Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-53/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçının nümayəndə və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştrakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı MMC-nə vergi borcunun hesablanması barədə xx.xx.2015-ciil tarixli **********353500, **********355900, **********357300,**********359700,**********361800,**********362500,**********363200,****** ****370800,**********373900,**********376000 və **********387400 nömrəli qərarları ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı MMC-nə vergi borcunun hesablanması barədə xx.xx.2015-ci il tarixli **********353500, **********355900, **********357300, **********359700, **********361800, **********362500, **********363200, **********370800, **********373900, **********376000 və **********387400 nömrəli qərarları ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli iddia ərizəsində bildirmişdir ki, İddiaçı direktoru X6 barəsində Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(059)529/2018 saylı qətnaməsini aldıqdan sonra iddiaçı Cəmiyyətin vergi borcunun olması bizə məlum olmuşdur. Qeyd etməliyik ki, iddiaçı Cəmiyyətin fəaliyyəti uzun müddətdir ki, dayandırılmış və Cəmiyyət hər hansı fəaliyyət göstərməmişdir. Buna baxmayaraq, hansı əsaslarla Cəmiyyətə vergilərin hesablanması barədə qərarın qəbul edilməsi onlara aydın deyildir. Onlar cavabdeh 2 saylı X2 qərarını da rəsmi qaydada almamışlar. Qətnamədən görünür ki, vergi orqanı onlara xx.xx.2015-ci il tarixli bildiriş göndərmiş, lakin onlar həmin bildirişi də rəsmi qaydada almamışlar. Eyni zamanda, Cəmiyyətə 56.120.45 manat məbləğində vergi borcunun hesablanması barədə cavabdeh 2 saylı X2 qərarını əsassız və qanunsuz hesab edirlər. Belə ki, uzun müddət fəaliyyət göstərməyən İddiaçı vergi borcunun olması mümkün deyildir. Azərbaycan Respublikası İPM-nin 2.2. və 2.2.1–ci maddələrinin tələbinə əsasən «şəxsin hüquq və vəzifələri ilə bağlı inzibat orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirilmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də İddiaçınə 56.120.45 manat məbləğində vergi borcunun hesablanması barədə cavabdeh 2 saylı X2 qərarı ləğv olunmalıdır. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə edərək bildirmişdir ki, məhkəmə iclasında iş üzrə cavabdeh iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Onlar həmin etiraz və iddia müddətinin tətbiqinə dair mövqeyini bildirərək, həmin ərizənin İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələbləri nəzərə alınmadan verildiyini vurğulamışlar. Eyni zamanda Cəmiyyətin qanuni təmsilçisi kimi qeydiyyatda olan şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş Alternativ ekspertiza mərkəzinin ekspert arayışından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun hesablanmasına dair qərarlar vergi qanunvericiliyinin pozulması ilə qəbul edilmiş, habelə bu zaman xərclər nəzərə alınmadan vergilərin hesablanması barədə kameral qaydada əsassız qərarlar qəbul edilmişdir. İnzibati icraat haqqında Qanunun 35.1-ci maddəsinin tələbinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. İnzibaıi aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə"; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. İnzibati aktın aldatma, hədə–qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. İnzibati icraat haqqında Qanunun 35.1-ci maddəsinin tələbini rəhbər tutaraq, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarə sinə təkrar ərizə ilə müraciət edilmişdir. Həmin müraciət xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Lakin, hazıra qədər təkrar müraciətə cavab verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, məhkəmə İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya yardım etmək borcunu həyata keçirərək, hazırkı iddianın dəqiqləşdirilməsi barədə əizəni icraata qəbul etməli, məhkəmə araşdırmasını təkrar müraciət üzrə davam etdirməli və vergilərin qanunsuz olaraq hesablanmasını və vergi tutmaq müddətinin keçməsini nəzərə alaraq. İddiaçınə vergi borcunun hesablanması barədə xx.xx.2015-ci il tarixli**********353500,**********355900,**********357300,**********359700,**********361800, **********362500,**********363200,**********370800,**********373900, **********376000 və **********387400 nömrəli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-nin 13– cü maddəsinin tələbinə əsasən “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əx əl. olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur”. Vergi Məcəlləsinin 85.4–cü maddəsinin tələbinə əsasən “Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər”. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən nümayəndə və vəkili Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2 saylı X4 vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçınə (VOEN:**********) 2012-ci il 4-cü rüb SV bəyannaməsi üzrə 2534.9 manat, 2012-ci il dekabr ayı ƏDV bəyannaməsi üzrə 6862.3 manat, 2013-cü il noyabr ayı ƏDV bəyannaməsi üzrə 16100.7 manat, ƏDV 2014-cü il fevral, may, iyun, avqust, sentyabr və oktyabr ayları üzrə müvafiq olaraq 169.48 manat, 0,76 manat, 169,32 manat, 2288.13 manat, 12813.56 manat və 7611.87 manat, 2012, 2013 və 2014-cü illər mənfəət vergisi üzrə müvafiq olaraq 1085.61 manat, 2981,61 manat və 4269,1 manat analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Belə ki, qeyd olunan dövrlər üzrə müəssisənin aktiv bank hesabı olan “xxxx" ASC-nin Xızı rayon filialından daxil olmuş xx.xx.2015-ci il tarixli **********308300 nömrəli bank əməliyyatları haqqında məktuba əsasən müəssisənin bank əməliyyatları aparmasını baxmayaraq, təqdim edilmiş bəyannamədə dövriyyə tam əks olunmamışdır və müvafiq dövrlər üzrə kənarlaşma yaranmışdır. Kameral vergi yoxlaması nəticəsində 2012-ci ilin may ayında ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcminin 150.000 manatdan artıq olduğundan Vergi Məcəlləsinin 155.1–ci maddəsinin 2–ci abzasına əsasən xx.xx.2012-ci il tarixdən məcburi olaraq ƏDV–nin məqsədləri üçün qeydiyyata alınmış və cəmiyyətə xx.xx.2015-ci il tarixli **********3 nömrəli ƏDV qeydiyyat bildirişi göndərilmişdir. Həmçinin "xxxx" ASC–nin Xızı rayon filialından daxil olmuş xx.xx.2015-ci il tarixli **********308300 nömrəli bank əməliyyatları haqqında məktuba əsasən müəssisənin bank əməliyyatları aparmasına baxmayaraq, 2012-ci il dekabr ayı ƏDV bəyannaməsi, 2013-cü il noyabr ayı ƏDV bəyannaməsi və 2014-cü il fevral, may, iyun, avqust, sentyabr və oktyabr ayları ƏDV bəyannamələri təqdim edilmədiyindən müvafiq dövrlər üzrə kənarlaşmalar yaranmışdır. Vergi Məcəlləsinin 37.1–ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2015-ci il tarixli **********227000 nömrəli, xx.xx.2015-ci il tarixli **********476900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9–cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının apanlması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin Müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4–cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəvannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məmllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2015-cı və xx.xx.2015-ci il tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla "Vergilərin hesablanması barədə" xx.xx.2015-ci il tarixli **********390100 nömrəli Qərara əsasən 2012-ci ilinn 4-cü rübü üzrə 2534.9 manat sadələşdirilmiş vergi, 2012–ci il dekabr ayı ƏDV bəyannaməsi, 2013-cü il noyabr ayı ƏDV bəyannaməsi, 2014–cü il fevral, may, İyun, avqust, sentyabr və oktyabr ayları ƏDV bəyannamələri üzrə müvafıq olaraq 5862,3 manat, 16100.7 manat, 169,48 manat, 0,76 manat, 169.32 manat, 2288.13 manat, 12813.56 manat və 7611.87 manat analoji qaydada vergi məbləğləri hesablanmış və xx.xx.2015–ci il tarixli **********353500, **********355900, **********357300, **********359700, **********361800, **********362500, **********363200 və **********370800 nömrəli qərarlar vergi ödəyicisinə göndərilmişdir. Həmçinin 2012, 2013 və 2014-cü illər mənfəət vergisi bəyannamələri üzrə yaranmış kənarlaşmanın aradan qaldırılması ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********476900 nömrəli kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə məktub göndərilmişı lakin məktublara heç bir münasibət bildirilməyindən 2012. 2013 və 2014–cü illər mənfəət vergisi bəyannamələri üzrə kənarlaşma bərpa edilərək müvafiq olaraq 1085.61 manat, 2981.61 manat və 4269,1 manat analoji qaydada əlavə vergi məbləğləri hesablanmış və xx.xx.2015-ci il tarixli **********373900, **********376000 və **********387400 nömrəli qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2–ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda iddiaçı prosessual müddəti ötürdüyü üçün də iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan qərarlar xx.xx.2015-ci ildə 2 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı MMC-nin elektron ünvanına göndərilmiş və həmin qərarlar ayrıayrılıqda xx xxxxxx 2016-cı ildə müxtəlif saatlarda İddiaçı MMC-ti tərəfindən oxunmuşdur. İddiaçı tərəfin vəkili məhkəmədə bildirmişdir ki, qeyd olunan qərarlar İddiaçı MMC-nin icraçı direktoru tərəfindən deyil şirkətin digər əməkdaşı tərəfindən oxunmuş və MMC-nin bu qərarlardan məlumatı olmamışdır. Əvvəla nəzərə alınmalıdır ki, vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Hətta iddiaçı tərəfin bildirdiyi kimi həmin qərarlar Cavid Abbasov tərəfindən deyil digər şəxs tərəfindən oxunmuş olsaidi belə ən azından iddiaçı qeyd olunan qərarlardan Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(059)-529/2018 saylı qətnaməsini əldə etdikdən sonra məlumatı olmuşdur. Belə ki, vergi borclarına görə İddiaçı MMC-nin icra orqanının rəhbəri X3 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.Siyəzən rayon məhkəməsinin qətnaməsi İddiaçı MMC-nin icraçı direktoruna göndərilmiş və 04 sentyabr 2018-ci ildə onun tərəfindən qəbul edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan X6 vaxtında apellyasiya şikayəti verməmiş və ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı Siyəzən rayon Məhkəməsinə müraciət etmiş, lakin apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (105)- 2769/2019 qərardadı ilə C.Abbasovun xx xxxxxxxx 2018-ci ildə məhkəmə qətnaməsinin alması qeyd olunmaqla Siyəzən rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi C. Abbasov mübahisə predmeti olan vergi qəralarından ən azından xx xxxxxxxx 2018-ci ildə məlumatlı olmuşdur.Belə olduğu tədqirdə hazır ki, iş üzrə mübahisə predmeti olan qərarlardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının vəkili Nümayəndə məhkəmənin xx.xx.2020-ci ildə keçirilən iclasında mübahisə predmeti olan qərarlardan şikayət vermə müddəti ötürüldüyü tədqirdə müddətin bərpası ilə bağlı ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qərarları rəsmi qaydada məhkəmə iclasında əldə etmişdirlər. Məhkəmə hesab edir ki, qeyd olunan qərarlardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi X6 mübahisə etdiyi qərarlardan xx xxxxxx 2016-cı ildən məlumatlı olmuşdur və həmin müddətdən 3 il 04 ay keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.Nəzərə alınmalıdır ki, məhkəmə eksperimenti olaraq İddiaçı MMC-nin şəxsi kabinetinə məhkəmədə baxış keçirilmiş və qeyd olunan qərarların tam şəkildə vergi ödəyicisinin şəxsi kabinetində olması öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı MMC-nə vergi borcunun hesablanması barədə xx.xx.2015-ci il tarixli **********353500, **********355900, **********357300, **********359700, **********361800, **********362500, **********363200, **********370800, **********373900, **********376000 və **********387400 nömrəli qərarları ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İddiaçı MMC-nin vergi borcunun hesablanmasına dair xx.xx.2015-ci il tarixli qərarlardan inzibati qaydada baxılması üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-53/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-53/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver