Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-524/2021 02.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), İddiaçı Cavabdehnə qarşı özünün və ailə üzvlərinin 2017-ci ilin yanvar ayından hazıradək almadığı yemək xərcinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizlə si ilə məhkəməyə müraciət edərək özünə, həyat yoldaşına və övladlarına 2017-ci ilin yanvar ayından ödənilməyən yemək xərcinin ödənilmsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdaifə edərək izah etdi ki, o, xx.xx.1958-ci ildə Zəngilan rayonun Mincivan qəsəbəsində anadan olmuşdur. 1993-cu ildə məlum hadisələrlə bağlı o, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ailə üzvləri ilə birlikdə 1993-cü ildən yemək xərci (çörək pulu) almışdır. Həmin pulu 1993-cü ildən 2016-cı ilin dekabr ayına qədər almışlar. Lakin 2017-ci il yanvar ayından pulun ödənilməsi dayandırılmışdır. Bununla bağlı o, Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdi. Müraciəti Zəngilan rayon İcra Hakimiyətinə göndərilmişdir. Lakin oradan da ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onun adına mənzilin qeydə alındığına istinad edərək imtina etmişdir. Həmin mnzil onun baldızı X3 məxsus olmuşdur. 2006-cı il tarixdə mənzil baldızının xahişinə əsasən onun adına alınmışdır. 2017-ci ildə bağışlama müqaviləsinə əsəasən onun tərəfindən baldızının adına keçirilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında içtirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı və ailə üzvlərinə yemək xərci lazımi qaydada və vaxtında ödənilmişdir. Lakin sonradan iddiaçının mülkioyyətində mənzil aşkar edildiyindən aylıq mavinətin pödənilməsi dayandırılmışdır. Azərbacyan Respublikası Nazirlər Kabinetiinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Bununla bağlı mülkiyətində mənzilin olması aşkar edildikdən sonra Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinin məlumatına əsasən iddiaçının və ailə üzvlərinin adı müavinət alacaq şəxslərin siyahısından çıxarılmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -Cavabdeh 29.10.2020-ci il tarixli 710 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdehnə göndərilmiş adlarına özəlləşdirilmiş mənzil olanların siyahısında İddiaçı adına ünvan 4 ünvanında özəlləşdirilmiş mənzil olduğu üçün ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə (məcburı köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə) əsasən dayandırılmışdır. -Bakı şəhəri Nizami rayon MKTB-nin 34 saylı MKİS tərəfindən verilmiş 858 saylı 16.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, onun həyat yoldaşı X4 və oğlu X5 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatsız yaşayırlar. - DƏDRX-nin 09.02.2017-ci il tarixli RX seriyalı № ******* saylı çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən 33 saylı mınzil İddiaçı oölunun adına 18.01.2006-cı il tarixdə qeydiyyata alınmışdır, lakin həmin mənzil 4 saylı Bakı ASAN Xidmət mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-128 reyestr nömrəli 01.02.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına rəsmiləşdirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetiinin 2017-ci il 24 yanvar tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. İddia ərizəsindən göründüyü kimi iddiaçı 2017-ci ilin yanvar ayından dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsi və ödənilməmiş fərqin birdəfəlik ödənilməis öhdəliyinin cvabdehin üzərinə qoyulmasını tələb edir. Yuxarıda göstərilən normaların tələblərindən də aydın olduğu kimi ayrıca yaşayış sahəsi əldə edən və sonrdaan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onların ailə üzvlərinə müavinətin ödənilməsi şamil edilmir. Hazırki iş üzrə iddiaçı alqı-satqı əqdinə əsasən mənzil əldə etdikdən sonra onun adı ümumi adlı siyahıdan çıxarılmış və iddiaçı daha sonra həmin mənzili baldızına bağışlasa da, müavinətin ödənilməsi bərpa edilməmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən Qaydalarda sonradan mənzili özgəninkiləşdirən şəxslərə müaivnətin bərpa edilməsi norması nəzərdə tutulmamışdır. Əksinə mənzili əldə və sonradan həmin mənzili bağışlayan və ya satan şəxsə müavinətin ödənilməməsi birbaşa qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən İddiaçı cavabdeh Zəngilan rayon İcra Hakimiyyətinə qarşı özünün və ailə üzvlərinin 2017-ci ilin yanvar ayından hazıradək almadığı yemək xərcinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-524/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-524/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver