Məhkəmə qərarları › İş №2-1(118)-5262/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5262/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5262/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Əirzəçi İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevidən şikayət ərizəsinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciə edərək Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev, köməkçiləri Aqşin Mehdiyev və Eldəniz Həsənovun ona şər və bphtan atdıqlarına görə Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələrinə əsasən cəzalanmaları barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etdi və izah etdi ki, o, anasının ölüm işi ilə bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunmuşdur, o yaxın günlərdə gələcəyini bildirsə də, həmin gün hem bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Daha sonra o, şikayət etdikdə rəis Fəqan Azadəliyevin qanunsuz göstərişinə əsasən 1-ci Polis Bölməsinə dəvət edilmiş və orada polis əməkdaşlarınnı zorakılığı və təcavüzünə məruz qalmışdır. Cavabdehin nümayəndəsi ərizəni qəbul etməyərək ərizənin inzibati prosessual qanunvericiliyi çərçivəsində baxılmasının mümkün olmadığını bildirdi və ərizənin mümkün sayılmaması barədə qərardad çıxarımasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Ərizənin məzmunundan göründüyü kimi İddiaçı tələbi cinayət təqibi ilə bağlıdır və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada araşdırılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti cinayət təqibindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və onun köməkçiləri Eldəniz Həsənov və Aqşin Mehdiyevdən şikayət ərizəsi mümkün sayılmamalı, ərizəçiyə müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və onun köməkçiləri Eldəniz Həsənov və Aqşin Mehdiyevdən şikayət ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar