Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-523/2023 26.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdehnə əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdehnə əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısı Novruz Novruzovun xx.xx.2009-cu il tarixli, 41/1 nömrəli sərəncamına əsasən iddiaçı Cavabdeh başçısı aparatında Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinə böyük məsləhətçi vəzifəsinə, xx.xx.2012-ci il tarixli, 60 nömrəli sərəncamına əsasən Cavabdeh başçısının Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə, xx.xx.2012-ci il tarixli, 157/1 nömrəli sərəncamına əsasən Cavabdeh başçısı aparatının İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri vəzifəsinə xx.xx.2015-ci il tarixli, 120 nömrəli əmrinə əsasən Cavabdeh başçısı aparatının İctimai Siyasi və X1 müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilmişdir. İddiaçı Cavabdehndə müxtəlif vəzifələrdə işləyərkən işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin heç bir əsas olmadan Cavabdeh başçısı Asif Hüseynovun xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas gətirilərək tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdən məzuniyyətdə olmuşdur. Kart hesabından çıxarış da iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, həmin çıxarışdan da görünür ki, iddiaçının kart hesabına xx.xx.2021-ci il tarixində məzuniyyət pulu da daxil olmaqla 2322.36 manat məbləğində pul köçürülmüşdür. Lakin, iddiaçı məzuniyyətdə ola-ola qeyri qanuni olaraq işdən azad olunmuşdur. Cavabdeh başçısı Asif Hüseynovun xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrində guya iddiaçının öz təşəbbüsü ilə vəzifədən azad edildiyi göstərilir. Belə ki, Cavabdeh başçısı Asif Hüseynov Cavabdeh başçısı təyin olunandan sonra iddiçıdan 2019-cu ilin aprel ayında iradəsinə zidd olaraq işdən azad olunma barədə ərizə almış, həmin vaxt ərizə verməyəcəyi təqdirdə işdən azad olunacağı ona bildirilmişdir. İddiaçı da məcbur olub belə bir ərizə vermişdir. Göründüyü kimi həmin ərizə öz-özlüyündə etibarsız ərizədir. Üstəlik həmin ərizənin üzərindən 2 il yarım keçəndən sonra həmin etibarsız ərizə əsas götürülməklə iddiaçı işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam veriləndən sonra iddiaçıya bu barədə heç bir əmr verilməmiş, əmək müqaviləsinə xitam veriləndən xeyli müddət keçəndən sonra o, Cavabdehndən özü şəxsən gedib əmək kitabçasını götürmüşdür. Bundan dərhal sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək tutduğu vəzifədən azad olunması barədə xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ona dəymiş digər zərərlərin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdehndən ünvanlanmış 28 iyul 2022-ci il tarixli 828 nömrəli cavab məktubunda sadəcə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq Cavabdeh başçısının müvafiq əmri ilə tutduğunuz vəzifədən azad edilmisiniz. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmr əsasında iddiaçı işindən məhrum olmuşdur. Ona görə Cavabdeh xx.xx.2021ci il tarixli, 102 nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa olunmalı və xx.xx.2021-ci il tarixindən etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiçıya ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2009-cu ilin aprel ayında Cavabdeh başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. O, 02 aprel 2012-ci il tarixdə Cavabdeh başçısının Mülki Müdafiə Qərargahının rəisi vəzifəsinə və 06 avqust 2012-ci il tarixdə Cavabdeh başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının 18 dekabr 2015-ci il tarixli əmri ilə aparatın informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsindən azad olunaraq, elə həmin tarixdə də Cavabdeh başçısı Aparatının İctimai-siyasi və X1 müdir müavini - dini qurumlar üzrə işin təşkilatçısı vəsifəsinə təyin edilmişdir. Belə ki, İcra Hakimiyyəti başçısının 16 sentyabr 2021-ci il tarixli əmrinə əsasən o, 01 oktyabr 2021-ci il tarixdən 04 noyabr 2021-ci il tarixədək əmək məzuniyyətinə buraxılmışdır. Qeyd edək ki, İddiaçı məzuniyyətdə olduğu müddət ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud surətdə pozmaqla, dövlət qulluqçusunun adına yaraşmayan və onun nüfuzuna xələl gətirə biləcək qeyri-etik hərəkətlərə yol vermiş və naməlum qadın tərəfindən onun bu hərəkətlərini əks etdirən videoçarx iddiaçının “facebook” sosial şəbəkəsindəki dostlarının şəxsi profillərində paylaşılmışdır. İddiaçı tərəfindən etik davranış qaydalarının kobud surətdə pozulması halı nəzərə alınaraq o, Cavabdeh başçısının müvafiq əmri ilə əmək məzuniyyətindən geri çağırılmış və rayon İcra Hakimiyyəti başçısının 08 oktyabr 2021-ci il tarixli əmri ilə (öz ərizəsinə əsasən) tutduğu vəzifəsindən azad olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu iddia ilə hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən əmr qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. İşdən görünür ki, Cavabdeh başçısı Asif Hüseynovun mübahisəli əmri xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli əmrin mövcudluğu iddiaçıya həmin vaxt məlum olmasına baxmayaraq, o, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmin tarixlərdə - xx.xx.2021-xx.xx.2022-ci illər arasında olan müddətdə iddiaçı rəsmi qaydada əmri götürməmiş, lakin əmək kitabçasını təxminən bir ay sonra əldə etməsinə və işdən azad edildiyini bilməsinə baxmayaraq məhkəməyə müraciət etməmişdir. İddiaçı müvafiq olaraq İcra Hakimiyyətinə müraciət edərək mübahisəli əmrin ləğv olunmasını xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının inzibati orqana şikayət etməsi onun müvafiq əmri məhkəmədə mübahisələndirməsinə maneə törətmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əmrin iddiaçıya şəxsən təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir, “elan olunma” “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Yəni, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş, mübahisələndirilən əmr iddiaçıya təqdim edilməsə də iddiaçı həmin əmrdən xəbərdar olmuş və qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da Cavabdeh başçısının 102 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli, 102 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdehnə əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-523/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-523/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver