Məhkəmə qərarları › İş №2-1(118)-528/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-528/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-528/2022 23.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərdə düzəliş edilərək ata qrafasında 21 iyun 2016-cı ildə anadan olmuş Ağamov Yusifin atasının İddiaçı Əimirzə oğlu olması barədə qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər X1 və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərdə düzəliş edilərək ata qrafasında 21 iyun 2016-cı ildə anadan olmuş Ağamov Yusifin atasının İddiaçı Əimirzə oğlu olması barədə qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən X2 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 iyun 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. həmin nikah dövründə 21 iyun 2016-cı il tarixdə onların Yusif adlı bir uşaqları anadan olmuşdur. xasiyyətləri uyğun gəlmədiyindən D.Ağamova nikahın pozulmasına dair iddia qaldırmış və Qusar rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq anasının himayəsində qalmışdır və ondan hər ay 100 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Bundan sonra iddiaçıya bəlli məlum olmuşdur ki, Yusifin əsil atası o deyildir. Bu faktı D.Ağamova özü də etiraf edir və mediasiya prosesi zamanı bu barədə yazılı ərizə də vermişdir. Bununla bağlı iddiaçı uşağın doğum haqqında akt qeydində atalıq barədə qeydin silinməsini tələb etmiş, lakin Cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Tərəflər və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. 19 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 iddianı qəbul edərək izah etdi ki, iddiaçı ilə rəsmi nikaha daxil olsa da, bir müddətdən sonra münasibətləri soyumağa başlamışdır. Həmin müddətdə o, başqa şəxslə münasibətdə olmuş və uşağın atası da həmin şəxsdir. O, bu barədə iddiaçıya uşaq doğulmamışdan əvvəl və sonra bildirmişdir, lakin İddiaçı onu və uşağını qəbul edəcəyini bildirmiş və ailələrini qorumaq istədiyini bildirmişdir. Buna baxmayaraq 2018-ci ildə onların münasibətləri pisləşmiş və o, nikahın pozulmasına dair iddia qaldırmışdır. İddiaçı bir müddət alimenti ödəmiş, lakin sonradan ödəmələri dayandırmışdır. Hazırda o, da uşağın doğum haqqında akt qeydində ata kimi İddiaçı yazılmasına etiraz edir və həmin qeydin silinməsini istəyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı üçüncü şəxslə birgə nikahdan doğulan 21 iyun 2016-cı ildə anadan olmuş X4 doğum haqqında akt qeydində atalıq barədə qeydin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimləndiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatında baxılan mübahiəslərə aid edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərdə düzəliş edilərək ata qrafasında 21 iyun 2016-cı ildə anadan olmuş Ağamov Yusifin atasının İddiaçı Əimirzə oğlu olması barədə qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya izah edilməlidir ki, müvafiq ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında və doğum haqqında şəhadətnamədə ilkin qeydlərdə düzəliş edilərək ata qrafasında 21 iyun 2016-cı ildə anadan olmuş Ağamov Yusifin atasının İddiaçı Əimirzə oğlu olması barədə qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar