Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5244/2025 21.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə NN noyabr N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 1N.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 30 oktyabr N0N0-ci il tarixli, 73N nömrəli “Ezamiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 30 gün müddətinə N noyabr N0N0-ci il tarixdən 30 noyabr N0N0-ci il tarixədək Tərtər rayonuna ezam olunmuşdur.
2. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmrindən çıxarışdan görünür ki, Sokar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat departamentinin işçisi olan İddiaçı hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. Əsas olaraq Sokar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat departamentinin N noyabr N0N0-ci il tarixli ezamiyyət vərəqəsi göstərilmişdir.
3. Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 dekabr N0N0-ci il tarixli, 685e nömrəli əmrindən görünür ki, N noyabr N0N0-ci il – 30 noyabr N0N0-ci il tarixlərədək Tərtər rayonuna ezam olunmuş 4 saylı avtomobil dəstəsinin qeydiyyatında olan QAZ AN1R3N-10 markalı ** JK *** dövlət nömrə nişanli avtomobilin sürücüsü X1 ezamiyyəti 1 dekabr N0N0-ci il – 30 dekabr N0N0-ci il tarixlərə 30 gün müddətinə uzadılmışdır.
4. Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 30 dekabr N0N0-ci il tarixli, 749-e nömrəli əmrindən görünür ki, 1 dekabr N0N0-ci il – 30 dekabr N0N0-ci il tarixlərədək Tərtər rayonuna ezam olunmuş 4 saylı avtomobil dəstəsinin qeydiyyatında olan QAZ AN1R3N-10 markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 ezamiyyəti 31 dekabr N0N0-ci il – N9 yanvar N0N1-ci il tarixlərinə 30 gün müddətinə uzadılmışdır.
5. Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 18 yanvar N0N1-ci il tarixli, N7N nömrəli əmrindən görünür ki, 1N yanvar N0N0-ci il – N9 yanvar N0N0-ci il tarixlərədək Tərtər rayonuna ezam olunmuş 4 saylı avtomobil dəstəsinin qeydiyyatında olan QAZ AN1R3N-10 markalı ** JK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 ezamiyyəti 18 yanvar N0N1-ci il – N9 yanvar N0N1-ci il tarixlərə 1N gün müddətinə ləğv edilmiş, ezamiyyə müddəti 31 dekabr N0N1-ci il – 17 yanvar N0N1-ci il tarixədək 18 gün müddətinə nəzərə alınmışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N avqust N0N1-ci il tarixli, 8NN nömrəli arayışından görünür ki, İddiaçı Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölmələrində mülki işçi kimi fəaliyyət göstərmişdir.
7. Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin arayışından görünür ki, İddiaçı N-ci Qarabağ müharibəsi (Vətən müharibəsi) zamanı təhkim olunduğu QAZ AN1R3N-10 markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə N noyabr N0N0-ci il tarixdən 17 noyabr N0N1-ci il tarixədək döyüş əməliyyatları bölgələrə (Tət-Tər rayonuna) ezam olunmuş və hərəkət edən ordunun nizami qüvvələrinin tərkibində döyüş əməliyyatları zamanı təminat bölmələrinə maddi-texniki təminatın təşkilində yaxından köməklik göstərmişdir. Həmçinin Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat bölmələrində avtomobil sürücüsü kimi fəal iştirak etmişdir.
8. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu barədə N noyabr N0N0-ci il – 10 noyabr N0N0-ci il tarixlərdə aparılan döyüş əməliyatlarına dair N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, N nömrəli hərbi hissənin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmri əsasında İddiaçı xidmət etdiyi hərbi hissəyə daxil olmuşdur.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyul N0N4-cü il tarixli, N4 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda N noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək aparılan döyüş əməliyyatlarında N iyul N0N4-cü il tarixli, 1503 d/o 1503 nömrəli akt qeydiyyatında olan N nömrəli hərbi hissənin tərkibində N noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək sürücü kimi maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. 30 noyabr N0N0-ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ezamiyətdən getmişdir, lakin gedərkən hərbi hissənin nizami hissə üzrə əmrlər kitabına düşməmişdir.
10. N nömrəli hərbi hissə komandirinin “Vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsi uğrunda gedən döyüş əməliyyatlarında sürücü kimi iştirak etməsi barədə” N iyul N0N4-cü il tarixli, 1503 nömrəli aktdan görünür ki, İddiaçı, N noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Füzuli rayonu, Cəbrayıl rayonu və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüş əməliyyatlaında iştirak etməsinə və hərbi hissəyə ezamiyyətə gəlməsi N noyabr N0N0-ci il tarixdə qeyd olunmasına baxmayaraq, hərbi hissə komandirinin nizami hissə üzrə əmrinə N noyabr N0N0-ci il tarixdə düşmüşdür. Lakin İddiaçı “Socar” Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 13N nömrəli ezamiyyət vəsiqəsində N nömrəli hərbi hissəyə N noyabr N0N0-ci il tarixdə gəlməsi və 30 dekabr N0N0-ci il tarixdən hərbi hissədən getməsi barədə hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur.
11. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin N4 oktyabr N0N4-cü il tarixli, 3-N5-N/N-M-113xx-xx/N0N4 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 4 oktyabr N0N4-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmrində N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmə tarixində döyüş əməliyyatları bitdiyi üçün “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
12. İddiaçı məxsus MH seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 1N.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N9 noyabr N0N4-cü il tarixli, 3-N5- 4/N-7556/N4 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.
14. N nömrəli hərbi hissənin arayışından görünür ki, Azərbaycan Respublikası Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin mülki sürücüsü vətəndaş İddiaçı Qazel markalı Ş 799 QQ nömrə nişanlı maşınla N noyabr N0N0-ci il tarixdə 13N nömrəli ezamiyyət vəsiqəsi ilə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Vətəndaş İddiaçı N nömrəli hərbi hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazilərində N noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək maddi-texniki təminat tapşırıqlarını icra edərək döyüş gedən ərazilərə ərzaq, paltar geyimləri daşımışdır. Lakin vətəndaş İddiaçı 30 dekabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin nizami üzrə əmri ilə ezamiyyətdən getmişdir.
15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N mart N0N3-cü il tarixli, N56 nömrəli məktubundan görünür ki, N7 sentyabr N0N0-ci il – 10 noyabr N0N0-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı səfərbərliklə çağırılmış İddiaçı döyüş əməliyyatları bitdikdən sonra N nömrəli hərbi hissəyə ezamiyyət vəsiqəsini təqdim etdiyi üçün döyüş əmrinə düşməmişdir.
16. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NN nömrəli hərbi hissənin N mart N0N3-cü il tarixli, 715 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissəyə döyüş əməliyyatları başa çatdıqdan sonra ezam olunduqları və ya həmin hərbi hissəyə ezamiyyət vərəqəsi təqdim etmədikləri üçün onların barəsində arayış məlumat tərtib etmək mümkün deyildir.
17. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4 avqust N0N5-ci il tarixli, 3-N5- N9/N-1558/N0N5 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N0N0-ci il tarixli sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən 3 oktyabr 1960-cı il təvəllüdlü İddiaçı (hərbi biletində qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin N9 dekabr N0N0-ci il tarixli müvafiq nömrəli arayışına əsasən) Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə arxa təminat bölmələrində sürücü vəzifəsində (mülki şəxs kimi) fəaliyyət göstərməsi barədə araşdırmanın aparılması mümkün olmamışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
18. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçını Azərbaycan Dövlət Neft Şirkəti Socar N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə, Cəbrayıl rayonu, Daşkəsən qəsəbəsinə ezamiyyətə göndərmişdir. 18 yanvar N0N1-ci il tarixdə isə ezamiyyət başa çatmışdır.
20. Bakı İnzibati Məhkəməsinin 18 fevral N0N5-ci il tarixli, N-1(11N)-3893/N0N5 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
21. Azərbaycan Respublikası İPM-nin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
22. İddiaçı daha sonra idda tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 14 oktyabr N0N5-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
23. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
24. Cavabdeh iddia tələbinə dair münasibətini bildirərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmrində N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmə tarixdə döyüş əməliyyatları bitdiyi üçün ona “Müharibə veteranı” adının verilməsi üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
26. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1-ci maddəsinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N0N1-ci il tarixli, N-1(10N)-895/N0N1 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
29. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
30. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
31. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
32. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin N noyabr N0N0-ci il tarixdə ezamiyyətə getdiyini, N noyabrda isə müharibə bitəndən sonra Daşkəsənə qayıtdıqda əmrin tərtib edildiyini bildirmişdir.
33. Məhkəmənin 3 noyabr N0N5-ci il tarixli iclasında iştirak edən Şahid ifadə verərək bildirmişdir ki, Xocavəndə olanda N nömrəli hərbi hissəyə mülki sürücülər verilmişdir və iddiaçı döyüş əməliyyatlar davam etdiyi dövrdə ona təhkim edilmiş, təxmini dekabrın N5nə, yəni müharibə bitənədək onunla olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
34. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
35. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. İPM-in N.N.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
37. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
38. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
39. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
40. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, Azərbaycan Dövlət Neft Şirkətinin əmrinə əsasən N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə, Cəbrayıl rayonu, Daşkəsən qəsəbəsinə ezamiyyətə göndərmiş və 18 yanvar N0N1-ci il tarixədək ezamiyyətdə olmuşdur. Bu səbəbdən də ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
41. Cavabdehin mövqeyinə görə isə, N nömrəli hərbi hissənin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmrində N nömrəli hərbi hissəyə iddiaçının ezamiyyətə gəlmə tarixdə döyüş əməliyyatları bitmişdir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeydində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
43. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 1N-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
44. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı Socar Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 30 oktyabr N0N0-ci il tarixli, 73N nömrəli ezamiyyət vəsiqəsi ilə N noyabr N0N0-ci il tarixdən 30 noyabr N0N0-ci il tarixədək Tərtər rayonuna ezam olunmuşdur.
45. Cavabdeh orqan iddiaçının N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli, NN nömrəli əmrinə əsasən hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilməsini və həmin müddət artıq döyüş əməliyyatlarının bitdiyini bildirsə də, həmin hərbi hissənin təqdim etdiyi bir neçə arayışlarından müəyyən edilir ki, iddiaçı həqiqətən Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda N noyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində sürücü kimi maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir.
46. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Xidməti və Azərbaycan Respublikasının Strateji XN tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun.
47. Həmçinin, məhkəmənin 3 noyabr N0N5-ci il tarixli iclasında iştirak edən Şahid ifadə verərək bildirmişdir ki, o, Qarabağ döyüşlərində iştirak etmiş, N nömrəli hərbi hissəyə verilmiş və ona təhkim edilmiş iddiaçı hərbi hissəyə gəldiyi zamanı döyüş əməliyyatlar davam edirdi.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”
49. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
50. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
51. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının N noyabr N0N0-ci il tarixdə ezam olunması və həmin müddətdən maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməklə, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında döyüş əməliyyatlarında iştirak etdiyi öz təsdiqini tapdığınan iddia tələbi təmin edilməlidir.
52. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
53. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova