Məhkəmə qərarları › İş №2-1(118)-527/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-527/2020

21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-527/2020 21.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilk hərbi xidmətini Ukrayna Respublikasında N986-N988-ci illərdə başa vurub, Vətənə geri dönmüşdür. Dövlətimiz düşmənlərlə vuruşduğu bir dövrdə o öz vətəndaşlıq borcunu və vətənə olan sevgidən hamı kimi vətən uğrunda canını fəda verməyə hazır olmuş. Ona görə də N992-ci ilin dekabr ayında Vətənin müdafiəsinə yollanmışdır. Onu Sumqayıt Hərbi komissarlıq tərəfindən Gəncədə yerləşən N saylı Hərbi hissəyə göndərilmiş və döyüşlərdə iştirak etmişdir. N993-cü ilin yanvarın N0-da Ağdərədə gedən döyüşlərdə sol çiynindən yaralanmış, onu Musa Nağıyev adına xəstəxanaya gətirmişlər və orada müalicə olunmuşdur. Mart ayının axırları xəstəxanada müalicə olunub yenidən öz hərbi hissənə qayıtmışdır. Bu barədə xəstəxananın ona verdiyi forma №27-də öz əksini tapmışdır. O, yenidən Gəncəyə öz hərbi hissəsinə qayıtdıqda görmüş ki, N saylı hərbi hissənin nömrəsi dəyişilib, N9 saylı hərbi hissə olmuşdur. Həmin hərbi hissədə qulluq edərkən Ağdam döyüşlərində iştirak etmiş və N993-cü ilin avqust ayının axırları məzuniyyətə evə gəlmişdir. Bir müddətdən sonra geri qayıdanda isə yenidən hərbi hissənin yerini dəyişmişdirlər. O, Beyləqanın Allahyarlı kəndinə getmiş və ora çatanda bilmiş ki, hərbi hissənin nömrəsi dəyişilib N saylı hərbi hissə olub. Beyləqanda olarkən də döyüşlərdə iştirak etmişdir. N994-cü ilin yanvarında Füzulidə gedən döyüşlər zamanı yenidən ikinci dəfə sağ ayağından yaralanmışdır. ( Müdafiə Nazirliyi Arxivində N saylı hərbi hissədə olduğu barədə məlumat var. Amma yaralanmağım barədə məlumat olmadığı üçün epikriz verməmişlər, bu isə onun günahı deyil, Arxivdən itib). Xəstəxanada müalicə olunduqdan sonra yenidən N saylı hərbi hissəyə qayıtmış. N995-ci ilin aprel ayının N8-ə kimi vətənə xidmət etmiş, həmin vaxtlarda ailə vəziyyəti pis olduğu üçün məzuniyyət istəmiş, lakin hərbi hissə komandiri icazə verməmişdir. O da hərbi hissəni öz başına tərk etmişdir. xx.xx.N997–ci ildə H.D.Q Hərbi Məhkəməsinin hökmü ilə 243.226 saylı maddəsi ilə NN il, xx.xx.2003-cü ildə isə Əzizbəyov Məhkəməsinin qərarı ilə NN il, N0 il müddəti ilə əvəz olunmuşdur. xx.xx.2006-cı ildə isə 35N saylı xx.xx.2006-cı ildə Ali Baş Kamandanın əfv fərmanına əsasən çəkilmiş cəzadan azad olunmuşdur. Cəzanın çəkdiyi müddətdə vərəm xəstəliyinə tutulmuş və hal–hazırda da xəstəlikdən əziyyət çəkir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Müdafiə Nazirliyi İşlər X2 xx.xx.20N9–cu il tarixli 9/2-NN975 N–li arxiv arayışından görünür ki, X5 Məntəqəsindən gəlmiş İddiaçı N N–li hərbi hissə komandirinin əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, xx.xx.N995-ci il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün ərazaq təminatından çıxarılmışdır. Arayışdan məlum olur ki, iddiaçı yanvar N994-cü il tarixədək də hərbi hissəni tərk etmişdir. Çünki, X5 Məntəqəsinə əvvəllər xidmət yerini və ya hərbi hissəni tərk etmiş hərbi qulluqçular qəbul edilir və yenidən hərbi hissələrə göndərilirdilər. İddiaçı döyüş şəraitində olan hərbi hissəni özbaşına buraxıb getdiyinə görə azadlıqdan məhrun etmə cəzasına məhkum olunmuş, hərbi xidmətdən qanuni əsaslana ehtiyata buraxılmamışdır. İddiaçı hərbi xidmətdən qanuni əsaslana buraxılmadığına görə iddiaçının iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X4 İdarəsinin xx.xx.20N9-cu il tarixli məktubları və ******* nömrəli Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və sairə sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.N-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N9 və N nömrəli hərbi hissələrin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının təxris olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların etiraf edərək bildirmişdir ki, anası güclü xəstələndiyinə görə Hərbi Hissə komandirindən icazə istəmiş, lakin icazə verilməmiş və ona görə hərbi hissəni tərk etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X4inin məlumatlarında N9 N-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 37 N-li əmrilə sıravi İddiaçı xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir; N9 N-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N09 N–li əmrində sıravi İddiaçı xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir; N N-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N8 N-li əmrində X5 Məntəqəsindən gəlmiş, Sumqayıt ŞHK-dan çağırılmış, N968-ci il təvəllüdlü, sıravi İddiaçı Ətraf oğlunun xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır; xx.xx.N995-ci il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Sumqayıt ŞHK-dan çağırılmış, N968–ci il təvəllüdlü, N MAT-un sıravisi İddiaçı N N-li hərbi hissə komandirinin xx xxxx N995-ci il tarixli N85 N-li əmrilə ərzaq taminatından çıxarılmışdır. Beləliklə iddiaçı qanuni əsaslarla tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar