Məhkəmə qərarları › İş №2-1(118)-528/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-528/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-528/2021 24.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir. 23.02.2008-ci il tarixdə iddiaçıya qeyd etdiyi ünvandakı 0,12 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Bundan iki il sonra o, mülkiyyətində olan qeyd etdiyi torpaq sahəsini hasara almaq istədikdə ona məlum oldu ki, həmin sahənin təxminən 50 m hissəsi yol kimi istifadə edilir. İddiaçı bununla əlaqədar cavabdeh təşkilata müraciət edərək həmin torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsini xahiş etmiş, 07.06.2016-cı il tarixdə plan və ölçü sənədi yenidən tərtib edilərək iddiaçıya verilmişdir. Lakin bu dəfə də ona məlum olmuşdur ki, onun torpaq sahəsinin arxa və yan hissələri qonşu torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı iddiaçı 2018-ci ildə yenidən cavabdeh təşkilata müraciət etmiş, rəsmi cavabla ona bildirilmişdir ki, «Mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama ölçü işləri zamanı torpaq sahəsinin vətəndaş X3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinə dair Məmmədli Bələdiyyəsi və Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarış təqdim edilərsə DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi məsələsinə baxılacaqdır». İddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, caabdeh təşkilat ərizəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərmiş, qeyd etdiyi təşkilat ona imtina cavabı vermişdir. İddiaçı qeyd etdiyi təşkilatın hərəkətindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddia tələbi iddiaya cavab verməli olan cavabdehə qarşı yönəlmədiyi nəzərə alınaraq mümkün sayılmamış və bu barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 12.04.2019-cu il tarixdə 2-1(085)- 670/2019 saylı iş üzrə qərardad qəbul etmişdir. Bundan sonra iddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,12 ha olan torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsi barədə cavabdeh təşkilata 22.10.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, lakin ərizəsi cavabdeh təşkilat tərəfindən indiyə kimi cavablandırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclasında iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin hansı koordinatlar daxilində yerləşməsi barədə Cavabdehnə 28.10.2019-cu il tarixdə daxil olmuş məktuba baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən vətəndaşın mülkiyyətində olan 23.02.2008-ci il tarixli, **********19 reyestr nömrəli, 0.12 ha torpaq sahəsinin müayinə baxışına şərait yaradılmadığı üçün döngə nöqtələrinin koordinatlarını göstərmək mümkün olmamışdır. Belə ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 02.08.2007-ci il tarixdə **********39 reyestr nömrəsi ilə X4 adına qeydiyyatdan keçmiş (0.20 ha) torpaq sahəsinin 0.12 ha hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına 23.02.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və bölgü eskizinə əsasən mövcüd plan-ölçüdəki döngə nöqtələrinin koordinatları ilə plan-ölçü verilmişdir. Sonradan İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsini 26.05.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədində cari dəyişiklik edilmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.m hissəsi **********10 reyestr nömrəsi ilə X5 mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.m hissəsi isə 29.12 23015-ci il tarixli **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq vətəndaşa bildirilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq Məmmədli bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri Baş memar tərəfindən təsdiqlənmiş yerquruluşu xəritəsindən çıxarış (sxem) və azalmaya dair notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi təqdim ediləcəyi təqdirdə faktiki vəziyyətə uyğun olaraq plan-ölçü sənədinə cari dəyişiklik edilməsi məsələsinə baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların X9 ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinin Əsasnaməsinə görə idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycar Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkədən xahiş edilir. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, **********59 saylı, 29 dekabr 2019-cu il nömrəli etirazı, DƏDRX tərəfindən verilmiş **********19 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26.04.2021-ci il tarixli, **********61 nömrəli mütəxəssis rəyi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli **********10 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İş materiallarından görünür ki, X6 0.20 ha torpaq sahəsinin 0.12 ha hissəsini alqısatqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.02.2008-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Lakin cavabdeh inzibati orqan qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı **********19 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 119 kv.m hissəsi **********10 reyestr nömrəsi ilə X5 mülkiyyətində olan 0.10 ha faktiki torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edilməkdədir, 7 kv.m hissəsi isə 29.12 23015-ci il tarixli **********98-10301 reyestr nömrəsi ilə X1 adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, elektron məlumat bazasında iş araşdırılarkən Abşeron rayonu, Məmmədli kəndində yerləşən iddiaçının faktiki istifadəsində olan 0,1089 ha torpaq sahəsinin 0, 0635 ha hissəsi digər şəxslərin çıxarışla mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Bundan başqa məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsinin faktiki yerləşdiyi yerin koordinatlarının müəyyən edilməsi məqsədi ilə cavabdeh təşkilata 04.06.2021-ci ildə məktub göndərilmiş və həmin torpaq sahəsinə müvafiq mütəxəssizlər tərəfindən baxış keçirildikdən sonra İddiaçı Bəxtiyar oğlunun adına olan faktiki torpaq sahəsinin 0.0115 ha hissəsinin X7,0.0085 ha hissəsinin X11 və0.0483 ha hissəsinin X8 mülkiyyətində olan sənəd üzrə torpaq sahələri DWG uyğunsuzluğu nəticəsində üst-üstə düşməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi dövlət reyestrində saxlanan məlumatlara əsasən müvafiq olaraq digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşür. Bu cür qeydiyyat mövcud olduğu halda isə, cavabdeh inzibati orqanın iddiaçının faktiki istifadəsinə uyğun koordinatları müəyyən edən sənəd verməsi mümkün deyil. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların X9 ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Beləliklə, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İddiaçı torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mülkiyyətə dair hüquqları dövlət qeydiyyatına alması inzibati akt deyil, həmin orqan mövcud, qazanılmıış hüquqların dövlət qeydiyyatını aparmaqla hüquqi akt qəbul edir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş bir hüquqdur və ona mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. İddiaçının faktiki istifadə vəziyyətinə uyğun müvafiq dəyişiklik edilməsini cavabdehdən tələbi isə digər şəxslərlə olan mübahisənin vəziyyətindən asılı ola bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilən faktiki vəziyyət mövcud olduğu halda inzibati orqanın plan ölçü sənədində dəyişiklik etmək səlahiyyəti mövcud deyil. Torpaq sahələrinin mövcud mülkiyyət sənədlərində qeyd edilən koortinatlardan fərqli istifadə edilməsi isə qonşular arasında yaranmış mülki mübahisə kimi qiymətləndirlə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 311,00 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Məmmədli kəndində yerləşən və şəxsi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 311,00 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar