Məhkəmə qərarları › İş №2-1(118)-526/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-526/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-526/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli 2-1(112)-8172/2022 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə MQS” MMC-də borcu quraşdırıcı vəzifəsində işləmiş və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə uyğun olması həmin müəssisə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 284L nömrəli arayışında göstərilmişdir.Lakin Cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulmuş güzəştli iş stajının hesablanması zamanı pozuntulara yol verilmiş və əsassız olaraq mənim guya güzəştli iş stajımın 12 il 6 aydan az, yəni 9 il 7 ay (xx.xx.2012xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) olduğu göstərilmişdir və bu əsasla ona güzəştli şərtlərlə yaşa gprə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, cavabdeh Filial tərəfindən 06 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli iş stajının olmaması, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az oİmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasmın dublikatında və "xxxx" MMC-nin 14 dekabr 2020-ci il tarixli 284L nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə həmin müəssisədə işlədiyi boru quraşdırıcı vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyaşı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının Ümumi peşələr bölməsində (35) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər təşkil edir.Digər tərəfdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45176,04 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36950,24 manat təşkil edir. Cavabdehin nümayənəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. - xx.xx.1979-cu il tarixli attestatdan görünür ki,İddiaçı xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbində təhsil almışdır. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. -İddiaçının adına xx.xx.2002-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.2004-cü il tarixlərdə MNK İB Mərkəzi İstehsalat Xidməti Bazasında,xx.xx.2004-xx.xx.2005-ci il tarixlərdə X7 İdarəsi QMB-də, xx.xx.2005xx.xx.2008-ci il tarixlərdə “X10” ASC-də, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə Neft Kəmərləri İdarəsində,xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə X3 LTD-də,xx.xx.2012-ci il tarixdə H.Əliyev adına Bakı Neft Emalı zavodunda işə başlamış, hazırki tarixədək orada işləyir. - MQS MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 284 L saylı arayışdan görünür ki, MQS” MMC-də xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək boru quraşdırıcısı işində, polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq işləmişdir.İddiaçı icra etdiyi - rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublika NK-nin xx.xx.2007-ci il tarixli 12 saylı qərarını ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə uyğundur. - Məhkəmənin sorğusuna əsasən SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X6 istehsalat X1 Xidməti Bazasında və X6 idarəsinin Abşeron Rayon Neft Kəmərləri İdarəsində “Texniki qurğuların təmin üzrə çiiingər" və “Texniki avadanlıqiarın təmiri üzrə çiiingər” peşələrində işləmişdir. Hər iki peşənin funksiyaları eyni olduğu üçün, sonradan bu peşələr 'Texnoloji qurğuların təmiri üzrə çilingər" peşəsi adlandırılmışdır. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf'nda göstərilmiş peşələrə uyğun deyildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1993-cü il tarixli 21 saylı əmrinə əsasən X4 Kəmərləri idarəsi ləğv edilərək onun bazasında X6 Baş İdarəsi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1994-cü il tarixli 13 saylı əmrinə əsasən X6 Baş idarəsi ləğv edilərək onun bazasında X6 İstehsalat Birliyi yaradılmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 03,2003-cü il tarixli 25 saylı əmrinə əsasən X6 istehsalat Birliyi ləğv edilmiş və onun bazasında Neft Kəmərləri İdarəsi yaradılmışdır. - Məhkəmənin sorğusuna əsasən SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X8 15 №-li sahənin texnoloji qurğuların təmiri üzrə çilingəri İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışı məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, ddiaçı İddiaçı boru quraşdırıcısı peşəsində işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsinin "xxxx" ASC-nin fəaliyyət sahəsi ilə eynilik təşkil etmədiyinə görə həmin peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Yusif Sədi oğlu X5 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 26 iil 8 ay 9 gün (xx.xx.2006-cı il tarixədək 15 il 4 ay 9 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). xx.xx.2006-cı il tarixindən sonra 11 ii 4 ay sığorta stajı, güzəştli iş stajı isə 9 ii 7 ay (xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən İddiaçı işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının ümumi iş stajı tamamlansa da, tələb olunan 12 il ay stajı toplanmamışdır. Belə ki, cavabdeh düzgün olaraq onun “X9” ("xxxx") MMC-də işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrləri onun sosial sığorta stajına qəbul etməmişdir. Həmin müəssisə tərəfindən verilən arayışa görə iddiaçı həmin müəssisədə boru quraşdırıcısı işində, polad poruların quraşdırılması peşəsində işləmiş və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə uyğun olduğunu qeyd etmişdir. Hansı ki, istinad olunan Qərarın 35-ci bölməsində “boru quraşdırıcısı” peşəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar