Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-522/2025 02.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarını ləğv edib, qərar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 7093,88 manat məbləğində əsassız hesablanmış vergi borcunun silinməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “cavabdehin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarını ləğv edib, qərar əsasında hesablanmış borcun silinməsi” nə dair qərar qəbul edilməsini xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı bu günədək Vergi orqanlarına sahibkarlıqla məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınmağı barədə müraciət etməmişdir. İddiaçıya heç bir VOEN, şəhadətnamə verilmədiyi təqdirdə, cavabdeh tərəfindən barəsində vergi borcu hesablanmış və məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən edilmiş xəbərdarlıqdan məlum olmuşdur ki, iddiaçının adına VÖEN açılmış (VÖEN **********), xx.xx.2022-ci il tarixə vergi ödəyicisi kimi dövlət büdcəsinə ümumilikdə 7093.88 manat borcum vardır. Hesab edir ki, iddiaçıya hesablanmış vergi borcu əsassızdır. Aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıqda qeyd olunmuş 7093.88 manat məbləğində əsassız hesablanmış vergi borcunun silinməsi barədə cavabdehə rəsmi qaydada, xx.xx.2023-cü il tarixdə poçt qaydasında ərizə ilə müraciət etsə də, cavabdeh müraciətini xx.xx.2023-cü il tarixdə, saat 14:18-də qəbul etsə də, halhazıradək hərəkətsizlik edərək iddiaçının ərizəsinə cavab verməmişdir. 30 gün müddətində cavab gözlədiyi təqdirdə, iddiaçıya rəsmi cavab verilmədiyindən cavabdeh təşkilatın hərəkətsizliyindən məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini və məhkəmə iclasını onun iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 fevral 2022-ci il tarixli, **********729100 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati akta ləğv edilməsi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********810600 nömrəli qərarını mübahisələndirmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə “İnzibati şikayətin təmin edilməməsi” haqqında qərar qəbul edilmiş, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdı məktubla göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 fevral 2022-ci il tarixli, **********729100 saylı qərarının məlumat üçün iddiaçıya göndərildiyi və qərarın təqdim olunduğu gündən 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmuşdur. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərardan 2022-ci ilin fevral ayından məlumatı olmuşdur. Beləliklə “mübahisələndirilən qərarın ləğvi”nə dair iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi müddətin bərpasına dair ərizədə, qərarın tam mətninin EMS-də xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, sonradan məhkəmə araşdırması zamanı qərarın qəbul edilməsindən məlumatı olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərə əsasən mübahisələndirilən qərardan İddiaçı daha əvvəl məlumatlı olduğu müəyyən edilir. İddiaçının nümayəndəsi və vəkili ərizədə eyni zamanda ondan asılı olmayan səbəblərdən məhkəmədə iddia qaldırmaq müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraatda məhkəməyə əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır, yalnız iddia ərizəsinin İPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) tələb edilmişdir. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da, həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 25 fevral 2022-ci il tarixli **********729100 nömrəli qərarını ləğv edib, qərar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-522/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-522/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver