Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsində yerləşən zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 06 noyabr 2020-ci il il tarixli, **********27 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 11.12.2008-ci il tarixli 348 saylı sərəncamına əsasən iddiaçıya məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsində fərdi istirahət düşərgəsinin tikintisinə icazə verilmişdir. Tərəfindən 2015-ci il tarixdə tikinti işləri aparılmış və ümumi sahəsi 1636.8 kv metr sahəsi olan 8 ədəd kottec (istirahət evi), yeraltı su anbarı, atraksıon və hasar inşa edilmişdir. Bunu təsdiq edən iddiaçının adına 30.04.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış da mövcuddur. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 28.04 2020-cı il tarixli 03M saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən 7 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Bunun əsasında iddiaçı tərəfindən Xaçmaz rayonu Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsinin içərisində zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binası inşa edilmişdir. Hotel binasının layihəsi də razılaşdırılmışdır. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsində inşa olunmuş zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binasına dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 06.11 2020-cı il tarixli məktubu ilə əmlakın yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bildirərək dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus tikililərin üzərində hüquqların qeydiyyata alınması uçün əsasdır. Belə kı, qeyd olunan hotel binasının yerləşdiyi torpaq sahəsinə dair 30.04.2015-ci ıl tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan da görünür ki, torpaq sahəsi xüsusi mülkyyətdədir və təyinatı istirahətdir. Belə olan halda cavabdehin hansı əsasla torpaq sahəsinin təyinatını kənd təsərrüfatı olmasını bildirməsi mübahisəlidir. Bundan başqa, cavabdeh məktubda tikililərin ümumi sahəsinin sənəd uzrə 7319.2 kv metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv metr təşkil etdiyini qeyd edir. İddiaçı hesab edir ki, tikilinin ölçüsünün sənəd üzrə olandan fərqli olması ona məxsus daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlüK verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) gorə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz dövlət yaşayış Dmalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil huququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə gorə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2 0.2-cı maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publık) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-ın 2.2.2-ci maddəsinə görə inzibatı orqanın üzərinə inzibatı aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibatı orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibatı icraat qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-cı il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə' nın 2.0 1- cı və 3.0.11 -ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz Beləliklə iddiaçı hesab edir ki, onun adına Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində 13 7 ha torpaq sahəsində yerləşən zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 Xaçmaz rayonu, Aşağı-oba kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Döviət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 29 oktyabr 2020-ci il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Ərizəyə 06 noyabr 2020-ci il tarixli **********27 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki; - Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən, kənd əsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habe təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. - Əmlak kompleksi kimi müəssisənin faktiki ölçüləri sənəd üzrə olan ölçülərindən fərqlidir. Belə ki, tikililərin ümumi sahəsi sənəd üzrə 7319.2 kv.metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv.metr təşkil edir. - Otel binasına dair tikintiyə icazə sənədi təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələr icrasından imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtin aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı deyil. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın idiaya etirazında qeyd etdikləri əsaslarla razılaşır və hesab edir ki cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Cavabdeh inzibati orqan aşağıda qeyd edilən əsaslarla iddiaçının tələbinin təmin edilmsindən imtina edir. - Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - Əmlak kompleksi kimi müəssisənin faktiki ölçüləri sənəd üzrə olan ölçülərindən fərqlidir. Belə ki, tikililərin ümumi sahəsi sənəd üzrə 7319.2 kv.metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv.metr təşkil edir. - Otel binasına dair tikintiyə icazə sənədi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar cavabdeh inzibati orqanın imtinasını əsaslı olduğunu göstərir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. İnzibati orqan müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Məhkəmə ilk növbədə iddiaçıya məxsus torpaq sahəsinin təyinatı ilə bağlı iddiaçının göstərdiyi dəlilləri əsaslı hesab etmir. İddiaçı qeyd edir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 11.12.2008-ci il tarixli 348 saylı sərəncamına əsasən iddiaçıya məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsində fərdi istirahət düşərgəsinin tikintisinə icazə verilmişdir. Tərəfindən 2015-ci il tarixdə tikinti işləri aparılmış və ümumi sahəsi 1636.8 kv metr sahəsi olan 8 ədəd kottec (istirahət evi), yeraltı su anbarı, atraksıon və hasar inşa edilmişdir. Bunu təsdiq edən iddiaçının adına 30.04.2015-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış da mövcuddur. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 28.04 2020-cı il tarixli 03M saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən 7 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Bunun əsasında iddiaçı tərəfindən Xaçmaz rayonu Aşağıoba kəndi ərazisində 13.7 ha torpaq sahəsinin içərisində zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binası inşa edilmişdir. Hotel binasının layihəsi də razılaşdırılmışdır. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsində inşa olunmuş zirzəmili, 7 mərtəbəli ümumi sahəsi 7319.2 kv metr olan otel binasına dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 06.11 2020-cı il tarixli məktubu ilə əmlakın yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bildirərək dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus tikililərin üzərində hüquqların qeydiyyata alınması uçün əsasdır. Belə kı, qeyd olunan hotel binasının yerləşdiyi torpaq sahəsinə dair 30.04.2015-ci ıl tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan da görünür ki, torpaq sahəsi xüsusi mülkyyətdədir və təyinatı istirahətdir. Belə olan halda cavabdehin hansı əsasla torpaq sahəsinin təyinatını kənd təsərrüfatı olmasını bildirməsi mübahisəlidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin təyinatı mövcud qanunvericiliyə əsasən yalnız Nazırlər Kabinetinin qərarı ilə dəyişilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının torpaq sahəsi üzərində hüququ Xaçmaz rayon Məhkəməsinin müvafiq qərarı əsas götürülərək qeydiyyata alınmışdır. İddiaçıya məxsus torpaq sahəsinin təyinatının dəyişilməsi ilə bağlı isə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsinin təyinatından başqa, mülkiyyət hüququnun qeydə alınması istənilən tikili ilə bağlı çatışmazlıqlarıda qeydiyyat üçün imtinadaya əsas hesab edir. Cavabdeh inzibati orqan qeyd edir ki, tikililərin ümumi sahəsi sənəd üzrə 7319.2 kv.metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv.metr təşkil edir və Otel binasına dair tikintiyə icazə sənədi təqdim edilməmişdir. Bu halı iddiaçıda təkzib etmir. İddiaçının mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlakın tikintisinə qanunvericilikdə nəzərdə müvaiq icazələrin alınması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, iddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh məktubda tikililərin ümumi sahəsinin sənəd üzrə 7319.2 kv metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv metr təşkil etdiyini qeyd edir. İddiaçı hesab edir ki, tikilinin ölçüsünün sənəd üzrə olandan fərqli olması ona məxsus daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Lakin iddiaçı bu fikrini əsalandırmamışdır. İddiaçının tikintiyə müvafiq icazələri olmasda, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 28.04 2020-cı il tarixli 03M saylı tikinti obyektinin istismarına icazə sənədinə əsasən 7 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərdə digər çatışmamazlıqlar olmasa idi belə, tikililərin ümumi sahəsinin sənəd üzrə 7319.2 kv metr olduğu halda, faktiki vəziyyətdə 8272.1 kv metr təşkil etməsidə imtina üçün əsas təşkil edə bilər. Cavabdeh inzibati orqana qanunvericiliyə uyğun olaraq verilmiş icazələr əsasında mülkiyyət hüququ yaranan şəxslərin hüquqnu qeydə almaq səlahiyyəti və öhdəliyi verilmişdir. Sənəd üzrə təqdim edilən tilkililərin faktiki vəziyyətə uyğun gəlməməsi imtina üçün əsas təkil etməməsi inzibati orqana verilmiş diskression səlahiyyətlər daxilində hesab oluna bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, Əmlak kompleksi kimi müəssisənin faktiki ölçülərinin sənəd üzrə olan ölçülərindən fərqli olması, otel binasının tikintisinə icazə sənədlərinin olmaması imtina üçün əsas təkil edir və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. İddiaçı ilk növbədə torpaq sahəsinin təyinatının dəyişilməsi və tikililmiş tikililərin sənəd üzrə uyğunsuzluqlarının aradan qaldırılması ilə məsələlərini həll etməli olduğu halda cavabdeh inzibati orqanın hərəkələrini mübahisələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrində qeydin aparılmasından imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq müəyyən edilmədiyinə görə, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-522/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-522/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver