Məhkəmə qərarları › İş №2-1(118)-524/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-524/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-524/2020 03.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh X1 və Satışı İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasına və mülkiyyət hüququnun pozulması tələbinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh X1 və Satışı İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsindən istifadənin məhdudlaşdırılmasına və mülkiyyət hüququnun pozulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan X1 və Satışı İdarəsinə məxsus 0.4 kv-luq SİP kabel dayağı uzun müddətdən sonra kənarlaşdırılmışdır. Hazırda mübahisə predmeti həllini tapdığından məhkəməyə ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı mülkiyyət hüququ ilə Abşeron rayonu, Masazır kəndində mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin giriş hissəsində Xırdalan ETSİ tərəfindən kabel dayağı quraşdırılmışdır. Həmin kabel dayağının torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdırılması ilə bağlı İddiaçı Xırdalan ETSİ müraciət etmiş və ona yazılı məktubla bildirlmişdir ki, həmin kabel dirəyi tez bir zamanda torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdıracaq. Lakin cavabdeh təşkilat verdiyi vədə əməl etmədiyinə görə İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Lakin məhkəmə araşdırılması ərəfəsində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, avqust ayının ortalarında Xırdalan ETSİ tərəfindən kabel dirəyinin ona məxsus olan torpaq sahəsinin qarşısından uzaqlaşdırılmasıni bildirmiş və məsələ öz həllini tapdığı üçün iddia tələbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar