Məhkəmə qərarları › İş №2-1(118)-530/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-530/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-530/2021 25.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “onunla cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 20 avqust 2019-cu il tarixində bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin (torpaq icarəsi müqaviləsinin) ləğv edilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə” cavabdehin müvafiq Qərarının etibarsız hesab edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “onunla cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 20 avqust 2019-cu il tarixində bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin (torpaq icarəsi müqaviləsinin) ləğv edilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə” cavabdehin müvafiq Qərarının etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək əsl olmayan cavabdeh-Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş. Cavabdeh kimi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti İddia onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdeh Abşeron rayonu İcra Hakimiyyətinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il, 255 nömrəli sərəncamının etibarsız hesab olunmasına dair” iddia Ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il tarixli, 217 saylı Sərəncamının etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan o, “İddia Ərizəsində dəqiqləşdirmə edilməsi barədə” Ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29.12.2017-ci il tarixli, 255 saylı Sərəncamının etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatında olan 2-1(118)-139/2020 nömrəli inzibati iş üzrə vəkili X2 məhkəməyə “əlavə sübutların tələb edilməsinə və zəruri prosessual hərəkətlərin həyata keçirilməsinə dair” Vəsatət təqdim edərək, məhkəmədən səlahiyyətli dövlət orqanlarından- Abşeron Rayon İcra Hakimiyyətindən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən və onun müvafiq qurumlarından (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən) Vəsatətdə qeyd edilən məsələlər barədə geniş və ətraflı məlumat verilməsini və həmin məlumatlara dair müvafiq sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməyin tələb edilməsini və təqdim olunmuş sənədlərin surətlərinin bəhs edilən inzibati iş materiallarına əlavə edilməsini; məhkəmə tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Komitəsinin balansında olan 11 (ədəd) yaşayış binasından ibarət “Qarant” məcburi köçkün yaşayış kompleksinin yerləşdiyi 3.8 (üç tam onda səkkiz) ha ölçülü torpaq sahəsinin, xüsusilə də həmin məçburi köçkün yaşayış kompleksinin yerləşdiyi torpaq sahəsinin hasara alınmış hissəsində (qeyd edilən yaşayış massivinin girişində) yerləşən və İddiaçı qanuni istifadəsində olan dəmir konstruksiyadan ibarət uşaqların əyləncəsi üçün istifadə edilən obyektin yerləşdiyi torpaq sahəsinə yerində müayinə aparılmasını və bəhs edilən inzibati iş üzrə bütün proses iştirakçılarının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və qnun müvafiq qurumlarının (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşlarının qeyd edilən torpaq sahəsinə yerində müayinə aparılmasında iştiraklarının təmin edilməsini və bu Vəsatətdə qeyd edilən məsələlərə tam, obyektiv və hərtərəfli araşdırılması, obyektiv həqiqətin müəyyən edilməsi və araşdırma üzrə qanuni əsaslı qərar qəbul edilməsi və ən əsası iddiaçı tərəfi maraqlandıran suallara cavab verilməsi (aydılıq gətirilməsi) üçün bütün proses iştirakçılarının (onların səlahiyyətli nümayəndələrinin) eyni məhkəmə iclasında birlikdə iştirakının, bu mümkün olmadıqda isə ən azından hər bir proses iştirakçısının (onların səlahiyyətli nümayəndələrinin) məhkəmə iclasında iştirakının təmin olunmasını xahiş etmişdir. Həmin Vəsatət məhkəmə tərəfindən qismən təmin olunmuş və qeyd edilən dövlət orqanlarına müvafiq sorğular verilmiş və müvafiq dövlət orqanları tərəfindən həmin sorğulara cavablar verilmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış 2135 №-li, 09 sentyabr 2020-ci il tarixli Məktubunda deyilir ki, “...Bildiririk ki, Abşeron rayonu, Mehdibad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş Qarant yaşayış kompleksində məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Məmmədov Məmmədəli (əslində Məhəmmədəli) Mustafa oğlu ilə (onun yaşayış vəziyyətini nəzərə alaraq) 20 avqust 2019cu il tarixində torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Sonradan məlum olmuşdur ki, Abşeron rayon icra Hakimiyyəti başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamı ilə həmin ərazi Mehdiabad qəsəbəsi, məcburi köçkün şəhərciyi Qarabağ müharibəsi əlil ailəsi X4 adına arxitektura və Dizayn MMC tərəfindən qeyri-yaşayış obyektinin layihəsi işlənmiş və müvafiq icra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Odur ki, vətəndaş X1 ilə Mənzil İstismar Departamentinin 20 avqust 2019-cu il tarixində bağlanmış müqavilə 10 iyun 2020-ci ıl tarixində ləğv edilmişdir. Bu səbəbdən müqavilə qüvvədən düşmüş hesab edilir. İddiaçı həmin Məktub ilə əlaqədar cavabdehə 28 sentyabr 2020-ci il tarixli Şikayət Ərizəsi ilə müraciət edərək onunla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 20 avqust 2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin ləğv edilməsinə və qüvvədən düşmüş hesab edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmiş, əks təqdirdə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin həmin qanunsuz mövqeyi və qərarı ilə bağlı məhkəməyə müraciət etməli olacağını qeyd etmişdir. Həmin Ərizə 30 sentyabr 2020-ci il tarixində qeyd edilən dövlət orqanında imza edilməklə qəbul edilmişdir, eyni zamanda iddiaçı həmin tarixdə eyni məzmunlu Ərizəni poçt vasitəsilə göndərmiş və dəfələrlə həmin Ərizəyə dair həmin orqanının rəsmi yazılı cavabının rəsmi qaydada ona təqdim edilməsi ilə bağlı birbaşa dəfələrlə müraciət etsə də həmin orqandan müxtəlif vəzifəli şəxsləri tərəfindən iddiaçıya ziddiyyətli və müxtəlif məzmunlu şifahi cavablar verilmişdir və həmin Ərizəyə bu günədək yazılı cavab verilməmişdir. İddiaçı, həmin məktubda bütün qeyd edilənləri tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, onunla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanılmış 20 avqust 2019-cu il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin (torpaq icarəsi müqaviləsinin) heç bir qanuni əsas olmadan 10 iyun 2020-ci il tarixindən və ləğv edilməsinə qüvvədən düşmüş hesab edilməsinə istinad edilmişdir. Həmin sənəddə həmin Müqavilənin qüvvədən düşmüş hesab edilməsi üçün qeyd edilən Müqavilənin hər hansı bir maddəsinə və ya müddəasına istinad edilməmiş, qeyd edilən Müqavilənin hansı inzibati akt olan sənəd (əmr, qərar, sərəncam və sair) əsasında və hansı tarixdən qüvvədən düşmüş hesab edilməsi müəyyən edilməmişdir. Qeyd edilən inzibati orqan özbaşına olaraq təkbaşına belə bir nəticəyə gəlmişdir. Cavabdehin birtərəfli qaydada və qeyd edilən Müqavilənin ləğv edilməsinə və qüvvədən düşmüş hesab edilməsinə dair ona heç bir məlumat və ya bildiriş vermədən və ya iddiaçını dəvət edib onunla bu barədə hər hansı bir söhbət aparmadan özbaşına belə bir qərarın verilməsi tamamilə qanunsuz və əsassız bir əməldir. Cavabdehin birtərəfli qaydada və təkbaşına belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Cavabdeh həmin Müqaviləni yalnız qanunvericilikdə və ya Müqavilədə nəzərdə tutulmuş əsaslardan və ya səbəblərdən birinin mövcud olduğu müəyyən edildikdə və sübut olunduqda əvvəlcədən digər tərəfi lazımi qaydada məlumatlandırdıqdan sonra onun ləğv edilməsi tələbi ilə bağlı müvafiq məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının həmin Müqavilənin ləğv edilməsdinə dair razılığı və ya tələbi olmadan, hər iki tərəf arasında həmin müqavilənin ləğv edilməsinə dair yazılı razılaşma olmadan və ya qeyd etdiyi kimi məhkəməyə müraciət edilmədən cavabdehin həmin müqaviləni birtərəfli qaydada və özbaşına olaraq ləğv etmək və qüvvədən düşmüş hesab etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövləı Komitəsi Mənzil İstismar Departamentinin istinad etdiyi əsasın, yəni Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli Sərəncamı ilə həmin ərazinin Mehdiabad qəsəbəsi, məcburi köçkün şəhərciyi Qarabağ müharibəsi əlil ailəsi X4 adına arxitektura və Dizayn MMC tərəfindən qeyri-yaşayış obyektinin layihəsi işlənməsinin və müvafiq icra Hakimiyyəti tərəfindən təsdiqlənməsinin heç bi hüquqi əsası yoxdur, heç bir hüquqi nəticə yaratmır və yarada bilməz, çünki mülk qanunvericilikdə və iddiaçı ilə Qaçkınkom arasında bağlanmış həmin Müqavilədə müqavilənin həmin əsas və ya ona bənzər bir əsas ilə qüvvədən düşməsi əsası ümumiyyəti nəzərdə tutulmamışdır. Habelə, ən əsası həmin sənədlər tamamilə saxta sənədlərdir və qanunsuz yollarla əldə edilmişdir. Həmin sənədlərin qanunsuz olması və qanunsuz yollarla əldə edilməsi Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış **********45 №-li, 30 yun 2020-ci il tarixli Məktubu ilə tam və mübahisəsiz şəkildə təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 20 avqust 2019-cu il tarixində bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin (torpaq icarəsi müqaviləsinin) ləğv edilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə cavabdehin müvafiq Qərarının etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçın və onun nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddiaya münasibətində qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı məhkəməyə müraciət edərək, 20 avqust 2019-cu il tarixində bağlanılmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin ləğv edilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə cavabdehin müvafik Qərarının etibarsız hesab edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən,iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. İddiaçı iddia tələbi tam əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ilə bağlanmış 20 avqust 2019-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 4.2-ci maddəsində “İcarəçi”nin vəzifələri müəyyən edilməklə icarəyə götürülmüş sahədə inşa ediləcək tikilinin inşasını mövcud tikinti normalarına əməl etməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Aparılan araşdırma nəticəsində İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin Qaradağ-Dilgah yüksək təziqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin (220.0 kvt) mühavizə zolağında yerləşdiyi müəyyən edilmişdir ki, bu da müqavilədə qeyd edilmiş mövcud tikinti normalarına əməl edilmədiyini görsədir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 30.06.2020-ci il tarixli **********45 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi Qaradağ-Dilgah yüksək təziqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin (220.0 kvt) mühavizə zolağında yerləşir. Bu barədə Azərabaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik şəbəkələrinin mühafizəsi Qaydalarına əsasən elektirik şəbəkələrinin mühavizə zonaları müəyyən edilmişdir. İddiaçı da yuxarıda qeyd edilənlərlə bağlı 20 avqust 2019-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşəcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin başqa heç bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş və bildirmişdir ki, vətəndaş X1 ilə Mənzil İstismar Departamentinin 20 avqust 2019-cu il tarixində bağlanmış müqavilə 10 iyun 2020-ci il tarixində ləğv edilməsi ilə faktiki qərar qəbul edilməmişdir, hazırda belə bir qərar mövcud deyil. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 20 avqust 2019-cu il tarixində bağlanılmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin (torpaq icarəsi müqaviləsinin) ləğv edilməsi və qüvvədən düşmüş hesab edilməsi barədə” cavabdehin müvafiq Qərarının etibarsız hesab edilməsi”ni istəyir. Cavabdeh isə iddiaya münasibətində qeyd edir ki, İddiaçı da yuxarıda qeyd edilənlərlə bağlı 20 avqust 2019-cu il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşəcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin başqa heç bir tədbir görülməmişdir. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, vətəndaş X1 ilə Mənzil İstismar Departamentinin 20 avqust 2019-cu il tarixində bağlanmış müqavilə 10 iyun 2020-ci il tarixində ləğv edilməsi ilə faktiki qərar qəbul edilməmişdir, hazırda belə bir qərar mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçının ləğvini tələb etdiyi məktub inzibati akt hesab oluna bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericiliyin ümumi prinsiplərini nəzərə alanda, bir aktın inzibati akt sayıla bilməsi üçün inzibati orqanın öz hakimiyyət səlahiyyətlərindən istifadə edə bilməsi hüququ olmalı və tənzimlənən məsələ isə ümumi (publik) hüquq sahəsinə aid olmalıdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən məktub yaratdığı hüquqi nəticəyə görə inzibati akt hesab oluna bilməz. Bundan əlavə cavabdeh inzibati orqanda mübahisələndirilən məktubun hüquqi nəticəsinin olmadığını etiraf etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndrilən məktubun hüquqi nəticəsi olmadığına görə, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar