Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5301/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeydiyyata alınma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 3 avqust 2021-ci il tarixli, 11 nömrəli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” sosial kirayə müqaviləsindən görünür ki, kirayədar Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini kirayəçi İddiaçı və onun ailə üzvləri X9, X11 və X7 istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 14 fevral 2025-ci il tarixli, 3-13-58/2-H-5786/11/25 nömrəli İddiaçı göndərilmiş məktublarından görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Odur ki, yuxarıda göstərilən hallardan biri olduqda ünvana qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət” mərkəzinin şəxsiyyət vəsiqəsi qrupuna müraciət edilməsi tövsiyə olunmuşdur.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 27 oktabr 2025-ci il tarixli, 5- 6-7/2-1170/2025 nömrəli məktubundan görünür ki, Mənzil-Kommunal X2 tərəfindən İddiaçı 3 avqust 2021-ci il tarixli, 11 saylı “Sosial Kirayə Müqaviləsi” verilmişdir. İddiaçı, həyat yoldaşı X5, övladları X8 və X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ev 5, 1 saylı yataqxananın 4-cü otağına qeydiyyata alınmasına etiraz edilməmişdir. Qoşma şəklində göndərilmiş sənədlərin surəti: - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 21 saylı Mənzil-Kommunal Sahəsinin 26 sentyabr 2025-ci il tarixli, 1269 nömrəli “Ailə tərkibi haqqında arayış” ından görünür ki, “İddiaçı S.” və onun ailə üzvləri X9, X11 və X12 S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 5, mənzil 4 ünvanında yaşayırlar.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri
4. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Qeydiyyat və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı, arvadı X10, övladları X13 və X7 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 1 saylı yataqxananın 4-cü otağına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 1 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X1 balansındadır. Sözügedən yataqxananın 4 saylı otağında iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır və 2021-ci ildə Mənzil Kommunal X2nə müraciət edərək yaşadığı otağa öz adına mənzil kirayə müqaviləsi almışdır. Müqavilə verildiyi gündən hal-hazırkı dövrə qədər ailə üzvləri ilə birlikdə yataqxana binasında yerləşən otaqda yaşayırlar. Həmin ünvana qeydiyyata düşmək üçün Polis İdarəsinin Qeydiyyat və X4 müraciət etmiş və iddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 1 saylı yataqxananın 4-cü otağına müvəqqəti qeydiyyata alınmışdır. Qeydiyyat müddəti bitdikdən sonra isə yenidən qeydiyyata düşmək üçün dəfələrlə Polis İdarəsinin Qeydiyyat və X4 müraciət etsə də heç bir nəticəsi olmamışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5, 10-cu maddələrinə istinad olunmuşdur.
7. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı, arvadı X6, uşaqları X11 və X7 ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin (bundan sonra – “cavabdeh”) üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 28 noyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
9. Məhkəmənin 4 iyul 2025-ci il tarixli, 2-1(118)-5301/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 üçüncü şəxs (adi cəlbetmə) qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
11. Etiraz daxil olunmamışdır.
c) Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
13. Cavabdeh məhkəməyə müraciət edərək, iclasın onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmənin 27 noyabr 2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, iddiaçı ilə bağlanılmış sosial kirayə müqaviləsinin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas olduğu üçün, iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
24. Belə ki, iddiaçı tərəf hazırkı iddia tələbini onunla əsaslandırır ki, ünvan 4 saylı mənzilə dair iddiaçı ilə Mənzil Kommunal X2 arasında sosial kirayə müqaviləsi bağlanılmış, hazırda qeyd edilən ünvanda iddiaçı öz ailə üzvləri ilə yaşayır. Buna baxmayaraq, cavabdeh tərəfindən müvafiq ünvana iddiaçının və onun ailə üzvlərinin qeydiyyata alınmasından əsassız olaraq imtina edilmişdir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”): 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır;
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
27. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
28. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 ilə iddiaçı arasında 3 avqust 2021-ci il tarixli, 11 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsi bağlanılmış, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının və onun ailə üzvləri olan X9, X11 və X7 istifadəsinə verilmişdir.
29. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 hazırkı iş üzrə münasibət bildirərək, müvafiq sosial kirayə müqaviləsinin bağlanılmasını təsdiq edərək, qeyd edilən şəxslərin həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir.
30. Həmçinin, Mənzil Kommunal X2 21 saylı Mənzil-Kommunal Sahəsinin təqdim etdiyi arayışından iddiaçının və onun ailə üzvlərinin qeyd edilən yaşayış sahəsində faktiki yaşadıqları öz təsdiqini tapmışdır.
31. Məhkəmə hesab edir ki, iddiaçı ilə ünvan 3 ünvanına dair yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas hesab edilən sosial kirayə müqaviləsinin mövcud olduğu, həmin mənzildə ailə üzvləri ilə faktiki yaşadığı, istifadə və sahiblik etdiyi üçün onların həmin ünvan üzrə qeydiyyata alınmasından imtina edilməsi qanunvericiliklə qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
32. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
34. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı və onun ailə üzvləri X9, X11 və X7 ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova