Məhkəmə qərarları › İş №2-1(118)-5229/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5229/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5229/2025 16.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-41/2-B-0005/8/2025 saylı, 17 fevral 2025-ci il tarixli imtina qərarı ləğv olunmaqla ona qanunla müəyyən edilmiş qaydada satılmış 0,03 ha kommersiya xidmət fəaliyyəti məqsədli torpaq sahəsi üçün ona çıxarış verilməsi barədə iddia tələbinin təmin edilməsi və bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 saylı qərarına əsasən ayrılmış 259 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus 300 kv.metr (0,03 ha) torpaq sahəsinə öz adına çıxarış almaq istəyir. Şamaxı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 311 saylı məktubundan görünür ki, 2000-2014-cü illər üzrə Şamaxı Bələdiyyəsinə aid sənədlər Milli Arxivin Şamaxı Filialına təhvil verildiyi bildirilmişdir. X6 X3 Asan Xidmət Mərkəzinə göndərilmiş 3-48-11K/-2-B-357-39-24 saylı, 03 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şamaxı Bələdiyyəsinin 2006-eı illərə aid sənədlərinə baxış keçirilmiş və İddiaçı adına qərar aşkar olunmuş və həmin sənədlərin təsdiq olunmuş kserosurətləri təqdim edilmişdir. Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 332 saylı qərarından görünür ki, şəhərin 02a saylı məhəlləsində Şamaxı Şəhər Bələdiyyəsinin ehtiyyat fonduna məxsus alqı-satqı predmeti olan kommersiya xidmət fəaliyyəti göstərmək üçün 300 kv.m torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçıya satılması qərara alınmışdır. 17-7/2140 saylı, xx.xx.2006-cı il tarixli rəydən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon X2 ünvanladığı rəydə yazılmışdır ki, kommersiya-xidmət məqsədilə Şamaxı Bələdiyyəsinin mülkiyyətində olan 300 kv.m torpaq sahəsi alqı-satqı predmetidir və bu torpaq sahəsinin mən İddiaçı satılması məqsədə müvafiqdir, həmin torpaq sahəsinin miqyası və xəritəsi də hu sənədə əlavə edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Tikinti və Memarlıq Şöbəsindən verilmiş rəydən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Tikinli və Memarlıq Şöbəsi tərəfindən İddiaçı kommersiva xidməti sahəsi tikmək üçün Şamaxı şəhəri ərazisində 300 kv.metr torpaq sahəsi ayrılıb satılmasına etiraz edilməmişdir. Bu rəyə iddiaçıya satılmış torpaq sahəsinin sxematik planı da daxil edilmişdir. Torpaqların alqısatqısına dair Aktdan görünür ki, Şamaxı Bələdiyyəsinin ehtiyyat fondundan 0,03 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada iddiaçıya satılmış və 16 nömrəli qəbz əsasında 450 (dörd yüz əlli) manat rüsumu Şamaxı Bələdiyyəsinin hesabına köçürmüşdür. Beləliklə, qanunla müəyyən edilmiş qaydada iddiaçıya satılmış 0,03 ha kommersiya xidməti torpaq sahəsinə öz adına çıxarış almaq üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 3-21-3-41 /2-B-0005-8/2025 saylı, 17 fevral 2025-ci il tarixli imtina aktında yazılanlardan görünür ki, iddiaçının müraciətinə baxılmış və əsassız bəhanə ilə çıxarış verilməsindən imtina edilmişdir. Bu imtina aktında yazılmışdır ki, ona satılmış 0,03 ha torpaq sahəsi rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin faktiki ölçüləri ilə elektron bazada mövcud olan koordinatları fərqlilik təşkil edir və elektron uçot xəritəsində həmin torpaq sahəsinin bir hissəsi yol kimi işlənilmişdir. Cavabdehin bu imtina aktı 10 mart 2025-ci il tarixində verilmişdir. Ərizəyə daxil etdiyi sənədlərdən görünür ki, iddiaçıya satılmış 0,03 ha torpaq sahəsi üçün alqı-satqı predmetinin qanunamüvafiq olması yazılmışdır. Odur ki, cavabdehin həmin torpaq sahəsinə çıxarış verməkdən imtina etməsi tam əsassızdır. Ona görə də, iş üzrə cavabdehin 3-21-3- 41/2-B-0005-8/2025 saylı, 17 fevral 2025-ci il tarixli imtina aktından məhkəməyə şikayət etmişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhəri ərazisində yerləşən, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 saylı qərarı ilə sahibkarlıq məqsədliə mülkiyyətinə satılmış 0.03 ha torpaq sahəsinin üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinin tələblərinə uyğun olaraq, Şamaxı rayonu ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış (TEKUİS) və rəqəmsal kadastr xəritəsi tərtib edilərək istifadəyə verilmişdir. İddiaçı ərizəsinin icrasını təmin etmək məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 saylı qərarı ilə ayrılmış 0,03 ha torpaq sahəsinin kadastr məlumatları yeni tərtib olunmuş rəqəmsal kadastr xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin faktiki ölçüləri və koordinatları elektron uçot xəritəsi ilə fərqlilik təşkil edir. Bundan əlavə, həmin torpaq sahəsinin bir hissəsi yol kimi işlənilmişdir. Torpaq sahəsinin kadastr məlumatları dövlət reyestrində saxlanılan məlumata uyğun olmadığına görə, ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 saylı qərarından görünür ki, bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 02a saylı məhəlləsində, Şamaxı Pirqulu yolunun sağ səmtində kommersiya xidmət fəaliyyəti göstərmək üçün 300 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.

13. Azərbaycan Respublikası DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi kommersiya-xidmət məqsədi ilə 300 kv.m Şamaxı bələdiyyəsinin mülkiyyətonə aiddir və alqı-satqı predmetidir.

14. Azərbaycan Respublikası DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş sxematik plandan görünür ki, İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir.

15. xx.xx.2006-cı il tarixli, 716 nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı bələdiyyəsi ərazisindən 0,03 ha torpaq sahəsi İddiaçı satılmışdır.

16. Şamaxı Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, 0,03 ha torpaq sahəsinin İddiaçı satılmasına etiraz etmir.

17. Şamaxı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 211 nömrəli arayışdan görünür ki, 2000-2014-cü illər üzrə Şamaxı Bələdiyyəsinə aid sənədlər Milli Arxivin Şamaxı filialına təhvil verilmişdir. Şamaxı Bələdiyyəsində saxlanılan sənədlərdə Şamaxı Bələdiyyəsinin 11 dekabr 2006-cı il tarixli 352 saylı qərarının ləğv olunması və ya hər hansı dəyişikliyin edilməsi barədə məlumat yoxdur.

18. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-41/2-1561/2025 nömrəli məktubdan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı şəhəri ərazisində yerləşən sözügedən torpaq sahələrinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçı naturada istifadəsində olan torpaq sahəsi 300 kv.m təşkil etməklə yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. Elektron baza məlumatlarına əsasən, iddiaçının naturada göstərdiyi 300 kv.m torpaq sahəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********51-10301 olan çıxarış verilmişdir. Həmin çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri və torpaq sahəsinə dair müayinə (baxış) aktının surəti, eyni zamanda yerləşmə mövqelərini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsinin 41 kv.m hissəsi yol kimi işlənmişdir, lakin naturada sözü gedən yol (piyada yolu) 2 metr enində olmaqla torpaq sahəsinin kənarında yerləşir. Elektron uçot məlumatlarında (TEKUİS) həmin gediş-gəliş (piyada) yolu 6 metr enində qeyd edilmişdir.

19. Şamaxı bələdiyyəsi ərazisində torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi bir tərəfdən şosse yolu, bir tərəfdən cığır, bir tərəfdən həyətyanı torpaq sahəsi və bir tərəfdən sahibkarlıq obyekti ilə əhatə olunub. Ayrılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlarda yerləşir. Torpaq sahəinin sxematik planında qeyd olunan məsafələrlə naturada ölçülmüş torpaq sahəsinin məsafələri arasında uyğunsuzluq vardır. Ayrılmış torpaq sahəsinin ölçüsü ilə naturada ölçülmüş torpaq sahəsinin ölçüləri uyğunluq təşkil edir.

20. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı bələdiyyəsinin 11 dekabr 2006-cı il tarixli, 352 nömrəli qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

IV. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

27. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

29. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

30. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. IV. Məhkəmənin mövqeyi

32. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

33. Məhkəmə tərəfindən müəyyən edildi ki, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 332 saylı qərarına əsasən, şəhərin 02a saylı məhəlləsində Şamaxı Şəhər Bələdiyyəsinin ehıiyyat fonduna məxsus alqı-satqı predmeti olan kommersiya xidmət fəaliyyəti göstərmək üçün 300 kv.metr torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada iddiaçıya satılması qərara alınmışdır. Şamaxı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 311 saylı məktubuna əsasən, 2000- 2014-cü illər üzrə Şamaxı Bələdiyyəsinə aid sənədlər Milli Arxivin Şamaxı Filialına təhvil verildiyi bildirilmişdir. X6 X3 Asan Xidmət Mərkəzinə göndərilmiş 3-48-11K/-2-B-357-39-24 saylı, 03 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Şamaxı bələdiyyəsinin 2006-cı illərə aid sənədlərinə baxış keçirilmiş və İddiaçı adına qərar aşkar olunmuş və həmin sənədlərin təsdiq olunmuş kserosurətləri təqdim edilmişdir. 17-7/2140 saylı, xx.xx.2006-cı il tarixli rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon X2 ünvanladığı rəydə yazılmışdır ki, kommersiya-xidmət məqsədilə Şamaxı Bələdiyyəsinin mülkiyyətində olan 300 kv.metr torpaq sahəsi alqı-satqı predmetidir və bu torpaq sahəsinin mən İddiaçı satılması məqsədə müvafiqdir, həmin torpaq sahəsinin miqyası və xəritəsi də sənədə əlavə edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Tkinti və Memarlıq Şöbəsindən verilmiş rəyə əsasən, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Tikinli və Memarlıq Şöbəsi tərəfindən İddiaçı kommersiva xidməti sahəsi tikmək üçün Şamaxı şəhəri ərazisində 300 kv.metr torpaq sahəsi ayrılıb satılmasına etiraz edilməmişdir. Bu rəyə iddiaçıya satılmış torpaq sahəsinin sxematik planı da daxil edilmişdir. Torpaqların alqı-satqısına dair Akta əsasən, Şamaxı bələdiyyəsinin ehtiyyat fondundan 0,03 ha torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada iddiaçıya satılmış və 16 nömrəli qəbz əsasında 450 (dörd yüz əlli) manat rüsumu Şamaxı bələdiyyəsinin hesabına köçürmüşdür. İddiaçıya satılmış 0,03 ha kommersiya xidməti torpaq sahəsinə öz adına çıxarış almaq üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir və cavabdeh tərəfindən verilmiş 3-21-3-41/2-B-0005-8/2025 saylı, 17 fevral 2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir.

34. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, Şamaxı bələdiyyəsinin 11 dekabr 2006-cı il tarixli, 352 nömrəli qərarının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-1561/2025 nömrəli məktuba əsasən, İddiaçı naturada istifadəsində olan torpaq sahəsi 300 kv.m təşkil etməklə yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. Elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi 300 kv.m torpaq sahəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış reyestr nömrəsi **********51-10301 olan çıxarış verilmişdir. Həmin çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri və torpaq sahəsinə dair müayinə (baxış) aktının surəti, eyni zamanda yerləşmə mövqelərini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsinin 41 kv.m hissəsi yol kimi işlənmişdir, lakin naturada sözü gedən yol (piyada yolu) 2 metr enində olmaqla torpaq sahəsinin kənarında yerləşir. Elektron uçot məlumatlarında (TEKUİS) həmin gediş-gəliş (piyada) yolu 6 metr enində qeyd edilmişdir.

36. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsi bir tərəfdən şosse yolu, bir tərəfdən cığır, bir tərəfdən həyətyanı torpaq sahəsi və bir tərəfdən sahibkarlıq obyekti ilə əhatə olunub. Ayrılmış torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlarda yerləşir. Torpaq sahəinin sxematik planında qeyd olunan məsafələrlə naturada ölçülmüş torpaq sahəsinin məsafələri arasında uyğunsuzluq vardır. Ayrılmış torpaq sahəsinin ölçüsü ilə naturada ölçülmüş torpaq sahəsinin ölçüləri uyğunluq təşkil edir.

37. Məhkəmə cavabdehin torpaq sahəsinin 41 kv.m hissəsi yol kimi işlənməsi dəlilinə münasibədə qeyd edir ki, həmin hissədə iddia tələbinin həcmi azaldılaraq, Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 saylı qərarına əsasən ayrılmış 259 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Şamaxı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 352 qərarı ilə İddiaçı ayrılmış 0,0259 ha (259 kv.m) torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar