Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-53/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən mərhum X3 adına olan 0.15 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi üzrə iş materiallarını yoxlayaraq və iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən mərhum X3 adına olan 0.15 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 01.04.2022-ci il tarixli qərardadı ilə X6 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hazırda iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizənin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən mərhum X3 adına olan 0.15 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-53/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-53/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver