Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-526/2021 16.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin imtinasını əsassız hesab olunması və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəasinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunması və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi Sabunçu rayon İcra hakimiyyəti başçısının 12/45 saylı 15.05.1992-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının anuni istifadəsindədir. Müvafiq əmlakı adına rəsmiləşdirmək üçün DƏDRX-in 1 saylı və 4 saylı Ərazi İdarələrinə müraciət etmiş, ancaq müsbət nəticə ala bilməmişdir. DƏDRX- in 4 saylı Abşeron Ərazi İdarəsinin imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün lazım olan sənədlər tam deyildir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı notariay qaydasında təsdiq eidlmiş ərizə ilə məhkəməyə müraciət edərək idia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qəgrar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərin idarə tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı məxsus 0.12 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Sabunçu rayon İHB-nin 15 may 1992-ci il tarixli, 12/45 nömrəli qərara dair torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin bas planı və təsdiq edilmiş ayrıc aktı ərizəyə əlavə edilməmişdir. Bundan başqa torpaq sahəsinin yerləşmə sxeminin müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməmiş, sözügedən sxemdə qeyd edilən döngə koordinatları ilə faktiki torpaq sahəsinin döngə koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. İş materiallarında olan: -Sabunçu rayon İcra Hakimiyyəti Başçısının İcra Hakimiyyəti Başçısının 15.05.1992-ci il tarixli 12/45 saylı sərəncamından görünür ki, Bilgəh qəsəbəsi, ”Azərbaycan qadını” küçəsi 21 saylı sahədə yerləşən 1200 kv m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının verdiyi 27.08.2020-ci il tarixli BA-00325-2020 saylı məktubundan görünür ki, X1 torpaq sahəsi ayrılması barədə Sabunçu rayon İHB-nın arxiv fondu üzrə 12/45 saylı 15.05.1992-ci il tarixli qərarının təsdiq edilmiş surəti göndərilir. Qərara cizgi əlavə edilməmişdir. - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının İ müavini G.Məmmədovun 21.09.2020-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon İHB 15.05.1992-ci il tarixli 12/45 saylı qərarından görünür ki, X1 Bilgəh qəsəbəsi, ”Azərbaycan qadını” küçəsi 21 saylı sahədə 1200 kv m torpaq sahəsi ayrılmış və ona dair torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. -DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin 21.10.2020-ci il tarixli cavab məktubundan görünür ki, sözügedən daşınmaz əmlakın elektron kadastr baza məlumatına və yeni sərhəd məlumatlarına əsasən Abşeron rayon ərazi hüdudları daxilində yerləşdiyindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinin ayrılmasına dair sərəncama torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin bas planı və təsdiq edilmiş ayrıc aktı ərizəyə əlavə edilməmişdir. Bundan başqa torpaq sahəsinin yerləşmə sxeminin müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməmiş, sözügedən sxemdə qeyd edilən döngə koordinatları ilə faktiki torpaq sahəsinin döngə koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 1992-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Həmin maddənin tələbinə görə ərizəyə bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi vədövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin ərizəyə yerli icra hakimiyyətinin sərəncamı əlavə edilmişdir. Torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sərəncama ilkin olaraq ayrıc aktı əlavə edlməmişdir. Lakin sonradan iddiaçının müraciətinə əsasən torpaq sahəsini ayıran orqan tərəfindən torpaq sahəsinin mə sxemi tərtib olunaraq cavabdeh idarəyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan həmin sxemin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyinə istinad etsə də, məhkəmə qeyd edir ki, həmin sxem memarlıq və tikinti şöbəsinin tabe olduğu lerki icra hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir və mötəbər hesab edilməməsi üçün hər hansı əsas mövcud deyildir . Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh təqdim olunan sxemdə qeyd olunan döngə koordinatları ilə faktiki torpaq sahəsinin döngə koordinatları arasında yğunsuzluq olmasını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyedtri haqqında” Qanunun 8.0.1-ci madəsində təsbit olunmuş şərt iddiaçı ərəfindən ödənildiyindən, onun İPM-nin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehin imtinası əsassız hesab olunmalı və Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 21 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-526/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-526/2021
16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver