Məhkəmə qərarları › İş №2-1(118)-524/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-524/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-524/2024 20.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xeyrinə kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Quru Qoşunlarında kəşfiyyatçı radiotelefonçu MAHHXHQ baş əsgər vəzifəsindən N6 fevral N018-ci il tarixdən xidmət etməyə başlamışdır. Belə ki, İddiaçı “Vətən Müharibəsi” və “Dəmir Yumruq” əməliyyatı başladığı dövrdən, yəni N9 sentyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N saylı əmri ilə həmin döyüş əməliyyatlarında iştirak etmək üçün 15 (on beş) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli 304 saylı əmri ilə döyüş əməliyyatlarında iştirak etmək üçün 30 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Həmçinin N saylı hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N84 saylı əmri ilə N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0105 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilməsi və xüsusi əməliyyat taborlarında qeyd olunan tərkibdə təyin olunmaqla gəlmiş hesab edilmiş və N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 076 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq, N oktyabr N0N0-ci il tarixdən ərazi çıxışınada xüsusi norma üzrə qazan təminatına qoyularaq, döyüş tapşırığına getmiş hesab edilmişdir. Həmçinin N saylı hərbi hissə komandirinin N8 noyabr N0N0-ci il tarixli 317 saylı əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamında olan iddiaçı xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə getmiş hesab edilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 1 saylı əmri ilə N nömrəli hərbi hissədə ezamiyyətdə olan iddiaçı döyüş əməliyyatlarında iştirak zamanı xəsarət alması ilə əlaqədar olaraq N0 gün müddətinə məzuniyyət verilməklə ezamiyyətdə olanların siyahısından çıxarılmaqla, məzuniyyətə göndərilənlər siyahısına salınmışdır. Həmçinin N mömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N37 saylı əmri ilə müddətdən artıq hərbi xidmət hərbi qulluqçu baş əsgər hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli 058əç saylı əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, Müdafiə Nazirliyi 15/881 nömrəli, xx.xx.N0N3-cü il tarixli məktubla onun müraciətini müsbət həll etməmişdir. İddiaçı peşəkar kəşfiyyatçı radiotelefonçu olduğuna və xüsusi biliklərə malik olduğuna görə seçilmiş, kəşfiyyat, diversiya və döyüş əməliyyatlarına göndərilmişdir. N9 sentyabr N0N0-cı il tarixli N saylı əmrlə İddiaçı N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilən zaman, məlumat bazasına İddiaçı sərəncama çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına verilməsi barədə texniki səhv edilmişdir. Bunu sübut edən isə aşağıdakı hallardır: 1. İddiaçı eyni vaxtda həm N nömrəli hərbi hissə komandirinin sərəncamında və eyni zamanda N nömrəli hərbi hissəyə və oradanda döyüş zonasına kəşfiyyatçı radiotelefonçu kimi ezam oluna bilməzdi. Şəxsin daha ixtisaslaşmış kəşfiyyat qurumunda, fəaliyyətlər icra etməsi məqsədi ilə N nömrəli hərbi hissə komandirinin (korpus komandirinin) sərəncamına verilmiş və hərbi uçot ixtisası üzrə (kəşfiyyat üzrə) N nömrəli hərbi hissə komandirinin (xüsusi hərbi qüvvələrin) sərəncamına göndərilmişdir. O da öz növbəsində kəşfiyyat fəaliyyəti üzrə ixtisaslaşmış briqadaya N saylı briqadaya təhkim etmişdir. Yəni göründüyü kimi iddiaçının hərbi əməliyyatların iştirakına operativ şəkildə cəlb edilməsi üçün, mövcud bürokratik əngəllərdən yan keçilməsi məqsədi və onun qısa müddət ərzində N saylı xüsusi əməliyyat briqadasının tərkibində əməliyyatlara başlaması məqsədi daşımışdır. Bu halı həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 38.N-ci maddəsinə ziddir. Belə ki, həmin maddə də hərbi qulluqçuların hansı hallarda və müddətlərdə sərəncamlarda olduğu qeyd, olunmuşdur. Lakin hazırkı iş üzrə İddiaçı sərəncama çıxarılması üçün əsas mövcud olmamış, məqsəd onu operativ şəkildə döyüş əməliyyatlarına cəlb etmək olmuşdur.İddiaçının sərəncama çıxarılması barədə hər hansı bir əmr ona təqdim olunmamış, xidmət etdiyi və həmin dövrdə yaralandığı N saylı hərbi hissə xüsusi yaradılmış hərbi hissədir və İddiaçı hərbi vəzifəsi kəşfiyyatçı radiotelefonçu MAHHXHQ baş əsgər olmuşdur, hərbi vəzifələrin icrası zamanı yaralanmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ərizəsi Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır.Bildirilir ki, İddiaçı “Vətən Müharibəsi”ndə 071 (05N) nömrəli hərbi hissəyə ezam olunaraq hərbi əməliyyatlarda iştirak etdiyi zaman N nömrəli hərbi hissə komandirinin sərəncamında olduğuna görə Nazirlər Kabinetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 15/881 nömrəli, xx.xx.N0N3-cü il tarixli imtina məktubu, N nömrəli hərbi hissə komandirinin N9 sentyabr N0N0-ci il tarixli N77 nömrəli əmrindən çıxarışın surəti,N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli 304 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N84 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin N8 noyabr N0N0-ci il tarixli 317 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1ci il tarixli 1 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N37 nömrəli əmrindən çıxarışın surəti, 7837 nömrəli X1 surəti, N nömrəli hərbi hissənin 8/846 saylı xx.xx.N0N4-cü il tarixli məktubu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N saylı xx.xx.N0N3-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın N.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, N) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun kəşfiyyat subyekti kimi döyüşlərdə iştirak etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan 15/881 nömrəli, xx.xx.N0N3-cü il tarixli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yerin Xaşmaz rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin müdafiə zolağının qarşısında düşmənin mümkün təxribatlarının qarşısının alınması və döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə kəşfiyyatçı radiotelefonçu MAHHXHQ baş əsgər kimi 15 (on beş) gün müddətində N nömrəli hərbi hissəyə (Göygöl rayonu) ezamiyyətə göndərilmiş və ərzaq atestatı ilə təmin edilmişdir. Daha sonra müvafiq əmrlə kəşfiyyatçı radiotelefonçu MAHHXHQ baş əsgər İddiaçı 30 (otuz) gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N8 noyabr N0N0-ci il tarixli 317 nömrəli əmrin çıxarışından görünür ki, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan kəşfiyyatçı radiotelefonçu MAHHXHQ baş əsgər İddiaçı xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə getmiş hesab edilmiş və N9 noyabr N0N0-ci il tarixdən ərazi çıxışından xüsusi norma üzrə qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissədə ezamiyyətdə olan İddiaçı döyüş əməliyyatlarında iştirak zamanı xəsarət alması ilə əlaqədar olaraq N0 gün müddətinə məzuniyyət verilməklə ezamiyyətdə olanların siyahısından çıxarılmaqla, məzuniyyətə göndərilənlər siyahısına salınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı İddiaçı xarici ölkələrdə hərbi təhsil almadığı, beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilmədiyi, onun ştatının ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı XN”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edilmədiyi, xəstəliyə görə 4 aydan artıq müalicədə olmadığı, 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxmadığı, 3 yaşınadək uşağı təkbaşına böyütməklə əlaqədar olaraq ödənişsiz məzuniyyətə çıxmadığı sübuta yetirilmir. Belə olan halda iddiaçının sərəncama çıxarılması qanunsuz və əsassız olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş 8/846 saylı xx.xx.N0N4-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı xidmət etdiyi vəzifə Müdafiə Nazirliyinin N0N0-ci il əmri təsdiq edilmiş “kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısı”nda N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyatçıradiotelefonçu vəzifəsi siyahıda qeyd olunmuşdur.Belə olan halda iddiaçıya kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş kompensasiyanın verilməməsində heç bir mane mövcud deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta iddiaçı həqiqətən sərəncama çıxarılmış olsaydı belə (yəni tutduğu vəzifədən kənarlaşdırılmış olsaydı belə) onun kəşfiyyat fəaliyyətinə cəlb edildiyi halda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun N0.1N-ci maddəsində nəzərdə tutulmuş kompensasiyanın ödənilməməsi (imtiyazın verilməməsi) Azərbaycan Respublikası Konstitusiyasının N5-ci maddəsinin (Bərabərlik hüququ) 4-cü bəndinin pozulmasına gətirib çıxarır. Belə ki, cavabdehin mövqeyini nəzərə alsaq iddiaçı sərəncamda olduğu halda o, kəşfiyyat fəaliyyətinə cəlb oluna bilməzdi, çünki həmin vəzifələri icra etmirdi. Şəxs faktiki olaraq kəşfiyyat fəaliyyətini icrasına cəlb olunub, qanunla nəzərdə tutulmuş imtiyazların verilməməsi şəxsin qulluq mövqeyinə görə imtiyazlardan imtina olunması ilə nəticələnmiş olacaq. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda şəxsin sərəncama çıxarılması tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılması mənasına gəlir. Lakin iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin N saylı xx.xx.N0N3-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının sərəncama çıxarılması Qanunda nəzərdə tutulmuş məqsədlə, yəni vəzifədən kənarlaşdırmaq üçün deyil, əksinə tutduğu vəzifənin operativ olaraq icra etmək məqsədi ilə ezam olunması üçün çıxarılmışdır. Beləliklə, cavabdeh Müdafiə Nazirliyinin əmrdə istifadə etdiyi “sərəncam” sözünü, qanunvericilikdə nəzərdə tutulmuş mənasında deyil, digər məna və məqsədlə istifadə etməsi iş materialları və qanunvericilikdəki normalarla təsdiq olunur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının “sərəncam”da olduğu halda onun “kəşfiyyatçı-radiotelefonçu” olaraq fəaliyyətə cəlb olunması da, şəxsin tutduğu vəzifədən kənarlaşdırılmadığını təsdiq edir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun N0.1N-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının N5-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın N5-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə NN mart N01N-ci il tarixli qərar, §§ 85-86). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xeyrinə kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar