Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5261/2025 04.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “ASAN Xidmət” X8 qarşı iş üzrə (Açar sözlər: doğum akt qeydində düzəliş edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “ASAN Xidmət” X8 qarşı “iddiaçının xx.xx.1953-cü il tarixli, 306 nömrəli doğum akt qeydində adının "Laləxanım"dan "Laləzar"a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.1953-cü il tarixli, 306 nömrəli doğum aktında adının "Laləxanım"dan "Laləzar"a dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional "Asan Xidmət" X8 müraciət edərək xx.xx.1953-cü il tarixli 306 nömrəli doğum aktı qeydində uşaq haqqında məlumat qrafasında adının "Laləxanım"dan "Laləzar"a dəyişdirilməsini xahiş etmişdir. Qeydiyyat Şöbəsinin 15 mart 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli məktubu ilə (məktubun surəti əlavə olunur) bildirilmişdir ki, qeyd edilən dəyişikliyin Qeydiyyat Şöbəsi tərəfindən edilməsi mümkün deyil. İddiaçının adı şəxsiyyət vəsiqəsində (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunur), nigah haqqında şəhadətnaməsində (şəhadətnamənin surəti əlavə olunur), övladlarının doğum haqqında şəhadətnaməsində (şəhadətnamənin surəti əlavə olunur), orta təhsil haqqında 8 (səkkiz) illik şəhadətnamə (şəhadətnamənin surəti əlavə olunur), orta təhsil haqqında 10 (on) illik atestatında (atestatın surəti əlavə olunur), habelə daşınmaz əmlakın dövlət reyestrindən bir sıra çıxarışlarda (çıxarışların surəti əlavə olunur) məhz "Laləzar" qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsindəki digər məlumatın dəyişdirilməsi üçün müraciət zamanı doğum aktına istinad zərurəti yaranmış və doğum aktında adın "Laləxanım" qeyd olunduğu ortaya çıxmışdır. Bu hal isə şəxsiyyət vəsiqəsindəki digər məlumatların dəyişdirilməsində çətinlik yaradır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən **********40, **********39, **********38, **********37 nömrəli çıxarışlardan görünür ki, iddiaçının adı X6 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ İİİ 567936 saylı, V ЖГ 356334 saylı, X ЖГ 264359 saylı, Xİİ ЖГ 497773 saylı doğum haqqında şəhadətnamələrdə ana qrafasında iddiaçının adı Laləzar olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş səkkizillik təhsil haqqında A3 №438495 saylı şəhadətnamənin, orta təhsil haqqında A3 № 384388 saylı attestatın, evlənmək haqqında A3 №199496 saylı şəhadətnamənin, AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətində iddiaçının adı Laləzar olaraq qeyd edilmişdir. 1953-cü il tarixli, 306 saylı doğum akt qeydində iddiaçının adı Laləxanım olaraq qeyd edilmişdir. 15 iyul 1972-ci il tarixli, 2 saylı nikahın bağlanması haqqında akt qeydində iddiaçının adı Laləzar olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 02 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən sorğuda göstərildiyi kimi “Laləzar” deyil, Lələxanım Əzizovanın (Haqverdiyevə) doğumu, eləcə də X7 Haqverdiyev ilə nikahı, habelə bu nikahdan doğulmuş övladları Səlim Haqverdiyevin, Lütfiyyə Haqverdiyevanın və Alidə Haqverdiyevanın doğumu haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurəti təqdim olunmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı xx.xx.1953-cü il tarixli, 306 nömrəli doğum aktında adının "Laləxanım"dan "Laləzar"a dəyişdirilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının övladları X4 AZ İİİ № 567936 saylı, X2 V-ЖГ 356334 saylı, X3 X-ЖГ 264359 saylı, X1 Xİİ-ЖГ 497773 saylı doğum haqqında şəhadətnamələrdə ana qrafasında iddiaçının adı Laləzar olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 02 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən sorğuda göstərildiyi kimi “Laləzar” deyil, Lələxanım Əzizovanın (Haqverdiyevə) doğumu, eləcə də X7 Haqverdiyev ilə nikahı, habelə bu nikahdan doğulmuş övladları Səlim Haqverdiyevin, Lütfiyyə Haqverdiyevanın və Alidə Haqverdiyevanın doğumu haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. 1953-cü il tarixli, 306 saylı doğum akt qeydində və 15 iyul 1972-ci il tarixli, 2 saylı nikahın bağlanması haqqında akt qeydində iddiaçının adı Laləzar, soyadı evlənənədək Əzizova, evləndikdən sonra Haqverdiyeva olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən **********40, **********39, **********38, **********37 nömrəli çıxarışlardan görünür ki, iddiaçının adı X6 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş səkkizillik təhsil haqqında A3 №438495 saylı şəhadətnamənin, orta təhsil haqqında A3 № 384388 saylı attestatın, evlənmək haqqında A3 №199496 saylı şəhadətnamənin, AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətində iddiaçının adı Laləzar olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sənədlərdə bu cür səhvlərin olması iddiaçıya konstitusion hüquqların, əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən:
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1953-cü il tarixli, 306 nömrəli doğum akt qeydində adının "Laləxanım"dan "Laləzar"a dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova