Məhkəmə qərarları › İş №2-1(118)-5247/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5247/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5247/2025 11.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” X1rşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinin ləğv edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” X1rşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Regional “Asan Xidmət” X3 15 mart 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı imtinanın əsassız hesab olunması və ünvan 3mayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə tərtib edilmiş X2 doğum haqqında akt qeydinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 3mayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə qeydə alınmış 91 nömrəli X2 doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X9 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ondan ünvan 1 ünvanında fərdi yaşayış evi miras qalmışdır. İddiaçı həmin evə vərəsəlik açdırmaq üçün notariat orqanına müraciət etmişdir. Orada iddiaçıdan vərəsələrin dairəsi barədə məlumat tələb edildi. Vərəsələrdən biri yəni iddiaçının qızı X2 doğum akt qeydindən çıxarış edilərkən məlum oldu ki, qeydiyyat şöbəsində onun barəsində 2 doğum akt qeydi var. İddiaçının qızı Məlahət vəfat etdiyindən onun ölüm haqqında doğum şəhadətnaməsini təqdim etmişdir. Lakin bildirdilər ki,1962-ci il təvəllüdlü X2 da özü gəlməlidir. İddiaçı bildirib ki, bu elə həmin Məlahətdir, onun doğum tarixi 1960-cı il sentyabr ayının 5-dir. Amma onun doğum qeydiyyatı gecikdirilib, 1962-ci ildə yazılıb. Həmin vaxtda əvvəlki tarixə yazılması mümkün olmadığından icra nümayəndəliyi onun doğum tarixini 22 dekabr 1960-cı il tarixə qeydə almışdır. 1968-ci ildə faktiki olaraq Məlahətlə həmyaşıd uşaqlar məktəbə getdiyindən Məlahət də onlarla birlikdə oxumaq istəmiş, buna görə də iddiaçı ərizə ilə həmin vaxt müraciət edib Məlahətin 5 senyabr 1960-cı ildə doğulması qeydini bərpa etmişdir. Buna müvafiq sənədlərini də alıb. Həmin vaxt qeydiyyat şöbəsi 1962-ci ildə aparılmış qeydiyyatı ləğv etməli, silməli idi. Amma qeydiyyat şöbəsinin səhvi ucbatından ünvan 3mayəndəliyi tərəfındən xx.xx.1962-ci il tarixdə tərtib edilmiş X2 doğum haqqında akt qeydi silinməmiş qalmışdır. Belə hesab edir ki, hazırda iddiaçının müraciətini nəzərə alaraq Şamaxı Regional “Asan xidmət” X7 ünvan 3mayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə tərtib edilmiş X2 doğum haqqında akt qeydini silməli idi. Odur ki, imtina əsassız hesab edilir.

4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2, 297, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.2-ci maddələrinə istinad edilmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. xx.xx.1959-cu il tarixli, İ-İE seriyalı, 161288 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və İddiaçı xx.xx.1959-cu il tarixdə nikaha daxil olmuşlar.

10. xx.xx.1968-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş X2 atası X9, anası isə İddiaçıdır. xx.xx.1968-ci il tarixdə 142 nömrə ilə lazımi qeyd edilmişdir.

11. xx.xx.1979-cu il tarixli, İİ-JQ seriyalı, 288446 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X6 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvadın soyadı Babayeva olaraq qeyd edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 457854 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir.

13. xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 831354 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası X9 xx.xx.2016-cı il tarixində vəfat etmişdir.

14. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

15. Şamaxı Regional “Asan Xidmət” X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3mayəndəliyi tərəfindən xx.xx.1962-ci ildə tərtib edilmiş 91 nömrəli X2 doğum haqqında akt qeydi ilkin qeyd olduğu üçün aktın ləğv edilməsi mümkün olmamış və Qasımova Kuburǝ Dünyamalı qızına aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Şamaxı regional "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi X2 Ağsu rayon Nuran icra nümayəndəliyi tərəfindən xx.xx.1962- ci ildə qeydə alınmış 91 nömrəli doğum akt qeydinin ləğv olunmasına etiraz etmir.

16. xx.xx.1962-ci il tarixli, 91 nömrəli doğum akt qeydində göstərilmişdir ki, xx.xx.1962-ci il tarixdə X6 doğulmuş, onun atası X9, anası ilə İddiaçıdır.

17. xx.xx.1968-ci il tarixli, 142 nömrəli doğum akt qeydində göstərilmişdir ki, 05 sentyabr 1960-cı il tarixdə X6 doğulmuş, onun atası X9, anası ilə İddiaçıdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

b) Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 2.1-ci bəndinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

25. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X9 xx.xx.1959cu il tarixdə nikaha daxil olmuşlar. Onların nikahlarından X6 doğulmuşdur. Sonuncu barəsində iki fərqli doğum akt qeydi tərtib edilmişdir. X4 məxsus doğum haqqında şəhadətnamədə onun xx.xx.1960-cı il tarixdə doğulduğu, atasının X9, anasının isə İddiaçı olduğu qeyd edilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas kimi xx.xx.1968-ci il tarixdə 142 nömrəli doğum akt qeydi göstərilmişdir. X6 xx.xx.1979-cu il tarixdə X8 ilə nikaha daxil olmuş, Nikahdan sonra soyadı Babayeva olaraq qeyd edilmişdir. Qasımova (Babayeva) Məlahət Fikrət qızı xx.xx.2024-cü il tarixində vəfat etmişdir.

27. Məhkəmənin sorğusuna cavab olaraq Şamaxı regional "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən X4 məxsus iki fərqli doğum akt qeydi məhkəməyə təqdim edilmişdir. Onlardan biri Ağsu rayonu Nuran kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1962-ci il tarixdə, digəri isə Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixdə tərtib edilmişdir. X4 məxsus xx.xx.1968-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamənin verilməsinə əsas olmuş doğum akt qeydi xx.xx.1968-ci il tarixdə 142 nömrə ilə qeyd edilmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçının mərhum qızı barəsində iki fərqli doğum akt qeydinin olması şəxsin hüquqlarının pozulmasına, o cümlədən həmin hüquqların həyata keçirməsinə mane olmamalıdır. İddiaçının doğum akt qeydinin (doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmamış akt qeydi) ləğv edilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağsu rayonu Nuran kənd icra nümayəndəliyi tərəfindən X2 adına qeydə alınmış xx.xx.1962-ci il tarixli, 91 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Şamaxı Regional “Asan Xidmət” X3 üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Ağsu rayonu Nuran kənd icra nümayəndəliyi tərəfindən X2 adına qeydə alınmış xx.xx.1962-ci il tarixli, 91 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Şamaxı Regional “Asan Xidmət” X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar