Məhkəmə qərarları › İş №2-1(118)-528/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-528/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-528/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi X1 iştrakı ilə, İddiaçı Anatoliy oğlunun cavabdeh Qusar rayon İcra Hakimiyyətinin Aparatının Memarlıq və Tikinti şöbəsinə və üçüncü şəxs X6 qarşı “X9 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Anatoliy oğlu cavabdeh Qusar rayon İcra Hakimiyyətinin Aparatının Memarlıq və Tikinti şöbəsinə və üçüncü şəxs X6 qarşı “X9 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədbəyov X7 şəhəri, Xammədov küçəsi 97 ünvanında 800 kvadrat metr torpaq sahəsini Qusar Bələdiyyəsindən 18 mart 2003–cü il tarixli N 4/4–12 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün satın alıb. Onun qonşuluqda 2019-cu il yanvar ayında X9 400 kvadrat metr torpaq sahəsini (30 x 13,5 metr) notariat qaydada satın alıb. Qasımov.T.S. aldığı 400 kvadrat metr torpaq sahəsində bütövlükdə bir katlavan qazmış, Katlavan qazarkən 1 metr onun torpaq sahəsinə müdaxilə etmişdir. Təqdim etdiyi fotoşəkillər də bunu aydın göstərir. Qasımovun bu hərəkəti barədə o, Qusar rayon Polis şöbəsinə məlumat vermiş, ancaq bundan sonra o, öz sərhədində binanın təməlini atmışdır. İddiaçı görəndə ki, Qasımov binanın təməlini torpağının sərhəddindən atır, bununla da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 80–ci maddəsinin əsasən barəsində məlumatlandırma icraatı edilən yaşayış evlərinin münasibətində–divar hündürlüyünün 0,3 hissəsini buraxılmalıdır. Bu dövlət qanunu bir daha 3-cü şəxsin nəzərinə çatdırmışdır. Eyni zamanda həmin şəxsin yaşadığı evə poçt vasitəsilə sifarişli məktub da göndərmişdir. Məktubda xahiş etmiş ki, tikdiyi binanı Məcəllənin müvafiq maddələrinə uyğun olaraq tiksin. Həmin şəxs nəinki ara məsafəsi buraxmaq fikrində deyildi, hətta onların torpaq sahəsinə də göz tikmişdi. Təqdim etdiyi fotoşəkildə bütün bunlar aydın görünür. Katlavanı qazarkən onun torpaq sahəsinə bir metr müdaxilə etmişdir. Onun təklifinə Qasımov məhəl qoymadı və demişdir ki, onun əlində Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri ilə razılaşdırılmış cizgi, eskiz layihə var və binanı həmin layihə üzrə tikir. Layihəni mənə təqdim etdi. O, Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Samxanov Şahbaza müraciət etmiş və ona bildirmiş ki, Qasımov.T ara məsafə saxlamadan bina inşa edir. Binanın eni uzunu aldığı torpaq sahəsinin eni uzunu eynidir, ona görə də ara məsafəsi saxlamır. Cavab olaraq Saruxanov Şahbaz ona təklif etmiş ki, o Qasımov T.S. ilə notariat qaydada razılaşma müqaviləsi bağlasın və Qasımov binanı həmin layihə üzrə tiksin. Razılaşdırılmış layihə, cizgi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 80-ci maddələrinin tələblərinə zidd olaraq tərtib edilmişdir. O, Qasımov.T.S-ya yenidən təklif etmiş ki, hələ gec deyil, qanun üzrə layihəni dəyiş və onlar iki qonşu notariat qaydada müqavilə bağlayaq, ancaq Qasımov.T yenə də onun təklifini rədd etmişdir. Yuxarıda göstərilən faktlar üzrə o, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev cənablarına müraciət etmiş və onun 01 may 2019-cu il tarixli ərizəni yoxlanılması üçün Qusar RİHB Aparatına və surətini onun ünvanına göndərmişlər. Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri Saruxanov Şahbaz onu Qasımovun tikintisinə dəvət etmiş və nəticədə Qasımovun tikintisində heç bir qüsur, çatışmazlıq olmamasını bildirdi. Sonradan onu Qusar RİHB Aparatına dəvət etmiş və tələb etmiş ki, o, izahat yazıb təsdiq etsin ki, Qasımov Tahir tikintisində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin heç bir tələbini pozmayıb və ara məsafə saxlayıb. O Saruxanovun təklifinə imza atmamışdır. Saruxanovun yoxlamasından sonra Qusar RİHB Aparatının sosial-iqtisadi inkişafın təşkili şöbəsinin müdiri Zoya Eldarova imzası ilə 18 iyul 2019-cu il tarixli N 3-636 məktubla cavab vermişdir ki, Qasımov T.S. özünə məxsus torpaq sahəsində zirzəmi və bir mərtəbədən ibarət fərdi yaşayış evi tikir və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evi məsafə saxlamaqla inşa edir və Qasımov T heç bir qanun pozuntusu etməmişdir. Halbuki, Qasımov Tahirin tikdiyi bina Zoya Eldarovanın imza etdiyi məktubda göstərildiyi kimi zirzəmi ilə bir mərtəbəli deyil, faktiki zirzəmi ilə iki mərtəbəli binadır. İkinci bina qəti olaraq fərdi yaşayış evi deyil, tamam ayrı məqsədə qulluq edəcək. Uzunluğu 29 metr, eni 13,5 metr olan binanın sağında və solunda cəmi 8 balaca pəncərə inşa edilib. İçəridə otaqlara oxşar heç nə yoxdur. Faktiki tikilmiş bina zirzəmi ilə iki mərtəbədən ibarətdir. Cizgi eskiz layihə də iki mərtəbədən ibarətdir və 8 pəncərənin olması cizgi və layihədə də öz əksini tapmır. Sual yaranır, belə cavab məktubu hazırlayan Qusar RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin müdirinə nə ad qoymaq olar? Nəyə əsasən belə qənaətə gəldiyi bəlli deyil. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də aydın görünür ki, bina zirzəmi ilə iki mərtəbəlidir və heç də fərdi yaşayış evinə oxşamır. Qusar RİHB Aparatında belə bir cavab aldıqdan sonra o, yenidən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və vəziyyəti izah etmişdir. Komitənin hüquq şöbəsində ona məsləhət bilmişlər ki, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etsin. Qasımovun torpaq sahəsi hələ ona satılmamış, notariatda qeydə alınmamış, ona izah olunmuşdur ki, küçə tərəfdə olan hasar iddiaçıya məxsusdur. Hasar profnastildən və 50 mm turbalardan, Rusiya istehsalı olan profildən ibarət olmuş, Darvazanın materiallarını Qasımovun prorabı, Murad adında şəxs söküb naməlum tərəfə aparıb. Faktiki oğurlayıb. 6 aydan sonra materialların bir hissəsini avqust ayında 2019-cu il gecə ikən küçə tərəfdən onların qapısına atmışlar. Qeyd etdi ki, qalan hissəni- 1. Profil rus istehsalı 20 mmx40 mm-33 m qiyməti, 1,95 man=64 manat; 2. Dayaq turbalar rus istehsalı diametri 50 mm hündürlüyü 3 m x 6 ədəd–18 m qiyməti 1m x 6 manat (18 metr x 6 man)=172 manat; 3. Profnastil 6 ədəd x 2m x 1,30m=12,78 kvadrat metr qiyməti 8 man=108 manat, cəmi hasarın materialı 344 manat ümumiyyətlə ona qaytarılmamışdır. Ərizə ilə Qusar RİHB müraciət etdim ki, bir tək evinin damını dəyişsinlər. Ona görə ki, Qusar şəhərində mansardlı bina məqsədə müvafiq deyil. Adi dam qoyulması daha əlverişlidir. Onu da qərəzli şəkildə icra etməkdən imtina etdilər. Onlar tərəfindən verilən 31 oktyabr 2019-cu il tarixli 3–921 nömrəli imtina məktubundan da görünür ki, onlar dediklərinə görə Qusar şəhəri, A.Xammədov küçəsində ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin eskiz layihəsinə münasibət bildirilməsi üçün 2015-ci ildə müraciət etmişdir və onun tərəfindən təqdim olunmuş eskiz layihə İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. 2015-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən çıxmaqla fərdi yaşayış evi qonşusu Sevil Güləliyevanın evindən hündürlüyə qaldıraraq onunla qonşuluq münasibətlərinə xələl gətirirsiniz. Qonşusu həm İcra Hakimiyyətinə, həm də FHN–nə şikayət ilə müraciət etmişdir. Qeyd etdi ki, qonşunun evi ümumi hasardan 7 metr içəri tərəfdədir. Onun tikdiyi yer ev deyil. Sonradan tikdiyi maşın, xalça yuma sexidir. O da öz binasını tikəndə 2008–ci il tarixdə razılaşdırıb tikməyə başlamışdır. O həmin binanı onaların bu sexi tikməyindən 5 il qabaq tikmişdir. O, necə bilə bilərdi ki, onlar tərəfindən 5 il sonra belə bir, bəlkə də qanuni əsası olmayan sex tikiləcək. 2014-cü il tarixdə bir layihə. 2015–ci il tarixdə başqa bir layihə razılaşıdırıb. 2015-ci il tarixdə də İcra Hakimiyyəti Memarlıq şöbəsi ilə razılaşdırıb hazırki binanı tikir. Hər dəfəsində binanın eni və uzunun tikildiyi yeri dəyişdirmədən, İH ilə razılaşdırılmış qaydada tikinti işləri aparmışdır. 2019–cu il tarixdə yeni layihə vermişdir ki, damı dəyişsin. Qeyd etdi ki, evin heç bir otağını və hissəsini dəyişməmiş və bir tək damı dəyişmişdir. Bu o demək deyil ki, o kiminsə hansısa tikintisinə və sairə xələl gətirmişdir. Onun tərəfindən yerində araşdırma aparılmış və ona dəfələrlə bildirilmişdir ki, fərdi yaşayış evi İH ilə razılaşıdırılmamış layihəyə uyğun tikilməməlidir. Ona görə də İH fərdi yaşayış eviniz tikiləndən sonra təqdim etdiyiniz layihəni razılaşdırmadan geri qaytarır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barəsində qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamına cavab olaraq bildirilmişdir ki, İddiaçı Anatoli oğlu 2008-ci ilin aprel ayında Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək özünə məxsus Qusar şəhəri A.Xammətov küçəsındəki 0.08 ha torpaq sahəsində təqdim olunmuş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verməsini xahiş etmişdir.10 aprel 2008-ci il tarixdə Qusar rayon icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Anatoli oğluna həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və fərdi yaşayış evinin eskiz layihəsi rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İddiaçı Anatoli oğlu 2015-ci ildə həmin torpaq sahəsində tikilən fərdi yaşayış evinin layihəsində dəyişiklik edilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən onun yeni layihəsini də razılaşdırmaqla qaytarmışdır. Lakin o, Qusar şəhəri A.Xammətov küçəsində tikdiyi fərdi yaşayış evini özünün təqdim etdiyi və 2015-ci ildə rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla tikmişdir.Tikinti işləri aparılarkən İddiaçı Anatoli oğlunun yaxın qonşusu Sevil Güləliyeva rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 X10 Müfəttişliyinə şikayət etmişdir. Şikayətlə əlaqədar həm rayon İcra Hakimiyyətinin, həm də Azərbaycan Respublikası FHN–nin Tikintidə X8 X10 Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və İddiaçı Anatoli oğlu tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllərinin tələbləri pozulmaqla, yəni rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Həm rayon İcra Hakimiyyəti tərəfİndən , həm də Azərbaycan Respublikası FHN-nin Tikintidə X8 X10 Tikinti Müfəttişliyi tərəfindən S.Məmmədovdan fərdi yaşayış evinin özü tərəfindən təqdim edilən və rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun tikilməsini tələb edilmişdir. Lakin İddiaçı fərdi yaşayış evini özünün istədiyi kimi tikmiş və tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinin layihəsinin razılaşdırılması üçün 14 oktyabr 2019-cu il tarixli ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş 31 oktyabr 2019-cu il tarixli cavab məktubunda 2015-ci ildə razılaşdırılmış layihədən kənara çıxmaqla qonşu ilə ara məsafəsi saxlanılmadan fərdi yaşayış evini inşa edildiyi, qonşu Sevil Güləliyevanın evindən hündür qaldıraraq onunla qonşuluq münasibətlərinə, həmçinin şəhərin memarlıq üslubuna xələl gətirdiyini bildirmişdir. Həmçinin, X3 şəhəri A.Xammətov küçəsində özünə məxsus torpaq sahəsində rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla zirzəmi və iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etmişdir. T.Qasımov tərəfindən fərdi yaşayış evi inşa edilərkən İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası FHN–nin Tikintidə X8 Agentliyinə, rayon İcra Hakimiyyətinə, rayon Polis şöbəsinə şikayət məktubları yazmaqla T.Qasımov tərəfindən ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edilməsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evinin ara məsafəsi saxlanılmadan tikilməsi barədə dəfələrlə müraciətlər etmişdir. İddiaçı şikayəti özünün iştirakı ilə rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası FHN-nin Tikintidə X8 X10 Tikinti Müfəttişliyinin, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılmış və ona həmin qurumlar tərəfindən yazılı cavablar verilmişdir. Bir daha bildiririk ki, T.Qasımov fərdi yaşayış evini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən ara məsafəsi saxlanılmaqla inşa etmişdir. T.Qasımov tərəfindən İddiaçı məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması faktı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı Anatoli oğlunun X6 və Qusar rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə qarşı öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair iddia tələbi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh qismində Qusar rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti Şöbəsi göstərilmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə iddia tələbində cavabdeh qismində İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi göstərilməsini məqsəd müvafiq hesab etmədi. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh qismində İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi göstərildiyi tədqirdə həmin qurumun inzibati orqan olmaması səbəbindən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olmayacaq. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Qusar rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsidir ki, bu da inzibati orqan kateqoriyasına daxil deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla tənzimlənir.Belə ki, həmin qərarın 3-cü fəslinin 1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçılarının yanında olan dövlət büdcəsindən maliyyələşən orqanlar inzibati orqanlar hesab edilir. Göründüyü kimi qeyd olunan qərarda yerli icra hakimiyyəti başçılarının yanında dövlət büdcəsindən maliyyələşən orqanlar nəzərdə tutulur. Lakin adındanda göründüyü kimi hazır ki, iddia tələbi üzrə cavabdeh olan memarlıq və tikinti şöbəsi ayrıca orqan kimi yerli icra hakimiyyətinin yanında deyil, yerli icra hakimiyyətinin nəznində fəaliyyət göstərir.İddiaçı iddia tələbində cavabdehin Memarlıq və Tikinti şöbəsini cavabdeh qismində göstərdiyinə gətiediyi dəlil ondan ibarətdir ki, qeyd olunan şöbə tikintiyə icazə vermək səlahiyyətindədir. Bununla bağlı iddiaçı məhkəməyə nümünə olaraq bir neçə tikintiyə icazə sənədi təqdim etmişdir.Məhkəmə tərəfindən bu arqument araşdırılaraq müəyyən edildi ki, həqiqətəndə Qusar rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi tikintiyə icazə sənədi vermişdir.(bax iş materiallarına əlavə edilmiş 60 saylı 31 dekabr 2011-ci il tarixli icazə sənədinə). Hazlr ki, iddia tələbi üzrə cavabdeh qismində Qusar rayon İcra hakimiyyəti olduğu tədqirdə qeyd olunan iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olardı. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Qusar rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsi qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qusar rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinə qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Anatoliy oğlunun cavabdeh Qusar rayon İcra Hakimiyyətinin Aparatının Memarlıq və Tikinti şöbəsinə və üçüncü şəxs X6 qarşı “X9 tərəfindən “yaşayış evi” adı altında tikilmiş binanın tikinti normalarını pozmaqla tikilməsinin ekspertiza keçirməklə və sairə yollarla müəyyənləşdirilməsi, bu müəyyən olunduğu təqdirdə həmin binanın sökülməsi, onun binası ilə bağlı layihənin razılaşdırılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına” barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar