Məhkəmə qərarları › İş №2-1(118)-5266/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5266/2025

22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5266/2025 22.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun adına Cavabdeh tərəfindən tərtib edilmiş nikah haqqında akt qeydinin kişi qrafasında ata adının “Həşim”dən “Balami”yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Şabran rayon Dağquşçu kəndində anadan olmuş, xx.xx.2000-ci ildə Cavabdehndə X2 ilə nikaha daxil olmuş, lakin nikaha daxil olduğu zaman təqdim etdiyi XXVİ-JQ seriyalı 719073 nömrəli pasportumda ata adının “Balami” əvəzinə səhvən “Həşim” yazılması səbəbindən nikah akt qeydinə də ata adı “Balami” əvəzinə səhvən “Həşim” yazılmışdır.Bildirir ki, onun bütün sənədlərində ata adını düzgün olaraq “Balami” yazılmışdır.O, Cavabdehnə xx.xx.2025-ci ildə həmin səhvin düzəldilməsi üçün müraciət etmiş, lakin Cavabdeh tərəfindən ona dəyişiklik üçün heç bir əsas olmadığını bildirərək imtina məktubu verilərək məhkəməyə müraciət etməyimi tövsiyyə etdilər.Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Lakin, iddiaçıya imtina məktubla bildirmişdir ki, “Sizin adınıza Cavabdehndə tərtib edilmiş 184 saylı, xx.xx.2000-ci il tarixli nikah haqqında akt qeydində ata adınızda dəyişiklik edilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərək dəyişikliyə heç bir əsas olmadığı müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada məhkəməyə şikayət edilə bilər. Nəzərinizə çatdırırıq ki, dəyişikliyə heç bir əsas olmadığı üçün qeydiyyat şöbəsində müvafiq dəyişiklik edilməsi mümkün olmamışdır”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 07 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 122 nömrəli məktub, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, nikah haqqında şəhadətnamənin surəti, Cavabdehndə tərtib edilmiş 184 saylı, xx.xx.2000-ci il tarixli nikah haqqında akt qeydinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehndə tərtib edilmiş 184 saylı, xx.xx.2000-ci il tarixli nikah haqqında akt qeydində iddiaçının ata adı Həşim kimi yazılmış, habuki iddiaçının ata adı Balamidir. Nikah haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi üçün cavabdehə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən onun müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçının ata adı Balamidir və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. İşin araşdırılan hallarını nəzərə alan məhkəmə tələbin təmin edilməsini məqsdəmüvafiq hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 184 saylı, xx.xx.2000-ci il tarixli nikah haqqında akt qeydində iddiaçıya aid müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 184 saylı, xx.xx.2000-ci il tarixli nikah haqqında akt qeydinin kişi qrafasında iddiaçının ata adının “Həşim”dən “Balami”yə dəyişiklik edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar